« EylencE.AzXEYRIYYECHILERIN, IMKANLI SHEXSLERIN NEZERINE!!! »

.....:::HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR:::.....

  08. 05. 07 03:55, by S_G_S, Categories: Digərləri | Разное
BY GERMAN



ARMENIAN TERROR - YUKLEMEYI UNUTMAYIN!
həəəə, mənim əzizlərim... Şuşanı sonuncu dəfə 15 il bundan əvvəl görmüşəm, hər şey indiki kimi gözlərimin önündədir... Qacarlara divan tutan Şuşamızı bax beləcə itirdik... TANRIDAN özümüzə səbr dilədik, bəs deyilmi? torpaq ayrı şeydi və adətən bu movzudan danışmağa çətinlik çəkirəm... çünki "ŞUŞA" adlı bir dərdim var... bu, ümummilli bir dərd olsa da, mən bu dərdi tamam başqa cürə yaşadıram öz içimdə və qorxuram ki, əbədiyyən yaşadacağam... torpaqlarımıza qayıtmaq ümidi ilə...


P.S.
Əziz Userlər!
...bir müddət bundan əvvəl şəxsi blogumda yerləşdirdiyim bir şerimi ana blogda yerləşdirməklə yenidən sizlərə təqdim edirəm...


......................VƏTƏN ÇAĞIRIR......................
Niyə belə dərdlisən, deməyə sözünmü var?
Ayrıldığın elindən yoxsa, bir xəbər mi var?
Hər dəfə mən keçəndə səni burda görürəm...
Bir nöqtəyə zillənən kədərli gözlərindən,
De, nələri sezmirəm...
Dərdin yaman ağırdı, dağlar da çəkə bilməz,
Sənin çəkdiklərini kim desən saya bilməz...
Gör nələri itirib nələri qazanmısan,
Laləli dağlarından didərgin düşərək sən,
Dörd bir yanı yamaqlı çadıra sığınmısan.
Dərdin Şuşa dərdidi, həsrətin Cıdır düzü...
Nə təsəlli etməyə, nə də ki, söz deməyə,
Gücüm çatmaz sözün düzü...
Bu qoca yaşında, ahıl çağında,
Bunlarmı yazıldı alnına sənin...?
Qoca deyirəm sənə, qocalıq adındadır,
Dərddən ağappaq olmuş o saç-saqqalındadır...
Mənən qüvvət rəmzisən, gəl məni qınama sən.
Dərdin ağır olsa da, boynu bükük durma sən...
Gələcək nəsillərə danış gördüklərini,
Nəvən-nəticən bilsin sənin çəkdiklərini...
Əsrlər boyu susduq, nədənsə, ar elədik,
Xətayidən yadigar vahid Azərbaycanı,
Parça-parça etdilər, bizsə, bir söz demədik...
Biz demədik, dedilər.
Biz dinmədik, yerimizə özgələri dindilər...
Bəsdir artıq susmuşuq.
Füzuli, Zəngilanı, bağrı qanlı Ağdamı,
Tapdaq altda qoymuşuq...
Danış qoca, susma sən!
Laçından, Kəlbəcərdən, Xocalıdan danış sən...
Danış biz nəsillərə, torpağında gəzdiyin,
Havasından udduğun, Turş suyundan içdiyin,
Şuşamızdan danış sən...
Qoyma belə boğulsun Bülbülün, Xanın səsi,
İmkan vermə inləsin "Qarabağ" şikəstəsi...
Dinlə məni, ey qoca, keçən bu neçə ildə,
Çadırdan boylanaraq torpaq dərdi çəkmisən...
Bəsdir torpaq gözlədin, vaxt yetişibdir artıq,
Vətən səni gözləyir...
Neçə-neçə qırılan günahsız insanların,
Ruhu uyuyan torpaq,
Bizi Vətən uğrunda qələbəyə səsləyir...!

22 comments

Comment from: yilmaz elci [Visitor]
yilmaz elcicok sevirem alqayit muellimin seirlerinin hamisin ala bilem
13. 07. 07 @ 16:46
Comment from: Gazerbaijani [Visitor]
GazerbaijaniSalam derd etmiyek bunu men Pekin de deyirman qrupunun repininin sonunda dadedim ,intioqamhissi ile yasayaq ...menim derdim sizinkinden de boyukdu ancakki,sinmiriq Babek deyib 'Ac-suzu qaldigimgunlerimmenimcox oldu ancakumudsuz qalan gunum olmadi"
09. 05. 07 @ 18:35
Comment from: Sabishka [Visitor]
SabishkaBu gunku gun Azerbaycanda qelebe gununu tenteneli qeyd edirler .Boyuk veten muharibesinin qelebesini..Torpaglarimiz hele de ishgal altinda iken hansi qelebe gununden sohbet gede biler?"sen namusumsan qeyretimsen vetenim "deyib bagiran qeyretli ogullar fikirleshmirlermi ki vetenin torpagi tapdag altinda qaldigca onlarin da namusu qeyreti tapdag altindadi?!
09. 05. 07 @ 01:05
Comment from: Fatima [Visitor]
FatimaSalam!Allah hamimiza sebr versin!!Allah rehmet elesin!!
09. 05. 07 @ 00:47
Comment from: Tunar@nl [Visitor]
Tunar@nlDogrusu gun erzinde cehd eledim ichimden gelenlerden 1-2 kelme yazmaq uchun, amma bu barede ne ise yazmaq istemirem, nelerse etmek isteyirem...Shushaya getmekchun, orda qalmaq uchun, en gozel sheherimizden birindeyem demek uchun.
08. 05. 07 @ 21:57
Comment from: Veten Oglu [Visitor]
Veten OgluBAshimiz sag olsun
08. 05. 07 @ 19:19
Comment from: janulka [Member]
Ufff...:((
08. 05. 07 @ 19:09
Comment from: Ayka [Visitor]
AykaAllah rehmet elesin! Gebirleri nurla dolsun!
08. 05. 07 @ 18:36
Comment from: sari cicek [Visitor]
sari cicekNura baji cox saq ol.. Allah German qardasha da sebr versin..
08. 05. 07 @ 15:56
Comment from: S_G_S [Member]  
S_G_S
NUR XANIM, her zaman commentlerinle bizimle ol yeter...
08. 05. 07 @ 15:37
Comment from: neutral_nur [Visitor]
neutral_nurSher uchun chox sag ol German. Arzu ve dilekden bashqa gucum hech neye chatmir. Ne deyeceyimi bilmirem bu haqda...
08. 05. 07 @ 14:53
Comment from: S_G_S [Member]  
S_G_S
SIRENE, cox sag ol... her gecenin bir gunduzu var...
08. 05. 07 @ 14:35
Comment from: S_G_S [Member]  
S_G_S
ALLAH haminizdan razi olsun... Ya SEBR!
08. 05. 07 @ 12:59
Comment from: Xalaoglu [Visitor]
XalaogluMende senin derdine sherikem qardash.Allah sebr versin.
08. 05. 07 @ 12:55
Comment from: neutral_nur [Visitor]
neutral_nurKiz sari cicek AMIN e AMIN!!! Xoshum geldi dileyinden:)
08. 05. 07 @ 12:32
Comment from: sari cicek [Visitor]
sari cicekAllah rehmet elesin.. Qebirleri nur ile dolsun.. Inshallah qanlarini yerde qoymariq.. gelen il bu vaxt Shushada komp. arxasinda oturub tebrik mektublari yazariq AMIN..
08. 05. 07 @ 11:57
Comment from: tehmasib [Visitor]
tehmasib2002ci ilde deyerdim ki, 5 ile her shey deyishecek... vaxt nece de tez kechir...
08. 05. 07 @ 10:41
Comment from: etna777 [Visitor]
etna777ALLAH BUTUN OLENLERİNE REHMET ELESİN! Allah senden sebrini eskik etmesin.Inshallah sen bir gun sherlerini shushanin qurtulusha aid yazarsan. Qardashim her bir derdin dermani var.Amma bezi yaralar sagalmaz olur.İnshallah shushanin alinmasi,oz yaralarinin bir azcig olmush olsada sagaldar. Hani qayalarda capilan izim Hani o daglara hekk olan izim Susenim, sunbulum, lalem nergizim Gileyim guzarim daglarda qaldi. Qisas almaliyam daglar qisasa Onlarin toyunu donderrem yasa Qurdugum evciye el vuran olsa, Terpense yerinden bir dashim menim. (Alqayit)
08. 05. 07 @ 10:00
Comment from: Ayaz [Member]  
Muranoİçində yaşatdığın dərdi inşallah bir müjdədən sonra unudarsan.
08. 05. 07 @ 07:54
Comment from: MUTANTKA [Visitor]
MUTANTKAne bilim vAllah. Umid edek de...
08. 05. 07 @ 05:47

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog | green hosting | François