« 2006 Citroen C-Metisse Concept CarCreative... »

Müxtəlif ölkələrin Toy adət-ənənələri...

  23. 11. 06 14:03, by pure_love, Categories: Toy | Свадебное


-Yəmənlilərin toyunda musiqiyə çox önəm verilir. Gəlinin şən olması üçün çoxlu musiqiçi dəvət olunur və onlar bütün toyboyu müxtəlif mahnılar ifa edirlər.


-Tibet`də qonaqlar evlənənləri təbrik edir və onların boyunlarına şərf bağlayırlar. Nəzərə alsaq ki, toy insanların çox olduğu bir mərasimdir, onda tədbirin sonunda bəylə-gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər.


-Meksika`da toyun əsas təşkilatçıları gəlinin və bəyin xaç valideynləridir. Onlar, eyni zamanda, mərasimin bütün maliyyə xərclərini də öz üzərlərinə götürürlər. Qonaqlar əl-ələ tutaraq ürək şəklində düzlənir və evlənənlər bu fiqurun ortasında ilk rəqslərini oynayırlar.


-Almanlarda qonaqlar boşqabları yerə vurub-sındırır, evlənənlər isə evlərində daha heç bir şeyin qırılmaması üçün boşqab qırıntılarını süpürürlər. Nikah mərasimindən sonra şahid gəlini qaçırır və pivəxanaya aparır. Orada bəy tapılanadək gəlinə pivə içirdir. Bəy isə gəlindən sonra gəlinin içdiyi pivələrin pulunu vermək məcburiyyətində qalır.


-Yaponiya`da toy ərzində gəlin üç dəfə paltar dəyişir. Əvvəlcə ağ, sonra qırmızı kimano, ən axırda isə adi avropasayağı gəlin paltarı geyinirlər.


-Macarıstan`da bütün kişi qonaqlar gəlinlə rəqs edə bilərlər. Rəqs edən pul verərsə, gəlin onu öpməlidir.


-Yamayka`da toy üçün iri meyvəli piroq bişirirlər. Toya gələ bilməyənlərə piroq dilimi poçt vasitəsilə göndərirlər.


-Mərakeş`də toy dörd gündən yeddi günədək davam edir. Təzə evə daxil olmamışdan əvvəl gəlin üç dəfə onun başına dolanmalı və toyqabağı süd vannası qəbul etməlidir.


-Çin`də hamı qırmızı paltar geyinir və ətrafı da bu rəngdə bəzəyirlər. Çünki toyunda sakit durmayan tamada bir neçə mərtəbəli tortun bölüşdürülməsinə nəzarət edir. Tortu aşağıdan-yuxarıya doğru kəsmək lazımdır, çünki bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənları simvollaşdırır.


-Çili`də nişanlananlar bir-birlərinin sağ əllərinə üzük taxırlar, toydan sonra isə üzükləri sol əllərinə keçirirlər.


-Rusiya`da əsas mərasim toy qonaqlığıdır. Musiqi, rəqslər və yemək-içmək. Mərasimin əvvəlində yaxın qohumlar və ya dostlar tost deyir. Tostdan sonra isə hamı bokalları yerə vuraraq sındırır. Deyilənə görə, bu, xoşbəxtlik gətirir.


-Cənubi Afrika Respublikası`nda cavanların xoşbəxt olmaları üçün valideynlərin evlərindən alov gətirib, evlənənlərin mənzilində ocaq yandırmalıdırlar.


-İrlandiyalılar Müqəddəs Patrik günündə evlənməyə can atırlar. Toydan qabaq gəlin özü saçlarını qaydaya salmalıdır. Bu adət, qadın gücünü saxlayır. Bal ayını isə cütlük hamıdan uzaqda, bal şərabı içə-içə keçirir. Bu, valideynlərin öz fikirlərini qəfil dəyişərək, onları ayıra bilməmələri üçündür. :-)


-Venesuela`da bəyin evlənməsi üçün xaç atası icazə verməlidir. Əvvəlcə adi toy keçirilir, iki həftədən sonra isə kilsədə nikah mərasimi baş tutur. Hər iki mərasim yeyib-içməklə bitir. Amma kilsə nikahından sonra daha böyük banket keçirilir. Evlənənlər isə toydan heç kimi görmədən qaçmalıdırlar – bu zaman onlar mütləq xoşbəxt olacaqlar.


-Tailand`da evlənənlər boğazlarından çiçək hörükləri asaraq diz üstündə əl-ələ otururlar. Mərasimi aparan ən yaşlı qohum onların əllərini suya salır və ər-arvad elan edir.


-İran`da gəlinə paltarı bəy alır. Bu, gəlini bükdükləri böyük bir parçadır. Mərasimdən sonra evlənənlərin başına qənd tökürlər.


BƏS BİZDƏ ? ? ?

-Azərbaycanlılar müsəlman olduqları üçün dövlətdə qeydiyyata keçirilən nikahla yanaşı, mollanın oxuduğu dini kəbini də bağlayırlar. Amma əsas məsələ nikah deyil, restoranda keçirilən toy mərasimidir. Mərasimi, adətən, tamada və ya toyu “aparan” müğənni idarə edir. Cavanlar daha çox rəqs etməyə, yaşlılar isə masaları bəzəyən cürbəcür təamlar dadmağa meyllidirlər. Adətən, musiqinin səsindən ağız deyəni qulaq eşitmir. Bəy və gəlinin yaxınları çıxış edərək evlənənlərə öz ürək sözlərini deyirlər. Bəzi toylarda evlənənlər üçün pul məbləği də yığılır, bəzilərində isə bəylə-gəlinə hədiyyələr verilir. Toyların keçirilmə müddəti də müxtəlifdir. Belə ki, elə ailələr var, toyu birlikdə, elələri də var, qız və oğlan toylarını ayrı-ayrı günlərdə qeyd edirlər. Adət üzrə, gəlin və bəyin sağdışları da olur. Onlar eyni zamanda, şahid qismində də çıxış edirlər.

4 comments

Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobDanimarkada beyle gelin ilk reqslerini edende, birden beyin dostlari beyi qucaqlarina alirlar ve corabiyla qalstukunu kesirler qayci ile. Bey gelinden ayrilmamalidir.eger bey tualete getse gelini beyin dostlari dodagindan opurler.(qeyret sohebti) Azerbaycanda qiz toyu oglan toyu ayri olurdu, cunki qizlar ucun ayri, oglanlar ucun ayri olurdu. yeni kishi ile qadinlar bir yerde olmurdu. indi bu adet bir az deyishdirilib.amma Baki kendlerinde helede bu adet oz yerini saxlamaqdadir.gelin eve teze gelende bosh qab sindirir. ve ya gelin eve girende oturmur ayaq uste durur taki qaynanasi ona shirinlik verenden sonra oturur.ve ya gelinin beli qirmizi lentle baglanir.gelinle bey qiz evinde bashlari uste corek bolunur, ruzi bereket anlaminda olur.gelin evden cixmamish evvel atasi adete gore ocaq bashina firlatmalidir 3defe amma indiki zamanda ocaq olmadigindan ag neftlampasinin bashina firladir.toydan evvel xinayaxdi.o qeder gozel adetlerimiz var amma yada salan yoxdu.
25. 11. 06 @ 03:49
Comment from: sensitive [Visitor]
sensitivepure_love, TESHEKKURLERRRRR !!!!! :-) Atimi qaytardigina gore chox sag ol ;-)
23. 11. 06 @ 15:39
Comment from: pure_love [Member]  
pure_loveMehz, sensitive ucun! ;)
23. 11. 06 @ 14:49
Comment from: sensitive [Visitor]
sensitiveaaa bir az once shekilde beyle gelin atin ustundeydiler, niye deyishildi bes? Men de yazacaqdim ki mashinda getmekdense at ustunde getmek daha yaxshidir. Shexsen menim at mashindan daha chox xoshuma gelir :)
23. 11. 06 @ 14:34

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | PHP hosting