« New Zeland (updated)Elnarə... (18+) »

BP şirkəti rəhbərinin qalmaqallı gedişi

  03. 05. 07 20:10, by Murad, Categories: Digərləri | Разное, Şou-biznes | Шоу бизнес, Məqalələr | Статьи
John Brown


BP şirkətinin rəhbəri lord Con Braun tutduğu vəzifədən istefa verib. Buna səbəb, onun şəxsi həyatı ilə bağlı məlumatın Britaniyanın “Daily Mail” qəzetində dərc etdirilməsi ətrafında yaranmış qalmaqal olub.

Qəzet, lord Braunun - 28 yaşlı bir Kanadalı kişi ilə homoseksual münasibətləri haqda məqalə dərc etmək istəyib.

Lakin Con Braun sözü gedən məqalənin işıq üzü görməsinin qarşısını məhkəmə yolu ilə almağa cəhd göstərib və məhkəməyə bu əhvalat barədə yalan danışıb.

Bu səbəbdən Lord Braun BP şirkətinin rəhbəri vəzifəsindən istefa verməli olub.

Con Braun onsuz da bu ilin iyul ayında təqaüdə çıxacağını artıq elan etmişdi. Lakin, görəsən, onun vaxtından əvvəl, vəzifəsindən getməsinin, BP səhmlərinin qiymətinə, ümumiyyətlə London birjasının fəaliyyətinə bir təsiri olubmu.

Londonda mənzillənən "Seven İvestment Management” qrupunun təhlilçisi Castin Stüartın sözlərinə görə, giymətlər demək olar ki, bu hadisəyə reaksiya göstərməyib:

- Çünki, Sitidə (Londonun işgüzar məhəlləsinin adı-red) cənab Braunun vəzifəsini tərk edəcəyi gözlənilirdi. O, gedəcəyi barədə, bundan əvvəl elan etmişdi. Sadəcə, onun bu tərzdə getməsi məyusedicidir, çünki Con Braun - Britaniyanın tarixində bəlkə də ən uğurlu bir biznesmen kimi tanınmışdı.

Sual: O, özündən sonra, BP-yə, belə demək olarsa, hansı mirası qoyub gedir?

- O, BP-yə 12 il ərzində rəhbərlik edib. 1995-ci ildə vəzifəyə gələndə BP şirkətinin ciddi problemləri vardı. Lakin Con Braun vəziyyəti kökündən dəyişə bildi. "Amoko", "Kastrol", "Arko" kimi şirkətlər BP tərəfindən alındı. Lord Braunun rəhbərliyi dövrü ərzində, BP-nin gəlirləri 2- 3 dəfə artıb. Bu şirkət dünya neft şirkətlərinin liderinə çevrildi. Təəsüfki, son zamanlarda bir neçə xoşagəlməz hadisə baş verdi. Misal üçün neftayırma zavodlarından birindəki qəza nəticəsində bir qrup işçinin həlak olması, ekoloji qəza və bu kimi bir neçə digər hadisələr…Lakin ümumilikdə götürəndə, qeyd olunmalıdır ki, sözü gedən dövr ərzində BP-nin bütün ciddi maliyyə problemləri uğurla həll olundu. Hazırda bu şirkət Britaniyanın ən iri vergiödəyicilərindən biridir və bunun hər Britaniyalı təqaüdçüyə müsbət təsiri hiss olunmalıdır.


Sual: Sizcə, Sitidə insanın şəxsi həyatı ilə bağlı məlumat onun biznes fəliyyətinə əngəl törədirmi?


- Yox, açığı, şəxsi həyatın biznesə heç bir təsiri yoxdur. Biznes aləmində ən vacibi biznes göstəriciləridir, hər şeyi işin necə getdiyi, biznesin perspektivliyi, gəlirlərin həcmi, artımı, bir sözlə - biznes uğuru - həll edir. Biznemenin şəxsi həyatı isə bütün bunların xaricindədir. Bu, əslində, məhz belədə, olmalıdır.

9 comments

Comment from: lefter [Member]  
lefterbu ingilislerden adam olmuyub, olmayacaq da(bir halda ki toni bleeri dunyanin en kutbeyin adami elan etmisdiler day bu-birileri haqqinda dusunmeye ehtiyac yoxdu)
04. 05. 07 @ 16:27
Comment from: zanu [Visitor]
zanuBizim shirketnen ishiniz yoxdur ;)
04. 05. 07 @ 08:03
Comment from: MUTANTKA [Visitor]
MUTANTKAMaster utanim yerine :))
04. 05. 07 @ 05:10
Comment from: master_ier [Member]
MASTER_İERMahni yadima dusdu ee... Gule-gule, gule-gule ay xaniim :)) Sene qurban ...tfu tfu tfuuuuuuuuuuuuuuuu!!! Cashdim ee :)) Qisasi gule-gule :))))
04. 05. 07 @ 00:10
Comment from: master_ier [Member]
MASTER_İERGule gule :)))
04. 05. 07 @ 00:09
Comment from: NuRaShKa [Member]  
NuRaSHkAch ch ch gor eeeeee BP-ye ishe duzelecekdim,meni gozduyurmush rengini deyishmek u4un :)))
03. 05. 07 @ 22:12
Comment from: tehmasib [Visitor]
tehmasibYashinnan utansin :)) Camahat azibee tamam
03. 05. 07 @ 21:40
Comment from: Ayaz [Member]  
MuranoBoyunu yere soxum bunun .
03. 05. 07 @ 20:44
Comment from: Krasivaya_Urodina [Visitor]
Krasivaya_UrodinaVallah 1ce onu basha dushdumki istehfa verib,ozu ishden azad olub,qalan hec neyi basha dushmedim :)
03. 05. 07 @ 20:29

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

free blog tool

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | blog software | web hosting