« Романтические сердечкиФантастические фейерверки »

Manana toyunun dekorasİyasina 25 min manat pul xərcləyib

  10. 01. 08 18:33, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Bakı | Баку, Məşhurlar | Знаменитые
"Georgi ilə xoşbəxt olacağıma bütün qəlbimlə inanıram"

Manana

İki gün öncə şou-biznes nümayəndələri yenidən bir araya gəldi. Onlar həmkarları, gürcü qızı Manananın toyunda doyunca oxuyub-oynadılar. “Sarı gəlin” şadlıq sarayında baş tutan toy mərasimində bəylə gəlin qonaqları nə az, nə çox - düz 2 saat intizarda saxladı.

APA-nın məlumatına görə, Manana ilə Georgi mərasimə xüsusi zövqlə bəzədilmiş “BMW” markalı son model avtomobildə gəliblər. Manananın İtaliyadan məxsusi olaraq gətirilmiş gəlinlik libası və saç düzümü onun cazibədarlığını birə-on artırıb. Şadlıq sarayının qarşısındaca media mənsublarının suallarını cavablandıran müğənni sevincini onlarla paylaşıb. Georgiyə qarşı böyük sevgi hisslərini yaşadığını dilə gətirən Manana toy gününü heç bir zaman unutmayacağını deyib: “Həyatım boyu bu qədər həyəcan keçirməmişəm. Çox sevincli gündür, xoşbəxtəm, ancaq bütün bunlarla yanaşı, həyəcan da var. Georgi ilə xoşbəxt olacağıma bütün qəlbimlə inanıram, çünki o, mənim həyatımın insanıdır”.

Manananın həyat yoldaşı Georgi də xanımı ilə xoşbəxt olacaqlarına inandığını bildirib. Daha sonra cütlük əl-ələ verərək atəşfəşanlıq fonunda sarayın ikinci mərtəbəsinə qalxıb. Salonun birinci mərtəbəsində muğam triosunun ifasında Azərbaycanın xalq mahnıları, ikinci mərtəbədə isə Gürcüstandan gəlmiş musiqi qrupunun ifasında gürcü mahnıları səsləndirilib. Bəy və gəlin salona gürcü xalq havalarının sədaları altında daxil olublar. Onlar gürcü adət-ənənəsinə uyğun olaraq əvvəlcə bıçaq altından keçiblər. Toy mərasimini idarə edən şoumen Murad Dadaşov Manana və Georgidən üzüklərini dəyişməyi xahiş edib və bu zaman “Vağzalı” çalınmasını sifariş verib: “Gəlin bizim gəlindir. Onu biz ərə veririk, buna görə də qoy ”Vağzalı" havası çalınsın".

Badələrə süzülmüş şərabları son damlasına qədər içən səbəbkarlar onlar üçün ayrılmış xüsusi masanın arxasına keçiblər. Gecə saat 03:00 radələrinə qədər davam edən toy mərasiminə Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, millət vəkili Anar Məmmədxanlı, bəstəkarlar Vaqif Gərayzadə, Eldar Mansurov, Faiq Sücəddinov, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Faiq Ağayev, Aygün Kazımova, Eyyub Yaqubov, İlqar Muradov, Tünzalə Ağayeva, meyxanaçı Namiq Qaraçuxurlu, Röya, İzzət Bağırov, Nisə Qasımova, Elza Seyidcahan, Abbas Bağırov, Elnur, Natəvan Həbibi, “Dəyirman” qrupu və başqaları qatılıblar. Manananın şad günündə ona ən xoş arzularını çatdıran çal-çağır əhli müğənninin gələcəkdə yaradıcılığını yenə Azərbaycanda davam etdirəcəyinə ümid etdiklərini bildiriblər.


Əcnəbi qonaqlara gəlincə isə - toy mərasimində avstriyalı bəstəkar Albert Koller və Gürcüstandan gəlmiş müsafirlər də iştirak ediblər. Ümumilkdə toy mərasiminə 400-ə yaxın qonaq qatılıb. Mərasimdə qonaqlara üzərində Manananın şəkli olan “Manana və Georgi. Xoşbəxt olun!” sözləri yazılmış şokolad, nişan və təqvimlər paylanılıb. Bəy və gəlinin gürcü havaları altında gözəl rəqslər etməsi də toy mərasiminin yaddaqalan məqamlarından olub. APA-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, toy mərasimi keçirilən salonun dekorasiyasına 25 min manata qədər pul xərclənib. Qeyd edək ki, Manana və Georginin oğlan toyu yanvarın 26-da Gürcüstanda keçiriləcək. Bəylə gəlinin nikahı həmin toy mərasimində kəsiləcək. Toy mərasimindən sonra Manana və Georgi Avropa ölkələrinə bal ayı səyahətinə çıxacaqlar. Bəylə gəlinin bal ayı 12 gün davam edəcək.

AYTƏN
www.musavat.com

6 comments

Comment from: cava [Visitor]
cavaela xosbextcilik
13. 01. 08 @ 13:12
Comment from: Sabina [Visitor]
SabinaDEyirem ay Master o 25 min manatin en az 100manatini Rüfet Celilovun xesteliyine xerclese lap ela olardi hee???...bu dekorasiya ona lazimdi ama 5 6 saatliq Rüfetse ailesine lazimdi özde heşe..eh neyse...camaat ne hayda men ne hayda???...
12. 01. 08 @ 10:53
Comment from: Claire [Visitor]
ClaireBilmirem hansi dekorasiyaya pul xercleyib, menim bele stilden hec xosum gelmir, baxanda adamin bashi agrayir, kitch stili Bakida quvvededir, gurculer ise hele bizden depis gundedirler, niye goresen pul ola ola Bakida her sey shitdir, Avropada bundan 2 defe az pul xercleyirler keyfiyyetli, seligeli , zovglu gorunus ucun. Eh
12. 01. 08 @ 01:23
Comment from: lanselot [Member]  
LanseloTmen de xercleyerdim,,,olseydi!!,,,Heyatda bir defe olan sheydi,,,niye de yox?!?;))))))))
11. 01. 08 @ 14:53
Comment from: master_ier [Member]
MASTER_İERAyka baji, Allah agzindan esitsin :) Düzdü, mən hələ tələsmirəm, noooooooooooo tələsənlər buyura biərlər ;)
10. 01. 08 @ 21:28
Comment from: Ayka [Visitor]
AykaAllah xoshbext elesin,ela cutlukduler ve butun subaylarimiza arzulayiram ve butun Eylence ehlindeki subay giz ve oglanlarimiz ucun olsun! AMIN!
10. 01. 08 @ 19:40

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
July 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | b2 | web hosting | blog ads