« КрысятинкаНаставления отца (ремейк стихотворения Маяковского) »

Denominasiya yaxınlaşır

  2005.09.20 16:56, от EylencE.AZ, Рубрики: Azərbaycan | Азербайджан
Azərbaycan Respublikası Milli Bankı xatırladır ki, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miq¬yasının dəyişdirilməsi (denominasiyası) haqqın¬da” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanının tələbinə və Azərbaycan Respublikasının Nazirlər Kabine¬ti¬nin 22 iyun 2005-ci il tarixli qərarına uyğun ola¬raq 2005-ci il Oktyabrın 1-dən etibarən 2006-cı ilin de¬kabrın 31-dək (həmin gün daxil olmaqla) bütün dövlət orqanları və təşkilatları, habelə mülkiyyət və təşkilati–hüquqi formasından asılı olmayaraq bütün tə¬sərrrüfat subyektləri dövlət tərəfindən tənzimlənən qiymətlər və tariflər də daxil olmaqla ölkədə malların, xidmətlərin və işlərin bütün topdansatış və pərakəndə satış qiymətlərini köhnə və yeni manatla göstərməlidirlər. Bu zaman 1 yeni manat (1 AYM) köhnə 5000 manata (5000 AZM) bərabər tutularaq bütün qiymət kağızlarında və cədvəllərdə, eləcə də reklamlarda qiymət və tariflər eyni zamanda həm köhnə, həm də yeni miqyasda göstərilməlidir. Yəni, 5000 manat = 1 yeni manat (5000 AZM=1 AYM) Məsələn: 1000 manat dəyərində olan çorəyin yeni manatla qiyməti 20 qəpik kimi, nəqliyyatda 500 manatlıq gediş haqqı - 10 qəpik kimi, 1800 manata olan 1 litr Aİ93 markalı benzinin qiyməti - 32 qəpik kimi göstərilməlidir. Yeni qiymətlər hesablanarkən qəpiyin kəsr hissəsi əmələ gəldikdə tam qəpiyədək yuvarlaqlaşdırılmalıdır. Əgər qəpiyin kəsr hissəsi yarım qəpikdən az olarsa məbləğ tam qəpiyədək azaldılmalı, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda məbləğ tam qəpiyədək artırılmalıdır. Məsələn: əgər hər hansı malın və ya xidmətin qiyməti 53, 4 qəpikdirsə bu zaman qiymət 53 qəpik kimi, yaxud 53, 6 qəpikdirsə, 54 qəpik kimi göstərilməlidir. Yeni qiymətlər miqyasında dəyərlərin rəqəmlə ifadə olunması zamanı minlikləri ayırmaq üçün “nöqtə”, manatla qəpiyi ayırmaq üçün isə vergül istifadə olunmalıdır. Məsələn: 10, 50 manat (on manat əlli qəpik), 25.500 manat (iyirmi beş min beş yüz manat) və s. Malların və xidmətlərin üzərində ikili qiymətləri göstərməyən təsərrüfat subyektləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Milli Bankı.

4 комментариев

Комментарий от: vuvu [Посетитель]
vuvu Пишу для администрации сайта! Вам действительно нет на что фокусировать? Будьте Благоразумны господа! Ведь Вы в Эфире, А я думал Вы Проффи!!!!!!!!!!!!!!!!
2006.03.02 @ 00:11
Комментарий от: Elvin [Посетитель]
Elvinдааа, долго буду привыкать!
2006.01.18 @ 18:04
Комментарий от: anlat.net [Посетитель]
anlat.netsize gore hicbirsey bu.. gelde turkiyeye oyle konus..
2005.12.29 @ 05:33
Комментарий от: Milosh [Посетитель]
MiloshBenzinin giymetini yuxarida duz yazmamisan....
2005.09.21 @ 02:59

Оставить комментарий


Ваш email адрес не будет показан на сайте.
  
(Использовать введенные здесь данные для следующих комментариев на этом сайте)
(Разрешить пользователям посылать мне сообщения -- Ваш email адрес не будет показан!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting