« Sensiz,denizsiz qalanda..MeSaJ GöNdəRməK BaRmaQLaRa, BeyiNə və ŞəxSi HəYaTa ZiYaNdıR!!! »

DüNyAdA ən BaHaLı AdAmLaRıN və ƏşYaLaRıN SiYaHıSı...

  26. 05. 07 20:31, by pure_love, Categories: Məqalələr | Статьи, Əyləncə | Развлечения
23 bənddən ibarət bu siyahıda ən bahalı avtomobil kimi "Maybach 62" markalı maşın göstərilib. Onun 1,3 milyon avro qiyməti var. Almanlar nəinki maşının, ən bahalı təkərlərin növünü də müəyyənləşdiriblər. Məlum olub ki, Las-Veqas`dakı sərgidə nümayiş etdirilən "Maybach" təkər dəstinin qiyməti 1 milyon dollar imiş. Onların üstü 12 min brilyant daş və 800 zümrüd qaşla bəzədilib. Təkər dəstini "Maybach" və "Lamborghini" avtomobillərinə qoymaq olar.

Almanların fikirncə dünyada ən bahalı geyim – kostyum, çəkmə və büsthalterdir. Ən bahalı kostyum - amerikan kosmonavtlarının geyimidir. O, 9 milyon dollara başa gəlir. Ən qiymətli ayaqqabı isə zərgər Stüart Vaysmanın hazırladığı hündürdaban qadın çəkməsidir. Bu ayaqqabının 642 yaqut daşı bəzəyir. Onun hazırlanmasına 1,6 milyon avro xərc çəkilib. Ən bahalı qadın alt paltarının qiyməti isə 12,5 milyon dollara çatıb.

Siyahı müəllifləri ən bahalı nahar yeməyinin qiymətini də hesablayıblar. Məlum olub ki, "Green-light Capital" firmasının başçısı Devid Aynxorn, öz kumiri Uorren Bafetlə nahar edə bilmək üçün 250 min dollarından keçməli olub.

Ən bahalı qida növü isə - hər gün işlətdiyimiz kartofdur. Təbii ki, bizim Gədəbəy və Tovuz rayonlarında yox, kartofun Fransa`da yetişdirilən "La Bonnotte" növü. Onun bir kilosunun qiyməti təxminən 500 avrodur. Sumatra adasında hazırlanan "Kopi Luwak" qəhvəsinin 100 qramı isə 75 dollaradır.

Ən bahalı siqaret kimi "Treasurer" markalı tütün məhsulları elan olunub ki, onun bir qutusunun qiyməti 24 avrodur.

Əvvəllər olduğu kimi Tokio hələ də dünyanın ən bahalı şəhəri, Dubay`dakı "Burj Al Arab" isə ən bahalı mehmanxanası hesab olunur. Orada lüks otağın qiyməti 7700 avroya çatır.

Ən bahalı tikintini isə amerikan biznesmeni Tim Bliksset aparır. O, Montana ştatında daş və taxtadan əsl saray ucaltmaq niyyətindədir. 64 hektar sahəni əhatə edəcək bu tikilinin qiyməti 155 milyon dollara çatır.

"Stade de France" - ən bahalı stadiondur ki, onun ərsəyə gətirilməsinə 460 milyon avro pul xərclənib. 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Fransa yığma komandası qalibiyyət sevincini məhz bu stadionda yaşayıb.

Almanlar fantastik məbləğə başa gələn səyahətləri də nəzərə alıblar. Bəlli olub ki, indiyədək ən çox pul xərcləyənlər – Denis Tito və Mark Şattluort olublar. Hər biri kosmosa uçmaq üçün 20 milyon dollarla vidalaşmalı olublar.

"Barbi" gəlinciyinin də ən bahalı növü var imiş. 100 min avro qiyməti olan bu oyuncağın paltarı əsl brilyant qaşlarla bəzədilib.

Reklama gəlincə, burada liderlik sözsüz ki, "Pepsi" şirkətinin əlindədir. Şirkət 2002-ci ildə Britni Spirs`ə 90 saniyəlik reklam çəkilişinə görə 7,53 milyon dollar ödəməli olmuşdur. Ən bahalı brend kimi "Coca-Cola" liderdir. Onun qiyməti 70 milyon dollara qiymətləndirilib.

Ən çox xərc aparan kino lentləri arasında birinci yer hələ də "Titanik"ə məxsusdur. Filmin çəkilişinə 200 milyon dollar xərclənmişdir.

Dünyanın ən bahalı qadını Cenifer Lopesdir. Çox qonorar aldığına və ya əmlakının çoxluğuna görə bu siyahıya düşməyib. Sadəcə, öz bədənində bəzi hissələri 1 milyard dollar miqdarında sığortalayıb. İdmançılar arasında ən bahalı kişi Zinəddin Zidan hesab olunur. 2001-ci ildə "Real Madrid" onu öz sıralarına qatmaq üçün 68,7 milyon dollar ödəyib.

7 comments

Comment from: Krasivaya_Urodina [Visitor]
Krasivaya_UrodinaMurano men demezdimki en bahali ticaret merkezi AMAYdi..Cunki Amaydanda bahalilari var..ondn da boyuk olanlari var..Bilirsen AMAYa niye o qeder xerc cekilib?cunki ora tek ticaret merkezi deyil axi,yuxarisinda ofisler ve s. olacaq..ona gore,butun ina hamsi ticaret merkezi deyil.
27. 05. 07 @ 14:25
Comment from: ayka [Visitor]
aykacox maraqlidi.
27. 05. 07 @ 12:48
Comment from: GRATOKO [Visitor]
GRATOKOHER KESE SALAM,COX MARAQLI FAKTLARDI/////////
27. 05. 07 @ 02:09
Comment from: Janika [Visitor]
JanikaSalam meeekkkimmm eylence dostlarım..Sizi hele de İstanbuldan salamlayıram. Bu maraglı melumatı oxudum. xoşuma geldi. Ümumiyyetle bizi xoşagelen ve lazımlı melumatlarla techiz etdiyine göre eylence.az yaradıcılarına ve moderatorlarına thnx. bakıda ne var ne yox teze uşaqlar? helelik.
26. 05. 07 @ 23:00
Comment from: Ayaz [Member]  
MuranoDünyanın ən bahalı ticarət məkəzi də Azərbaycandadı.Amay ticarət mərkəzi.Rəsmi məlumatlar görə onun tikilişinə vergili, rüşvətli, yeyintili zaddı 359 mln dollar pul "xərcləyiblər".Ən bahalı keçid də bizdədi.H.Əliyev adına sarayın qarşısındakı 3.5mln dollara başa gəlib.Nəsə maraqlıdı yee, ən bahalı tikililəri Akkord tikir.Bu gedişlə biz hara gedirik görəsən?
26. 05. 07 @ 22:20
Comment from: master_ier [Member]
MASTER_İERHmmm... maraqlidir. THX Pure
26. 05. 07 @ 22:17
Comment from: Krasivaya_Urodina [Visitor]
Krasivaya_UrodinaBirce onu deye bilermki,hamsi bosh sheydi,dunyanin mali,ele dunyada qalacaq!
26. 05. 07 @ 21:21

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

free open source blog

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | multiple blogs | web hosts