« GUNUN SUALI - Dekabr 13, 2006Gunun OLMEDIK BU GUNU DE GORDUK Xeberi »

GUNUN XEBERI - Dekabr 13, 2006

  13. 12. 06 17:06, by Agsaqqal, Categories: Zibilxana | Мусор
Hərbi xidmətə çağırış qaydalarında dəyişiklik edilir


Bu gün Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının iclası keçirilib. Komissiyanın üzvü Zahid Orucun APA-ya verdiyi məlumata görə, iclasda “Hərbi qanunvericiliyin əsasları haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Dəyişilməsi təklif olunan birinci məsələ hərbi xidmətə çağırış müddətinin ildə dörd dəfə keçirilməsi və 20 günlük çağırışın 30 günə qədər uzadılması ilə bağlı olub. İkinci dəyişiklik birinci və ikinci qrup əlil valideyni və himayəsində bir övladı olan çağırışçıların möhlət hüquq ilə bağlı olub. Z. Oruc deyib ki, bu vaxta qədər bu kateqoriyalı çağırışçıların möhlət hüququ olsa da, indi ikinci qrup əlillərə möhlət hüququ ləğv olunur, yalnız birinci qrup əlillərin belə hüququ saxlanılır. Üçüncü dəyişiklik bu vaxta qədər himayəsində üç uşağı olan çağırışçıların da möhlət hüququnun ləğvi ilə bağlıdır. Dördüncü dəyişiklik isə ali təhsilli şəxslərlə sıravi vətəndaşlar arasında xidmət müddətindəki fərqin aradan qaldırılması ilə bağlıdır. Belə ki, ali təhsilli şəxslər də 18 ay xidmət edəcəklər. Z. Orucun sözlərinə görə, daha bir dəyişiklik bakalavr pilləsini bitirəndən sonra magistraturaya, sonrakı dövrdə isə aspiranturaya sənəd verən çağırışçılarla bağlıdır. Qeyd olunub ki, bu məsələ müvafiq icra hakimiyyəti orqanının hərbi komissarlığa təqdim etdiyi siyahı əsasında həllini tapır. Yəni yalnız müvafiq icra hakimiyyətinin təqdim etdiyi siyahıda adı olan şəxslərə möhlət hüququ veriləcək /APA/

4 comments

Comment from: Sabishka [Visitor]
SabishkaBu millet ne etsen duzelen deyil ..Daha chox rushvet almag ucun eliyirler.. onsuz da mohlet almag isteyen alacag..yani pulu olan.
14. 12. 06 @ 12:27
Comment from: syama [Visitor]
syamayaxshi edibler, torpaglarninin 20 faizi ishgal altinda olkede bele herbi ganunlar olmalidir bashdan ayaga guzesht yox..birce herbde rushveti azaldib (tamamile yox olmasina inanmiram)tehsili artirsalar lap yaxshi olar.
14. 12. 06 @ 09:44
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalAydinchik, men ne bilim neyi deyishibler? :) Men 1 - 2 okean o taydan gorub gorduyumu yaziram :)
13. 12. 06 @ 19:13
Comment from: aydinchik [Visitor]
aydinchikonsuzda ilde 4 defe idide neyi deyisiblerki? sozde 20 gundur amma evveldende 30 gun davam edirdi men ozum bileceride qaldiqim ucun bunu yaxsi bilirem hemise 30 gun davam edirdi...
13. 12. 06 @ 19:03

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

multi-blog platform

©2024 by EylencE.AZ

Contact | Help | Blog themes by Asevo | blogging software | hosting