« Exclusive!!! Bir-birinə oxşayan məşhurlar (1-ci hissə)Ən bahalı oyuncaq avtomobil Nyu York sərgisində »

Ginnes Rekordları: 120 yaşlı nənə

  20. 02. 08 02:40, by MASTER_İER, Categories: Maraqlı faktlar | Интересные факты, Qeyri-adi | Необычное
by Master_IER


1. Məryəm Amaş - ərəb mənşəli israil vətəndaşı dünyanın ən yaşlı insanı elan edilə bilər. Onun itirilmiş sənədinin yerinə verlən yeni şəxsiyyət vəsiqəsində fantastik rəqəm yazılıb. Doğum tarixi - 1888-ci il...



2. İsrailin Daxili İşlər Nazirliyinin əməkdaşları yeni şəxsiyət vəsiqələrinin verilməsi üçün müraciətləri incələyərkən bu qadının müraciət ərizəsində yazılan rəqəmdən təəccüblərini gizlədə bilməyiblər.



3. İsrail DİN-i Türkiyə hökumətinə bu barədə sorğu göndəriblər. Belə ki, qadının yaşadığı ərazi 120 il əvvəl Türkiyə ərazisi idi.



4. Türkiyə tərəfindən məmurların dediyinə görə, həqiqətən Məryəm Amaş adı qeydiyyat kitablarında mövcuddur. Ancaq yenə də dəqiq bir söz demək çətindir.



5. Məsələ burasındadır ki, o zaman əhalinin qeydiyyatı o qədər də dəqiq və dürüst aparılmırdı.



6. Ondan əlavə, İsrail DİN bildirir ki, qadını yaddaşı aldada bilər. Amma bu, həmdə o demək olur ki, Məryəm Amaş 120 yaşdan da qoca ola bilər.



7. Qohumları isə Məryəm nənənin yaşının dəqiqliyindən əmindirlər.



8. Bu müddət ərzində Məryəm nənənin 10 oğul və qızı, 120 nəvəsi, 250 nəticəsi və 20 kötücəsi var.



9. Nəvələri onun haqqında fəxrlə danışırlar və bildirirlər ki, Məryəm nənə hər gün gəzməyə çıxmalı və gündə minimum 1 stəkan zeytun yağı içməlidir.



10. Gİnnesin Rekordlar Kitabının nümayəndələri qeyd edirlər ki, Məryəm nənənin Kitabın siyahısına düşməsi üçün türk mənbələrindən başqa onun həyat yoldaşı, övladları haqqında ətraflı məlumat olmalıdır. Ola bilər ki, hətta tibbi baxış da keçirilsin.



11. Hal-hazırda dünyanın ən yaşlı insanı amerikalı Edna Skott Parker hesab olunur. Onun 114 yaşı var.

9 comments

Comment from: princess [Visitor]
princesstwk
29. 09. 10 @ 13:24
Comment from: Iradik [Visitor]
IradikAllah can sagligi versin
21. 02. 08 @ 14:58
Comment from: Sabina [Visitor]
SabinaMaster indide nenelere kecibseenn??:))halaldı sene:)
21. 02. 08 @ 09:43
Comment from: AYAN [Visitor]
AYANKechen hefte bizim saytlarin birinde Azerbaycanin en yashli insani Qazaxda yashayan neneshka idi 123 yashinda, ama nenenin adi yadim da deyil. Tak chto bu israilli nene dunyanin en qoca insani deyil.
20. 02. 08 @ 16:32
Comment from: master_ier [Member]
MASTER_İERAyka, AMIN demeyen diller qurusun :)) Bakinka, Minish, onlara xeber eliyen lazimdi daaaa. :) Seva, sen de sag ol. ;)
20. 02. 08 @ 13:22
Comment from: Seva [Visitor]
Sevacox saol master,ama neneni ele bil doyubler uz-gozu gom goydu.:)
20. 02. 08 @ 12:27
Comment from: MiNiSH [Visitor]
MiNiSHbankinkaynan raziyam.lenkeranda 110 yashinda kishi var baxsan 80-dan yuxari yash vermersen.top kimidi
20. 02. 08 @ 11:59
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYAzerbaycanda,xususen Lenkeran-Astara terefde bunlardan da qocalari var yeqin.Sadece Qinnes eminin bele bir dovletin de olmasindan xeberi yoxdur
20. 02. 08 @ 10:19
Comment from: Ayka [Visitor]
AykaDeyirem ki,sag elleri bizim bashimiza:)
20. 02. 08 @ 07:48

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

multiblog platform