« Heyvanlar və PhotoshopNBA-dan maraqlı görüntülər »

J.Lo haqqında maraqlı faktlar...

  08. 11. 06 21:55, by pure_love, Categories: Zibilxana | Мусор
Həmişə görürəm ki, Eyləncə userləri Cenifer Lopez`ə xüsusi bir maraq göstərirlər. Mən də onun haqqında maraqlı məlumatlar oxumuşdum. İstədim ki, onları sizlərlə bölüşüm...



Aktrisa ve müğənni Cenifer Lopez 1970-ci il iyulun 14-də Nyu-York`un Bronks əyalətində doğulub. Valideynləri - atası Devid və anası Qvadelupa əslən puerto-rikoludur. Iki bacısı var.
Musiqiyə həvəs göstərən Cenifer 5 yaşından rəqslə məşğul olmağa başlayıb. 7 yaşında isə ilk qastrol səfərinə çıxıb. Cenifer 15 yaşında həyətlərində ən yaraşıqlı oğlan sayılan Devid Kruz`la nişanlanır.
1997-ci ildə çəkildiyi "SELENA" filmi aktrisaya "Qızıl Qlobus" mükafatını qazandırıb. Filmin təqdimat mərasimində Cenifer`in nişanlısı, aktyor və model Odcani Nao ona iri brilyant qaşlı üzük bağışlayaraq, evlənmək təklif edir. Amma bu nikah bir ildən sonra boşanma ilə nəticələnir.
1999-cu ildə "VN1/Vogue Fashion" jurnalı aktrisanı səhnənin ən dəbli qadını seçib.
Lopez`in müğənni Paff Dəddi ilə münasibəti isə 1999-cu ildə gecə barlarının birində baş verən atışma zamanı başlansa da, Paff`ın həbs edilməsi ilə sona çatır. Paff ilə ayrılandan 7 ay sonra Cenifer "Love don`t cost a thing" klipinin çəkilişləri zamanı rəqqas Kris Cadd ilə tanış olur. Onlar 2001-ci ildə ailə həyatı qurur ve 9 aydan sonra boşanırlar.
2002-ci ildə aktrisa "GiGLi" filminin çəkilişləri zamanı Ben Afflek`ə aşiq olur və həmin ilin noyabrında onlar rəsmi olaraq nişanlanırlar. Lakin bu nişan da ayrılıqla sona çatır.
Cenifer gözlənilmədən Mark Entoni ilə ailə həyatı qurur.
Bronks`dan Manhetten`ə getmək üçün 6 saylı avtobus, sonralar onun "On the 6" debüt albomunda yer alır. Bu albom və ora daxil olan mahnılar ("If You Nad My Love" və "Waiting for tonight") ona dünya şöhrəti gətirib.
Cenifer tarixə bir həftədə həm film ("Toy təşkilatçısı"), həm də albom ("J.Lo") çıxaran ilk qadın kimi daxil olub. Oynadığı rola görə 1.000.000 dollar qonorar alan ilk latinamerikalı aktrisadır.
Bədən quruluşu gitaranı xatırlatdığı üçün dostları ona "gitara" deyə müraciət edirlər.
"J.Lo" zanbaq və ağ qızılgülləri xoşlayır. Onun toy mərasimini 20.000 qızılgül bəzəyirdi.
Cenifer spirtli içki qəbul etmir.

7 comments

Comment from: BAYRAMELI [Visitor]
BAYRAMELIMENIM "JENIFER LOPEZ"DEN COX XOSUM GELIR.HETTA DELISIYEM.MEN ONU COX SEVIREM."JENIFER LOPEZ"E OPUSLER////IMZA_+JENIFER LOPEZIN SEVGILISI
04. 07. 08 @ 20:07
Comment from: Jaka333 [Visitor]
Jaka333dada est cto pokazivat,,otlicno i originalno
09. 09. 07 @ 01:26
Comment from: AYAN [Visitor]
AYANSuper mugenni-aktrisadir, heyati haqqinda melumat verene de teshekkur, J-Lo'nun yeni shekillerini qoysaz lap ela olar.
09. 11. 06 @ 19:55
Comment from: Sun_Set [Visitor]
Sun_Setbakinka_v_NY-seninle raziya.ama etiraf edek ki ozude lap kifir deyil.dovolno simpaticnaya!!! elaaaaa!!!!!ama o qeder er deyiwmeyi ....lezet elemedi...:)
09. 11. 06 @ 09:45
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYHollivudun kosmetikasinda gyozeldir
09. 11. 06 @ 03:44
Comment from: Deli_BaLa [Visitor]
Deli_BaLapis dəəyli ))
08. 11. 06 @ 23:27
Comment from: angel_blue [Visitor]
angel_blueCox gozel qadindir
08. 11. 06 @ 22:18

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skins by Asevo | blogging tool | webhosting reviews