« Qeyri-adi əkizlər =)) (1-ci hissə)Müğənninin alt paltarı 1 milyon dollara alındı »

Anası Britni Spirsin intim sirlərini açıqladı!

  12. 09. 08 13:08, by Murad, Categories: Şou-biznes | Шоу бизнес, Məqalələr | Статьи, Məşhurlar | Знаменитые, Hollywood | Голливуд


Britni Spirs 13 yaşından içməyə başlayıb, 14 yaşında bakirəliyini itirib, 15 yaşında isə artıq narkotik maddə qəbul edirmiş. Lent.az-ın məlumatına görə, belə bir sensasion açıqlama ilə onun anası çıxış edib.

Müğənninin anasının “Fırtına arasında” adlı kitabı sentyabrın 4-də işıq üzü görüb. Linn Spirs bütün dünyaya ən yaxşı ana olmadığını, onun qızının isə karyerasının ilk illərində təqdim edildiyi “məsum qızcığaz” obrazından uzaq olduğunu açıqlayıb.

Hazırda 53 yaşlı Linn qızını menecerlərə tapşırdığından və onun çox gənc yaşında açıq-saçıq videoların seksual obyektinə çevrilməsinə imkan verməsindən peşimandır. Anası əmindir ki, Britni Spirsin daimi problemlərinin kökündə onun hələ uşaq yaşlarında “vəhşi tərbiyəsi” durur.

Britninin problemləri hələ 13 yaşında başlayıb. O zaman “Mikki Mausun dostları Klubu”na daxil olan qızcığaz içkiyə qurşanıb. Lakin macəralar bununla bitməyib. Gələcək ulduz bir il sonra Luiziana ştatının Kentvud şəhərindəki məktəbə daxil olub. Elə həmin məktəbdəcə 18 yaşlı dostu ilə yatağa girərək 14 yaşında bakirəliyini itirib. Bundan sonra pop-şahzadənin karyera yüksəlişi başlayıb. Britni Castin Timberleykə vurularaq onunla intim həyat yaşamağa başlayıb. Anası isə bu fakta göz yumurmuş.

Ən maraqlısı isə odur ki, bütün bu illər ərzində Britni bakirə olduğunu iddia edirmiş. Müsahibələrindən birində bakirəliyini ancaq həyat yoldaşı ilə itirəcəyini bildirən müğənniyə “Amerikanın sonuncu bakirəsi” titulu verilib. Nəticədə Britnini “Əsl sevgi tələsmir” adlı ictimai hərəkatın lideri elan ediblər.

Britninin narkotik maddələrə aludəçiliyi isə ümumiyyətlə başqa bir mövzudur. Linn öz kitabında yazır ki, qızı narkotik maddədən ilk dəfə 15 yaşında Los-Ancelesdə “Baby One More Time” debüt albomunu yazdırarkən istifadə edib. 16 yaşında olarkən Britnini şəxsi reaktiv təyyarəsində kokain və marixuana ilə tutublar. Anası bu problemi qızı ilə uzun müddət müzakirə edib. Amma Britni üçün artıq maneə qalmayıbmış.

Britni uşaqlığından uçurumun kənarı ilə addımlayaraq həyatın bütün “ləzzətini” dadmağa çalışıb. Hazırda 26 yaşı olan müğənni artıq iki dəfə psixatrik klinikada intensiv müalicə alıb. Onun iki oğlunu keçmiş həyat yoldaşı Kevin Federlayn tərbiyə edir. Britni özü isə balaca uşaq kimi atasının nəzarəti altındadır.

Britni və anasının münasibəti hələ 2006-cı ildə pozulub. Sentyabrın 16-da açıq satışa daxil olacaq kitabdan sonra onların münasibətinin ümumiyyətlə pozulacağı sirr deyil. Halbuki, bir zamanlar ana və qızı ən yaxşı rəfiqələr olublar...

1 comment

Comment from: sacotra [Visitor]
sacotraonsuzda senete bele tez basliyanlarin aqibeti hemise bu cur olur.inanmiramki britninin anasi heqiqeten nedense pesiman olsun.prosto ona xocet pozarabotat na svoey doceri.
13. 09. 08 @ 13:46

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | b2 | web hosting | blog ads