« OriGinaL TəYyaRəMaraqli ve eylenceli sekiller 2 »

Gunun Xeberi

  04. 02. 07 19:05, by Agsaqqal, Categories: Zibilxana | Мусор
“Əl-Qaida”nın Rəcəb Tayyib Ərdoğana qarşı hazırladığı sui-qəsdin üstü açılıb



Türkiyə hüquq-mühafizə orqanları ölkənin 6 şəhərində “Əl Qaida” ilə əlaqəli olan qruplara qarşı əməliyyat keçirib və 36 nəfəri həbs edib.

APA-nın məlumatına görə, Konyada keçirilən əməliyyat tədbirləri nəticəsində baş nazir Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlandığı ortaya çıxıb. Belə ki, müsadirə edilən kompüterlərin birində baş nazirin ABŞ prezidenti Corc Buşla çəkilmiş fotosu tapılıb. Fotunun altında “Həddini aşanlara həddi bildiriləcək” sözləri yazılıb və ox işarəsi ilə R. T. Ərdoğan işarə olunub. Bundan başqa, qrup üzvlərindən götürülən ratsiyaların baş nazirin mühafizəçilərinin istifadə etdiyi ratsiyaların dalğalarını tutduğu müəyyənləşdirilib. Əməliyyat zamanı əldə olunan məlumatlar dosye şəklində R. T. Ərdoğana təqdim edilib. Türk “Əl-Qaida”çılarının nüvə maddəsi istehsal edən və Gebze qəsəbəsində yerləşən zavoda qarşı terror aksiyası planlaşdırdığı da məlum olub. Qrup üzvlərindən müəssisənin gizli yerlərində çəkilmiş fotoşəkillər tapılıb. “Əl-Qaida”çılar bomba və gübrə yüklənmiş maşınla müəssisəyə hücum etməyi, beləliklə də partlayışdan sonra radioaktiv maddələrin və gübrənin ətrafa yayılaraq çoxlu sayda insanın zəhərlənməsinə səbəb olmasını nəzərdə tutubmuş. /APA/

No feedback yet

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skins by Asevo | multi-blog | web hosting reviews