« Qadınlar: Gül bağçamız =)Анимированные цветы (4-ая часть) »

İnsanı insan kimi daşımaq lazımdır

  25. 09. 08 18:57, by Murad, Categories: Məqalələr | Статьи, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
"İnsanı insan kimi daşımaq lazımdır"

Nəqliyyat Nazirliyinin yeni qərarı ilə xırda tutumlu avtobusların şəhərin məkəzinə girişinə qadağa qoyulub

Dünəndən başlayaraq paytaxtın mərkəzi küçələrinə xırda tutumlu avtobusların hərəkəti qadağan edilib. Həmişə olduğu kimi bu işdən xəbərsiz olan paytaxt sakinləri isə, avtobus dayanacaqlarında saatlarla hər gün getdikləri avtobuslarını gözləsələr də məlum oldu ki, Nəqliyyat Nazirliyi xırda tutumlu avtobusların şəhərin məkəzinə girişinə qadağa qoyub. Bundan sonra Bakının mərkəzində- Elmlər Akademiyası, Bakısoveti, Cavid prospekti, İçəri şəhər və digər mərkəzi küçələrdə yalnız iri tutumlu avtobuslar xəttə buraxılacaq.

Nəqliyyat Nazirliyinin katibliyinin müdürü Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində kompleks layihələr həyata keçirilir. Onlardan da biri xırda tutumlu avtobusların yığışdırılıb, iri tutumlu avtobuslarla əvəz olunmasıdır. “Son günlər Bakı şəhərində baş verənlər də məhz bu tədbirlər planının davamıdır. Yəni biz şəhərin mərkəzi küçələrində, prospektlərində xırda tutumlu avtobusları dövriyyədən çıxararaq, onların əvəzində orta və iri tutumlu avtobusları nəqliyyata buraxırıq. Bu, müəyyən mənada insanların narazılığna səbəb ola bilər. Çünki hardasa vərdiş pozulanda psixikaya təsir edir. Amma bu o demək deyil ki, bir neçə nəfərin narazılığna görə, biz Bakı üçün gördüyümüz işi təxirə salmalıyıq".

N. Həsənovun sözlərinə görə, bu addım ilk növbədə paytaxtın tıxac poblemini aradan qaldırmaq və sərnişinlərə yüksək servis xidmətinin göstərilməsi üçün atılıb. "Xırda tutumlu avtobuslar yavaş-yavaş təkamül yolu ilə aradan götürüləcək. Çünki bunlar yalnız 11-12 adam tutur. Əksəriyyəti vaxtilə Rusiyada yük üçün nəzərdə tutulmuş avtobuslardır. Onların hamısına oturacaq qoyulub, marşrut kimi istifadə olunur. Yəni insanı insan kimi daşımaq lazımdır. Bizim devizimiz budur".

Beləliklə bundan sonra, şəhərin uzaq rayonlarından Bakının mərkəzinə gələn sərnişinlər avtobuslara qoyulan son dayanacağa qədər gələcəklər, orada isə düşüb şəhər istiqamətinə gələn başqa iri tutumlu avtobuslara minməli olacaqlar. Məsələn, əvvəl Günəşlidən şəhərin mərkəzinə bir avrobusla gələn əhali bundan sonra iki avtobusdan istifadə etməli oacaq. Bu isə sərnişinlərin əlavə nəqliyyat xərci deməkdir. Bundan başqa, şəhərin mərkəzində insanlar saatlarla avtobus gözləməli olurlar.

Nəqliyyat Nazirliyinin rəsmisi deyir ki, sakinlər və sürücülər xəbərdarlıq edilmədiyindən şikayətlənirlər. "Amma biz dəfələrlə xəbərdarlıq etmişik. Bilirsiniz ki, nəqliyyat ictimai olsa da, hər şey özəl şirkətlərin əlindədir. Onlar da vaxtında bizim xəbərdarlığımıza əməl edərək, avtobuslarını yeniləyərək, yeni iri tutumluları ilə əvəz etməli idilər".

N. Həsənovun verdiyi məlumata görə, bu ilin sonuna qədər şəhərə daha 300 iri tutumlu Koreyanın "Daewoo" şirkətinin istehsalı olan avtobusun gətirilməsi nəzərdə tutulub.

Aytən Həmidova/ANS PRESS/

http://ans.az/nid89618.html

3 comments

Comment from: Trepsixore [Visitor]
Trepsixoredehshetizm :D birazdan deyirem prostoy smertnileri de sheherin merkezine buraxmayacaglar, ne tolko avtobuslari :D Deyirem bu sheheri idare edenlerin dedeleri Nikolayin dovrunde dovernost aliblar sheherin merkezi ucun, day merkez onlarindir :D Dehshetdi eee, a bu avtobuslari birinci burax sonra milleti goy yolda daaa. Kellediler eee Vallah. Bu Azerbaycanda yashadigca emin oluram ki, yashamaga deyesi yer deyil :S
26. 09. 08 @ 17:17
Comment from: murad [Member]  
MuradLəzgi, "prikrivat" eləyən yoxdur işdə? Mdaaa çox hörmətli, zati aliləri, cənab, möhtərəm, yüksək zirvəli, FULL SALON N.Həsənov yaman səviyyəli söz işlədib cəmiyyət içərisində =)) İnsanı insan kimi daşımaq lazımdır...
26. 09. 08 @ 00:20
Comment from: lezgi [Visitor]
lezgioyda ise gecikerem axi))yeri iri tutumlu avtobuslarin balaca olanda yadimdadi orta hissesi qarmoskali avtobuslar var idi hemise ona minende maraqli gelirdi mene
26. 09. 08 @ 00:05

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

free blog tool

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | blog software | webhost