« АЛИ И НИНО - ГЛАВА ДЕВЯТНАДЦАТАЯKLASSIK KINO - 2 »

Gunun Xeberi - Dekabr 18, 2006

  18. 12. 06 18:49, by Agsaqqal, Categories: Zibilxana | Мусор
Men bu qezete ele de inanmiram. Bir neche defe yalanlarini tutmusham, bash redaktorlarina kimi yazmisham ki, bele goplari gorende, dogru sozlere de inanmaq chetin olur... Elqerez :) Men bu xeberi gordum, vetenden uzaq olduguman, yalan dogrulugunu bilmirem. Sizce bu dogrudur?


BAKI SUSUZ QALA BİLƏR

Samur-Abşeron kanalı heyvan cəsədləri və çürümüş sümüklərlə doludur


http://www.musavat.com/site/shownews.php?news_id=9052


Dəvəçidə indi hamı Xanarxı kanalının daşmasından, bu arxın keçdiyi Ağalıq və Təzəkənd camaatına Allahın rəhmi gəlməsindən danışır. Dəvəçidə indi hamı təlaş içindədir, onlar növbəti faciənin baş verəcəyindən qorxur. İndi hamını daha çox bir sual düşündürür: görəsən, baş verənlərdən dövlət başçısının xəbəri varmı? Əhalini xof və qorxu içində saxlayan Xanarxı kanalını tikən şəxslər cəzalandırılacaqmı? Dəvəçidə olarkən öyrəndik ki, Xanarxı kanalı Samur-Abşeron kanalına alternativ, necə deyərlər, köməkçi olaraq inşa edilib.

Xanarxı niyə tikilib?

1939-cu ildə istifadəyə verilən Samur-Abşeron kanalının Quba rayonunun Gədik kəndi ərazisindən keçən hissəsində rekonstruksiya işləri aparılacağı planlaşdırıldığından - yeri gəlmişkən, indi həmin ərazidə təmir bərkitmə işləri gedir - şimal bölgəsinin əkin sahələrini, habelə Bakını içməli su ilə təmin etmək üçün alternativ kanal tikmək məcburiyyəti yaranır. Bu gün Bakı və Sumqayıtın böyük bir hissəsini içməli suyla təmin edən Ceyranbatan su anbarı da məhz Samur-Abşeron kanalından “qidalanır”.
“67 il bundan əvvəl inşa edilmiş bu kanalda təmir-quraşdırma və bərkitmə işləri sonuncu dəfə sovetlər dönəmində aparılıb. Kanalın hər hansı hissəsində təmir aparılacağı təqdirdə, Bakıda su qıtlığı yarana bilərdi. Xaçmaz, Dəvəçi, Sumqayıt, elə Qubanın özündə də əkin sahələri susuz qalardı. Ona görə də iki il bundan əvvəl Xanarxının tikintisinə başlanılıb. Xanarxı da mənbəyini Samur çayından götürür. Xanarxı Samur-Abşerona nisbətən bir qədər kiçik olsa da, çox strateji obyektdir. İndi görün, bu kanalı necə inşa ediblər ki, heç sınaq prosesinə davam gətirmədi”. Bu sözləri bizimlə söhbətində Dəvəçi rayon sakini, uzun müddət rayonda su təsərrüfatında çalışmış Mustafa Babayev dedi. Amma nə illah etsək də, şəklinin çəkilməsinə icazə vermədi. (Yeri gəlmişkən, dəvəçililərin adlarının və şəkillərinin “Yeni Müsavat”da getməsini istəməmələri barədə aşağıda söhbət açacağıq) hələliksə görək Xanarxını
Kim və necə tikib?
Adıçəkilən kanalın tikintisi üçün əvvəl tender elan olunub. Və tenderi “Azərenerji”nin tikinti-quraşdırma idarəsi udub. Ağalıq kənd sakinlərinin dediyinə görə, tikinti başlayanda seviniblər ki, yəqin yerli əhalidən də işçi qüvvəsi kimi istifadə olunacaq. “Amma onlar hətta fəhlələri də kənardan gətirmişdilər. Ən ağır və çirkin işlərdə isə bizim camaatdan istifadə edirdilər. Təsəvvür edin ki, yayın istisində bizimkiləri günü “iki şirvana” gündə 12 saat işlədirdilər. Nə əmək müqaviləsi vardı, nə də hər hansısa sığortadan söhbət gedirdi".
Deyəsən, bu kanalın tikintisindən elə əvvəldən kənd camaatının gözü su içməyib. Günlərin bir günü adıçəkilən kəndin bir qrup ağsaqqalı tikinti yerinə gedib iş icraçıları ilə görüşüblər. Onlara xəbərdarlıq ediblər ki, kanalın artıq tikilən hissəsində beton divarlarda çatlar əmələ gəlib: “Deyirdik belə olmaz, bu kanala su buraxsaz hər yeri yuyub aparacaq. Gülüb deyirdilər ki, sizlik deyil, gedin Allahınıza şükür edin ki, hələ sizin üçün su çəkirik”.
Ətraf kəndlərin camaatı isə doğrudan da Allaha şükür edirlər. Amma başqa məsələyə görə...
Kənd camaatının dediyinə görə, Xanarxı kanalının tikintisi ilə yanaşı ətraf kəndin camaatı da öz ev-eşiklərinə, hətta tövlələrinə belə əl gəzdiriblər: “Tikintidə istifadə edilən, sement, şebel, beton, armatur Xaçmazın tikinti materialları bazarında satılırdı. Təsəvvür edin, bir neçə sementin kisəsi 30 min manata (köhnə pulla - S.M.) olanda, biz onu bir “şirvan”a alırdıq. Heç əziyyət də çəkmirdik. Özləri gətirib qapıya boşaldırdılar. Betondaşıyan maşınlar köhnə pulla 150 min manata az qala yalvarırdılar. Beton plitələr də eləcə. Təzəkənddə, Pirməsəndə, Ağalıqda kimin tövləsinə girsən, beton plitələr görərəsən. Hamısı da tikintiyə ayrılan, orda istifadə ediləcək materiallardır. Kanalın beton divarları üçün ayrılan armatur da satılıb. Xanarxı boyunca müşahidə aparın, görəcəksiniz ki, çatlamamış bircə beton plitəyə rast gəlməyəcəksiniz”.
Kənd camaatı haqlı idi. Kanal boyunca apardığımız monitorinq sübut etdi ki, beton divarlar nəinki çat verib, bəzi yerlərdə bir-birindən aralanıb da. Elə camaatı narahat edən də budur. Hələ su sınaq məqsədilə buraxılıb, heç bir saat keçməyib ki, təxminən 8 metr enlikdə divarı dağılıb. Camaatın bəxti isə onda gətirib ki, dağılan yer meşə zolağına yaxın olub. Əgər bir neçə yüz metr aralıqda dağılsaydı, onda ətraf kəndlər suyun altında qalardı. Həmin vaxt baş verəcək faciənin miqyasını isə təsəvvür etmək çətin deyil.

“Nəyinə lazımdır, dağılıb, düzəldirik”

Dəvəçidə olarkən hadisənin baş verdiyi yerdə də olduq. Hazırda həmin yerdə təmir-bərpa işləri gedir. Qalstuklu birisinə yaxınlaşıb özümüzü təqdim edirik.
İlk cavabı belə olur:

- Mən “Yeni Müsavat”a müsahibə vermirəm.

- Nəyə görə?

- Çünki siz qeyri-qanuni fəaliyyət göstərirsiniz.
Qəzetimizlə bağlı dediklərinin məsuliyyətini anlamayan Hacı adlı bu şəxsin sonrakı dedikləri də məsuliyyətsizlikdən başqa bir şey deyildi.

- Müəllim, qəzetimiz qanuni fəaliyyət göstərir, narahat olmayın. Biz bir məsələni öyrənmək istəyirik ki, kanalın divarı niyə dağılıb?

- Nəyinə lazımdır, dağılıb, düzəldərik.

- Bəs, niyə dağılıb, axı?

- Deməyəcəm.

- İndi zəmanət verən varmı ki, təmirdən sonra su buraxsaz yenidən dağılmayacaq.

- İş zamanı hər şey ola bilər.

- Mən kanalboyu gəzdim, hər yerdə beton divarlar çat verib...

- (Sözümü kəsir) Heç bir qorxusu yoxdur...
Söhbətə bizi hadisə yerinə gətirən taksi sürücüsü qoşulur. Özü də əsəblə:

- A kişi, mən bax bu kənddə yaşayıram - yaxınlıqdakı Təzəkəndi göstərir, - birdən, Allah eləməmiş, hadisə burada yox, kəndin üstündə olaydı, onda camaatı sel aparmayacaqdı?

- Narahat olma, aparmaz...
Hacı müəllimin bu dediklərindən sonra taksi sürücüsünün təəccüb dolu heyrətli baxışlarını, bircə görəydiz.
Amma qarşılıqlı dialoq deyəsən Hacını narahat edirdi. Elə böyründəki, adını öyrənə bilmədiyimiz birisinin əlini telefona atıb kiməsə zəng etmək istəməsi də diqqətimizdən yayınmadı:

- Müəllim, zəng eləyim gəlib bunları aparıb başa salsınlar?
Dodaqları altında nəsə mızıldandı. Və ayrılanda biz Hacı müəllimdən “Sizi necə təqdim edək” deyə soruşduqda isə anormal cavab verdi: “Gedib-gələnlərin sualına cavab verən kimi”. Və ardınca da lap əndirəbadi bir əlavə etdi: “Xalq düşmənləridi bunlar, çıxıb getsələr yaxşıdır”.
Hacı müəllimin nəzərinə çatdırırıq ki, xalq düşmənləri biz yox, bu cür tikinti aparıb, Aralığı, Pirəbsəni, Təzəkəndi, bu əraziyə çox yaxın, qədim Şabran şəhərinin qalıqlarını hər an suyun altında qalmaq təhlükəsi ilə üz-üzə qoyanlardır. Kanalı tikən idarə tenderin şərtlərinə görə, onun fəaliyyətinə 1 illik zəmanət verib. Xanarxı isə heç 1 saat davam gətirmədi. Bunun məsuliyyətini necə, Hacı müəllim bölüşürmü?
Hadisə yerindən uzaqlaşıb Samur-Abşeron kanalı boyunca müşahidə aparırıq. Kanal quruyub. Yuxarıda qeyd etdiyimiz kimi, bunun səbəbi kanalın Quba rayonunun Gədik kəndi ərazisində aparılan təmir işləridir. Dəvəçi rayonunun 23 kilometrliyindən keçən ərazidə yaşayanlar bura ölmüş heyvan cəsədlərindən tutmuş, maşın şinləri, dəmir-dümür, nə desən atıblar. Fikirləşəndə ki, bu kanal Ceyranbatana axır, oradan da Bakı və Sumqayıt əhli su içir, deməyə söz tapmıram.

Üç gündür ki, Ceyranbatana su daxil olmur

Amma indi bu su da yoxdur. Artıq üç gündür ki, Ceyranbatan su anbarına su daxil olmur. Bakıda su qıtlığı təhlükəsi var. Düzdür, Hacı müəllim deyir ki, üç-dörd günə dağılan ərazini bərpa edəcəklər və Xanarxına su vurulacaq. Amma bu, yerli camaatı çox narahat edir. Onlar yeni fəlakətdən sığortalanmadıqlarını deyirlər. Və haqlıdırlar.
Üç gün əvvəl baş vermiş hadisə zamanı 50 hektardan çox əkin sahəsi və meşə zolağı suyun altında qalıb. Qəndob-Xaçmaz yolu bərbad vəziyyətə düşüb. Meşənin içərisindəki şadlıq evinə ziyan dəyib. Sel hətta bir avtomobili aparırmış, maşının içindəkilər möcüzə nəticəsində sağ qalıblar. Əhaliyə və dövlətə külli miqdarda ziyan dəyib. Düzdür, Hacı müəllim hadisə zamanı dövlətə heç bir ziyan dəymədiyini dedi. Və əlavə etdi ki, “dövlətin və camaatın dərdini çəkməyin”.
Bu gün dəvəçililər Sündüz Babayeva adlı icra başçısının yaratdığı az qala feodal üsul-idarəsini xatırladan bir rayonda yaşayırlar. Nəinki şəkillərinin çəkilməsinə imkan verirlər, hətta qəzetdə adlarının getməsindən belə qorxurlar. Çünki özlərini, yaxınlarını işdən çıxara bilərlər, həbs etdirərlər.
Dəvəçi və dəvəçililər, onların problemləri, rayonda baş verənlər barədə isə sabahkı sayımızda.
P.S. Qeyd edək ki, dünən “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Əhməd Əhmədzadə Dəvəçidə hadisə yerində olub. Eyni zamanda prokurorluq əməkdaşlarının olayla bağlı araşdırma apardığı bildirilir.


Səbuhi MƏMMƏDLİ, Bakı-Dəvəçi-Bakı

1 comment

Comment from: ELSHAD [Visitor]
ELSHADSALAMLAR.ICDIYIMIZ SU SIZCE TEMIZDIR?BES CIMDIYIMIZ SU NECE?BELKEM DEYIREM GEDEK DAGLARA TEMIZLEYE DOGRU:)?
19. 12. 06 @ 13:32

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blogtool

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog engine | cheap hosting