« GUNUN SUALI - DEKABR 14, 2006Gunun OZUNUZDEN MUGAYAT OLUN Xeberi »

GUNUN XEBERI - Dekabr 14, 2006

  14. 12. 06 18:01, by Agsaqqal, Categories: Zibilxana | Мусор
QADIN HÜQUQŞÜNASLARIN FORUMU YARADILIB

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü İradə Cavadova bir qrup qadın həmkarı ilə birgə Qadın Hüquqşünaslar Forumu təsis edib. «Media forum»a daxil olan məlumata görə, hüquqi təhsili olan qadınlar fərdi qaydada foruma üzv ola bilərlər.

Forumun əsas məqsədi ölkədə müxtəlif iş yerlərində çalışan qadın hüquqşünasların maraqlarının və hüquqlarının təmin olunması, onların cəmiyyətdə daha layiqli təmsil olunması üçün birgə səylərin həyata keçirilməsidir. Təsisçilər regionlarda yaşayan və fəaliyyət göstərən qadın hüquqşünasların Foruma cəlb edilməsinə xüsusi diqqət ayıracaqlarını qeyd ediblər.

Forumun formalaşdırılması üzrə Təşəbbüs Qrupu yaxın günlərdə quruma yeni üzvlərin qəbul olunması, əsasnaməsi və strukturunun hazırlanması ilə məşğul olacaq. Hüquqşünas qadınlar qərara alıblar ki, gələn ilin yanvar ayında Forum üzvlərinin ümumi yığıncağı keçirilsin. Ümumi yığıncaqda Forumun əsasnaməsi qəbul olunacaq, rəhbər strukturları formalaşdırılacaq.

mediaforum.az

No feedback yet

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

multiple blogs

©2024 by EylencE.AZ

Contact | Help | Blog themes by Asevo | blogging software | hosting