« Ah Moda, Moda: yeni ilə hazırlıq''Колыбельная суперподушка'' »

Master_İER-dən Eylence.AZ- əhlinə məktub... (ekskluzuv!!!)

  11. 12. 07 00:41, by MASTER_İER, Categories: Gülməli hekayələr | Смешные истории
by Master_IER


Nə başınızı ağrıdım eee... Olerem bratlar ve sestralar. Olerem!!!! :( Bu postu nə gündə yerləşdirirəm bir Allah bilir. Öskürməkdən gözlərim "adnarazoviy" olub uje. 2 dəqiqədən bir düşür yerə. :) Düşmənlər sevinir, xüsusən də Lanselot :)

İndi keçək əsas məsələyə. Dərdimi deyim sizə...



1. Hər şey öskürəkdən başladı. :( 100 dəfə dedilər ki, tərli-tərli su içmə, havaya çıxma. Kimə deyirsən? Master ya da daş... fərqi yoxdu :)



2. Sonra da asqırmaq. Yeri var, hə? :) Amma mənim üçün heç də yeri yoxdur. İnsanın neçə dəfə başı stola dəyər asqırmaqdan? Hələ avtobusda gedərkən birinin başına asqırmağımı danışmıram sizə. :) Yaxşı ki, özümü tez ələ aldım, day-day hiss eləmədi heç nə. Əvəzidə "sağlam ol" dedi. Utandığımdan az qaldım başımı yanımda duran qızın sumkasına soxum. Nə isə...



3. Adamda deyirəm sifət olar eee... Xəstə-xəstə gedib Fenerbahçe-Qalatasaray oyununa baxıram. Aye, sənin nəyinə lazım Qalatasaraaaay. Papağımızı yenə soxdu yerə, 2:0 uduzdu. Sözüm onda yox, kafedən tüstü çıxırdı çölə. Nə tüstüsü? SİQARET əlbəttə ki. O da dolar sinəmə, səhərisi başlayar öz reaksiyasını göstərməyə...



4. İnsan nə qədər asqırıb-öskürər...Söhbət artıq insandan getmir, Masterdən gedir. :) Yadıma Narxozda asqırmağım düşdü. :) Əməlli-başlı exo vermişdi :) Bir də onu eşitdim ki, auditoriyalar dağılır, camaat bu səsin kimin ifa etdiyini görmək üçün bir-birinin üstnə çıxır. :) Orda Master qalaaar? Çıxdım eee aradan :)



5. Görürsüz burnumu? 2 dəqiqədən bir kinonun maraqlı yerlərini kəsib salfetka reklam eliyirlər. Ay nə bilim, krem belə gəldi, filan şey belə getdiii. Fakt göz qabağındadı. Burnum od tutuf yanır, a dağlaaaar!!!



6. Bu mənim səhər yeməyindəki vəziyyətimdir :)



7. Bu isə xəyallarım. :) Temperatura çıxıb 40-a, uje bu dünyada deyiləm. Hansı dünyadaydım bilmirəm, amma qəşəng dünya idi :)



8. Bir dəqiqə məni bağışlayıııın... Odu haaaa... :)



9. Harda qalmışdıq? Həəəə... İndi ay qaqalar və bajılar, düşüblər üstümə ki bu dərmanı içməlisən. Etməəəə, eləməəəə... Dərman nədi? Malinalı çay gəlsin. :) Görmədiyim günlərdi, başıma flrlanırlar. Desəm ki, məni evləndirin, o saat eliyəcəklər :) İntahası, demədim də. :) Bu bizim German var idi eee... Onun evlənəndən sonra vəziyyətin görəndən istəmirəm evlənmək. Tozsoran düşmür əlindən. :)



10. Koroçeeee, çay gəldi, bir banka malina mürəbbəsi ilə. :)Onu da kim gətirsə yaxşıdı? Bizim bu sırtıq Lanselot. :) Mənim vzəiyyətimə gülmək üçün gəlib əclaf. Malinadan vurdum bədənə, sonra bu Lanselot mənə nə desə yaxşıdı?...



11. Dedi ki, a Mastır, gəl səni aparım parnoya, canında bir şey də qalmayacaq. Özü də parnoy, nə parnoy. Qısası, PORNOy :) Əlqərəz, mən razılaşmadım, çünki ora gedib sağalsam da, sonra Lanselot məni dədəmə bir qara qəpiyə satıb biyavır eliyəcəkdi.



12. Bir günüm də beləcə keçdi :)



13. Axırı getdim həkimə. Mənə 10 ədəd iynə, 4 ədəd tabletka yazdı. Dedim yaxşı qutardım ki... İynə gündə 2 dəfə - 5 günə qutaracaaaaq, tabletkaları da 3 gündən bir 1 ədəd. 2 həftə çəkəcək. Aptekə gəldim. Neçə manat desə yaxşıdı? 47!!! Azərbaycan yeni manatı!!! ÖL, AY KASIB!!! Dizlərim sındı, qardaaaaş! Elə bildim kuvalt düşdü başıma. Nə çarə? Məliyə-məliyə 47 manatı verdim...



14. ...gəldim bizim poliklinikaya. İçəri girən kimi məni bir medsestra qarşıladı....... Dedim VSO! Mənim bu gün koneçimdi. Bu medsestra meni öldürəjəy. Elə iynəni çaxmağı ilə o dünyaya vasil olajam.



15. Bu moment yenə xəyallar gəldi :) Temperatura çıxıb kəllə-çarxa. Elə bilirə m ki, mən bu medsestraya iynə vuracam. :)



16. Elə bu moment hiss elədim ki, krestlədi məni bu koppax qızı :) Deyəsən amma kresti çox qoydu. Aye, bir gərürəm nə krest eee... bu koppax qızı yanındakı podruqası ilə İKS-NOLİK oynayır. :) Kim udsa, iynəni o vurajax... Can aaaay, Master. Nə günələrə qaldın...



17. Axırı qapıda məni qarşılayan medsestra uddu, qəşşşəng bir krestik çəkib iynəni yapışdırdı ...... AAAAAAAAAAAAAAAAAAA!!!




P.S. İndi, a qaqalar və bajılar, mən bu əzabı 5 gün çəkməliyəm. :( Özünüzü qoruyun! Mədənizi boş-boş yeməklərlə, çipsilərlə və sairlərlə yükləməyin. Həkim məsləhət görür ki, bol-bol meyvə, tərəvəz yemək lazımdır. Süd məhsulları istifadə etmək lazımdır. Qısası, Allahın bəxş etdiyi hazır, biş-düşə ehtiyacı olmayan nemətlərlə qidalanın ki, hər cür xəstəlikdən uzaq olasınız.

19 comments

Comment from: lala [Visitor]
lalaAy mastir :) salam, hekaye maraqliydi, ureyim acildi biraz guldum. meslehetinde yaxwidi. haqlisan. Allah her kese wefa versin caliwin xestelenmiyin. birdeki bu vaxtacan hec ne yazilmiyibe burda. yeni axirinci defe gor hansi tarixde yazilib.indise men yaziram :)
19. 08. 08 @ 16:28
Comment from: 1979 [Member]  
AngeL_BlueLanseyle Mastır, Öldürün bir birnizi! :)
13. 12. 07 @ 10:15
Comment from: master_ier [Member]
MASTER_İERLanselot, deyilen sagliga :) Bashina gelsin :))
12. 12. 07 @ 14:55
Comment from: master_ier [Member]
MASTER_İERAyka, zarafatdix halim yoxdu vallah :) Olerem. :) Agsaqqalin qargishi tutub deyesen :) Irene, heeeee, sagalan kimi gedib peyvend zad eletdirejem. Sabina, eger tekce sende beledirse, onda komek ede bilmeyecem :) Imennoy bu post ve imennoy sen :) Senin xetrine bir obnavit eliyreem de :)
12. 12. 07 @ 12:33
Comment from: Sabina [Visitor]
SabinaMaster qaqa sene bir söz deyim ki, bu post mende cox cetinlikle acilir oşibka verir tez tez. 2 3 defe tikit eliyennen sora bir teher acilir.mende net zordu netten ola bilmez deyirem belke postu obnavit eliyesen yada nese edesen he?eyer mumkündüse bax da qaqa
12. 12. 07 @ 09:49
Comment from: irene [Visitor]
ireneallah sefa versin ay master,seni cox yaxwi bawa duwurem cunki indi ozumde o gundeyem:( bu qiwi bununla qurtarsaq yaxwidi:)
11. 12. 07 @ 19:51
Comment from: Ayka [Visitor]
AykaMaster,dogurdan xestelenmisen ya zarafatdan post ucun deyirsen? :) Dogurdandisa tezlikle sagalasan inshaAllah,iyne-dermana hec vaxti ehtiyacin olmasin eee :)
11. 12. 07 @ 19:23
Comment from: master_ier [Member]
MASTER_İERSabina, insallah tez sagalaram. :) Maybach, yaman dedin haaa ay ejlaf :)
11. 12. 07 @ 16:29
Comment from: maybach [Member]  
MaybachAllah shefa versin :))) xeyallarin da heyata kechsin ;)
11. 12. 07 @ 15:09
Comment from: Sabina [Visitor]
SabinaAllah seni de güldürsün ve kömeyin olsun ay qaqa tez sagal, postun bele de pis deyile:)) ama saglam olanda biz de şad oluruq
11. 12. 07 @ 12:49
Comment from: master_ier [Member]
MASTER_İERBellina LOOL :) Bele baxanda duz deyirsen :) Gormursen, hele sirtiq-sirtiq post yerlesdirirem? :))
11. 12. 07 @ 12:44
Comment from: bellina [Visitor]
bellinaele eceb oldu sene:) zarafat Allah shefa versin!!
11. 12. 07 @ 12:29
Comment from: master_ier [Member]
MASTER_İERSabina, Allah guldursun seni :)))))))) Allah komeyin olsun.
11. 12. 07 @ 12:04
Comment from: Sabina [Visitor]
SabinaCaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnn a Master qaqa xesteliyin gedsin Kim Kardashianin üreyine.Allah şefanı versin tez sagal qaqa dua edecem senincün.Bilirsen senin tez sagalmaginin bir denede sebebi varki,inşallah sağalan kimi gedib o medsestra qiza sene vurdugu iynelerin evezin cixarsan:)))özde ele vurki ona iyneni bundan sora kim ona iyne vursada senin vurdugun iynenin izi hemişeliy qalsin onun....elbetteki yaddaşında:)))))neyse zarafat bir terefe Allah sene kömey olsun qaqa postundakı prosta elaaaa
11. 12. 07 @ 11:25
Comment from: master_ier [Member]
MASTER_İERMelisa, cox sag ol. Goycaydan Bakiya ne var ki? MPro-nun masinlari ile gelib catib bura :) Bakinka, bibishka, buuu teze qriplerdendi. Adami conderir :)) MKU, aye, demaqoqlugundan qalmirsan da :) THX :) Angel baji, olumun gozune gerek dik baxasan :) Her ishde bir xeyir var. Xestelenende de gerek ruhdan dusmeyesen. Ruhdan dushsen, xestelik seni aparar opppalara :)
11. 12. 07 @ 10:50
Comment from: 1979 [Member]  
AngeL_BlueMaster qardash, Evvela Allah shefa versin, ikincisi de bu xesteliyinden de istifade ederek adetin uzre cox maraqli post yaratmisan, HALAL OLSUN! Vallah bravo!!! Ela idi :)
11. 12. 07 @ 08:54
Comment from: Most Known Unknown [Visitor]
Most Known UnknownMaster, can ay Master:) Allah shefa versun:)) Yastiginnan medsestravin eli yungul olsun:) Post elaydi:)) Mezmunu yox, sadece qurulushu:)
11. 12. 07 @ 03:36
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYMaster,allah shefa versin...Her sheyi basha dushdum,amma 6-ci shekle chataaaandaaaa.....uyyyy daaaa......Masteeer,ee be chonufsen,qardash...baci...eeee...????
11. 12. 07 @ 03:29
Comment from: melisa [Visitor]
melisakecmis olsun ay Master,can ay qardas day deme bu qrip deyileee olumdu.siz tereflerede gelib chixib demeli.
11. 12. 07 @ 01:41

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skins by Asevo | blogging tool | webhosting reviews