« Ушел из жизни Муслим МагомаевHeidi Klum: Victoria's Secret »

Dünyanın Ən Xoşbəxt Ailəsi

  25. 10. 08 11:36, by Most-Known-Unkn, Categories: Maraqlı faktlar | Интересные факты, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
by MKU



Bu dəfə sizə dünyanın ən xoşbəxt ailəsindən danışacağam. Həmişə mübahisələr gedir: Dünyanın ən xoşbəxt "para"sı kimdir? "Brad Pitt + Angelina Jolie"? Və yaxud "David Beckham+Victoria Beckham"? Bəlkə təmamilə başqası?

Əlbətdə, suala cavab verməzdən əvvəl "XOŞBƏXTLİK" nədir, onu aydınlaşdırmaq lazımdır. Bəlkə aranızdan elələri çıxacaq ki, öz ailəsinin ən xoşbəxt ailə olduğunu söyləyəcək. Amma bir aile var ki, çoxları onları "ƏN XOŞBƏXT CÜT" kimi görür.

Nəisə, sizləri daha çox intizarda qoymayım...:)

Deməli belə, Tanış olun, DÜNYA TARİXİNİN EN XOŞBƏXT CÜTÜ!!!




.........
.........
.........
.........
.........
...................................................
...............................................
...........................................
.......................................
...................................
...............................
...........................
.......................
...................
...............
...........
.......
...
.


"ADƏM və HƏVVA"

Niyə??? :)

Səbəbləri budur:

1- Adəmlə Həvvanın qaynanası olmayıb.

2- Adəmlə Həvva heç vaxt xəyanətdən, aldatılmaqdan qorxmayıb.

3- Adəm heç vaxt Həvvaya: "5 dəyqə həyətə düşüb, gəlirəm" deyib saatlarca həyətdə "dəmino" çırpmayıb.

4- Həvva heç vaxt padruqalarını evə yıgıb axşama kimi dedi-qodu eləməyib.

5- Adəm heç vaxt Həvvaya: "Bugün işden biraz gec gəlcəyəm, iclasım var." deyib gecənin yarısı evə sərxoş halda gəlməyib.

6- Həvva heç vaxt "Sevgililər Günü"nü, "8 Mart"ı yaddan çixartdıgı üçün Adəmə güldən ağır söz deməyib.

7- Görüşlərə gecikəndə Adəmlə Həvva heç vaxt yollardakı probkaları bəhanə eləməyib.

8- İşıq pulu, qaz puluna gorə Adəmlə Həvvanın evində heç vaxt qanqaraçılıq olmayıb.

9- Adəm Həvvaya "Sən bu dünyada gördüyüm ən gözəl qadınsan!" deyərkən heç vaxt yalan söyləməyib.

10- Adəmlə Həvva heç vaxt bir birləri ilə telefonda dalaşıb, "adboy" verməyiblər.

11- Adəm Həvvaya heç vaxt "Ay qız, bu nə paltardı? Əynive mərifətli bir şey geyin." deməyib. Çünki əncir yarpağı o dövrün yeganə paltarı olub:)

12- Həvva heç vaxt Adəmə "Axırıncı dəfə haçan kinoya getmişik? Haçan məni gözəl restorana aparmısan?" deyib Adəmi əsəbləşdirməyib.

13- Adəmlə Həvva bir birlərinə: "Sevgilim, gözüm səndən başqa heç kimi görmür!" sözünü ürəkdən deyiblər.





Sizcə başqa səbəblər də var? YAZIN biz də bilək:)

13 comments

Comment from: lanselot [Member]  
LanseloTXoshbextlik buduuuu??,,, 1-aye sen gorushe gedende,1 saat gecikmedin,catabda qiz agzina geleni sene deyib kusmedi,sen 2 saat ona yalvarmadin,yola getirennen sonra bahali bir restoranda sene shot verdirmedilerse,,,o ne xoshbextciliydi....;))))))) 2-axsham cagi ushaxlarnan qesheh yeyib icennen sonra eve gelende qapinin agzinda sehere qeder yalvarib,axirda orda da yatmadinsa,o ne xoshbextciliydi....;))))))) 3-Sheherde gezende gunahlarinnan biri gelib kecib sene salam vermedise,sen de buna gore qesheh bir yalan guppuldatmadinsa(meselen: Dostumun xalasi-qizidi..),,day ne xoshbextciliydi...;))) 4-Telefonunda qiz nomrelerinde adlari deyishib oglan adi elemedinse ki,arvad baxanda bilmesin,o ne xoshbextciliydi...;))))))
29. 10. 08 @ 12:20
Comment from: Ayka [Visitor]
AykaTREPSI,aile gurmusan? Adeten son xeberler mene tez catir.Bundan xeberim yoxdu hec:( Xoshbext ol,ogullu-gizli ol,AMIN! MKU,Elleykime salam:)Gorsen herden,darixdirici olur yoxsa:)
28. 10. 08 @ 22:44
Comment from: MKU [Visitor]
MKUMaster: xosh gorduk:) Ayka: salam salam.. deme ee, adam gocaldixca ishleri de agirlashir, ureyi isteyen sheylere chox vaxt ayira bilmir(( trepsixore: elbetde:) allah daima xoshbext elesin ailenizi:)
28. 10. 08 @ 15:54
Comment from: trepsixore [Visitor]
trepsixoreAydaaa, malades eeee! Gor neyi fikirleshmisiniz :D Halaldi! Xoshuma geldi, xeylek guldum! :) Bizim aile de yuxarida deyilenlerin hamisina uygun gelir :D Demeli biz de en xoshbext cutluk sayila bilerik! :)
28. 10. 08 @ 11:58
Comment from: ayka [Visitor]
aykaSuper hec bele gozlemirdim...
27. 10. 08 @ 18:13
Comment from: Humay [Visitor]
HumayMende dedim gorsen bu ctlukler kimdi??? Ademle Hevvanin dovrlerinde ne kino ne qisqancliq nede 8mart ....ve s... yox idi dovr deyisib insanlar deyisib ....herenin 1cur xasiyyeti var yenede sag olun yazdiqlariniza gore.tesekkurler sag olun......
27. 10. 08 @ 15:42
Comment from: Ayka [Visitor]
AykaMku,salam.Haralarda idin? Yerin gorsenir gozden gacan kimi :) Uzun gulsun,post ela idi,teshekkurler!
27. 10. 08 @ 05:58
Comment from: master_ier [Member]
MASTER_İER1. Hz.Adem ve Hevva Allahin ilk bendeleri olub. 2. Onlarin qeybetini edib, soz gezdiren olmayib. Uzunu gorek, MKU. Xosh prisol.
27. 10. 08 @ 02:00
Comment from: Ayaz [Member]  
MuranoAllah sizi guldursun.
26. 10. 08 @ 06:30
Comment from: Maybach [Visitor]
MaybachBu bir zarafatli postdur sadece :)
25. 10. 08 @ 23:32
Comment from: iradik [Visitor]
iradiksuper:)))Cox sagolun!
25. 10. 08 @ 17:43
Comment from: Nelly [Visitor]
NellyHevva hech vaxt Ademe"gorursen camaat nece yashayir"demeyib,heey mende birini uydurdum:)))
25. 10. 08 @ 14:49
Comment from: Nelly [Visitor]
Nelly Adəm Həvvaya heç vaxt "Ay qız, bu nə paltardı? Əynive mərifətli bir şey geyin." deməyib. Çünki əncir yarpağı o dövrün yeganə paltarı olub:) Adəmlə Həvva bir birlərinə: "Sevgilim, gözüm səndən başqa heç kimi görmür!" sözünü ürəkdən deyiblər. suuuuuuuuuuuuupppppppppeeeeeeeeeerrrrrrrrrrrrr:)))) guldurdun meni danke
25. 10. 08 @ 14:42

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
July 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | evoCore | vps hosting | François