« АЛИ И НИНО - ГЛАВА ШЕСТНАДЦАТАЯGyunun E BU NOSH BELE ELIYIR AYE, Xeberi - Dekabr 12, 2006 »

GUNUN XEBERI - Dekabr 12, 2006

  12. 12. 06 17:12, by Agsaqqal, Categories: Zibilxana | Мусор
ABŞ prezidenti Corc Buş: “Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev öz etimadnaməsini ABŞ prezidenti Corc Buşa təqdim edib.

APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, Prezident Corc Buşun, Ağ evin protokol xidməti rəsmilərinin, Vaşinqtondakı diplomatik korpusa qoşulan digər doqquz ölkənin yeni səfirlərinin iştirak etdiyi tədbirdə səfir Yaşar Əliyev ABŞ-la tərəfdaşlığın Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. “Biz suveren dövlətimizin qurulması və möhkəmləndirilməsi səylərimizdə ABŞ-ın dəstəyini həmişə hiss etmişik. Azərbaycan prezidenti İlham Əliyev bu ilin aprelində Ağ evdə olarkən xalqlarımızın eyni dəyərləri bölüşdüyünü vurğulayıb”. Səfir Yaşar Əliyev ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi və dünyanın superdövləti kimi Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə çalışacağına əminliyini vurğulayıb. Yeni səfiri Vaşinqtonda salamlamaqdan məmnunluq duyduğunu bildirən ABŞ prezidenti Corc Buş ölkəsinin Azərbaycanla dostluğunu yüksək qiymətləndirdiyini deyib. “Bakı-Tiflis-Ceyhan kəmərindən gələn gəlirlərin şəffaf şəkildə paylanmasını təmin etmək üçün Dövlət Neft Fondu yaradan Azərbaycan digər zəngin resurslu ölkələrə nümunə ola bilər. Ölkənizin Avropaya enerji dəhlizində təchizatçı və tranzit dövlət kimi rolunun artacağına inanıram. Biz Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlarını dəstəkləyirik”. Terrorizmə qarşı mübarizədə Azərbaycanın mühüm rolunu vurğulayan Corc Buş ölkəmizi ABŞ-ın “möhkəm tərəfdaşı” adlandırıb. “Azərbaycanın gələcəyi Avroatlantik icma ilədir və ABŞ Azərbaycanın NATO və Avropa İttifaqı ilə yaxın əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləyəcək”. Azərbaycanla Ermənistan arasındakı münaqişənin Cənubi Qafqazın sabitliyini pozmaqda davam etdiyini vurğulayan ABŞ dövlət başçısı tərəfləri münaqişəni yalnız sülh yolu ilə həll etməyə, həmçinin Azərbaycan və Ermənistan xalqları arasında etimad quracaq yollar axtarmağa çağırıb. “Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi biz Rusiya və Fransa ilə birgə sizin liderlərlə münaqişənin tezliklə və sülh yolu ilə nizama salınması sahəsində işimizi davam etdirəcəyik”. /APA/

3 comments

Comment from: AYAN [Visitor]
AYANAgsaqqal---chox sagol xebere gore.
13. 12. 06 @ 23:44
Comment from: sensitive [Visitor]
sensitiveHee, deyirem eceb xoshbext milletiy e, butun neheng dovletlet bizim erazi butovluyumuzu destekleyir, amma hansi erazimiz butovdur onu basha dushmurem de...
13. 12. 06 @ 10:42
Comment from: Metleb Abbasov [Visitor]
Metleb AbbasovSaytla bagli sizi urekden tebrik edirem ve size ugurlar dileyirem
12. 12. 06 @ 23:01

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

multi-blog engine