« George ClooneySpain »

İradə İbrahimova sponsor axtarır

  11. 06. 08 11:12, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Məşhurlar | Знаменитые
İradə İbrahimova

Müğənni konsert vermək istəsə də, qazandığı pulla arzusunu həyata keçirə bilmir

İradə İbrahimova Sevinc Abdullayevanın yeni mahnısını lentə aldırıb. Yayın ritmi ilə ayaqlaşacaq mahnının hitə çevriləcəyinə inanan müğənni, eyni zamanda, "Akademiya" realiti şousunun iştirakçısı Xəyyam Mustafazadə ilə duet oxuyacaq. "Bəlkə də" adlanan bu mahnını o həm də solo ifa edəcək.

Müxbirimizlə söhbətində müğənni hələ də gerçəkləşməyən konsert layihəsi barədə də söhbət açaraq qeyd etdi ki, bu, maliyyə problem ilə bağlıdır: "Sonuncu konsertimdən neçə illər keçib. Artıq konsert verməyin zamanıdır. Çünki bu boşluğu hər hansı bir layihə ilə doldurmalıyam. Müğənni üçün ənənəvi hesab olunan fəaliyyət disk buraxmaq, mahnı yazdırıb ona klip çəkdirmək və konsert layihəsi təqdim etməkdir. Bu həm də böyük bir məsuliyyət tələb edir. Sadəcə, deyəsən bir az da zamana ehtiyac var. Çünki qazandığım pulla heç cür konsert verə bilmirəm. Mütləq sponsora ehtiyac var".
Həyata keçirəcəyi layihələrdən və planlarından başqa, İradə İbrahimovanın istirahəti ilə də maraqlandıq. Artıq yay fəslidir. Havaların o qədər də isti keçməməsinə baxmayaraq, əksər müğənnilər indidən istirahətə yollanıblar. Biz də İradənin harada istirahət edəcəyi ilə maraqlandıq. "Harada istirahət edəcəyimi hələ ki, təyin etməmişəm. Hətta hansı ayda istirahətə gedəcəyimi belə bilmirəm. Planımda var ki, yaradıcılığımla bağlı işlərimi həyata keçirim, sonra istirahət edim", -müğənni bildirdi.

AYXAN (Express qəzeti)

17 comments

Comment from: sanka_ [Visitor]
sanka_ Onlar ucun sponsor tapmaq cetin deyil. sou biznese sponsor vasitesile gelmeyibler???
16. 06. 08 @ 14:32
Comment from: Aliev [Visitor]
AlievSponsor bizim ushaglar evine ve ehtiyaci olanlara lazimdir!Onlar ucun onsuzda tapilar!
15. 06. 08 @ 21:05
Comment from: AYAN [Visitor]
AYANMurad---EFES'e veren pulu ira xanima versen ne olar??? Hem de men hech cure Ira xanima gore make-up'dan el cheke bilmerem :))))))), tak chto 88 bes eder :)))))))))))))
14. 06. 08 @ 01:00
Comment from: azik [Visitor]
azikpulum olsaydi sponsoru men olardim
13. 06. 08 @ 20:02
Comment from: likka [Visitor]
likkamenimde ondan xoshum gelmir axir vaxtlarda ozunu cox dushuk ,seviyesiz aparir.
13. 06. 08 @ 00:19
Comment from: azer [Visitor]
azersponsur pul verecek bes irade xanim sponsura ne verecek maraglisi burdadi yeqin ne ilese evezleshdireller nece deyerler el eli yuyar elde qayidar uzu yuyar mence qayda beledi sizce?
12. 06. 08 @ 21:06
Comment from: Namelum_mikrob [Visitor]
Namelum_mikrobay millet ne kraxaborsuz.dehshet. buda bir azeraycanlidida destek olmaq lazimdi, birlik olmaq lazimdi kimliyinden asili olmayaraq. dunen sunkamin cibinden 20 øre tapmisham. valutakurse.dk vurdum yazdi 0.04 USA cent edir.. buda menden ekstra. 3 manat 15 qepik 0,04 cent :-D ayka bakinka nirc nirc nirc. hec gozlemezdim.
12. 06. 08 @ 15:39
Comment from: nelya [Visitor]
nelyaBU SUNI XANIMAPULUM NE GEDER COX OLSADA DESTEK OLMARAMM
12. 06. 08 @ 10:55
Comment from: Elmir [Visitor]
Elmirmende coxlu CCCP qepikleri var. Goresen ishine yariyarmi? eger bu pullara bir shey dushmurse, qoy yapishdirsin alnina. Konsertinde qeyri0adi gorsensindeeee!
12. 06. 08 @ 10:44
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYAykanin dediyine men de qol chekirem.
12. 06. 08 @ 06:43
Comment from: Ayka [Visitor]
AykaMurik,zehlem gedir bundan :) Hec 1 cent-de vermerem lol
12. 06. 08 @ 06:14
Comment from: murad [Member]  
MuradAyan, ayın axırına kimi mənə 2 manat ver Efes alım LOOOOOOOOOOOOOOL Maaşımı alan kimi card to card transfer edərəm də =)))))))) Sən 88 qəpik verən qıza oxşamırsan axı =))) 1 ay make-up işinni burax, ulduzumuza dəstək ol!!! Budur bizim birliyimiz???
12. 06. 08 @ 02:11
Comment from: AYAN [Visitor]
AYAN88 qep. bes eder mence, bundan artiq pul vere bilmerem :))))))))))))))))))))))
11. 06. 08 @ 21:18
Comment from: Seva [Visitor]
SevaMen vaapshe kopuk de vermirem:)
11. 06. 08 @ 20:00
Comment from: Namka [Visitor]
Namkaok Scandinaviya azerbaycanlilarinin adindan 3manat 15 qepik bizden :-)))))
11. 06. 08 @ 18:26
Comment from: Kama [Visitor]
Kama)))) 1 manat 20 qepik de men vere bilerem.
11. 06. 08 @ 15:59
Comment from: murad [Member]  
Murad1 manat məndən.
11. 06. 08 @ 11:13

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog templates by Asevo | blog tool | dedicated hosting | evoTeam