« AYAN, AD GUNUN MUBAREK!АЛИ И НИНО - »

İş günü olmayan bayramlarla bağlı AR ƏM-nə dəyişikliklər

  08. 12. 06 16:16, by EylencE.AZ, Categories: Azərbaycan | Азербайджан, Məqalələr | Статьи
Azərbaycanda iş günü olmayan bayramlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik edildi

Dekabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib. Iclasda Azərbaycanda iş günü olmayan bayramlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik edili.

Spiker Oqtay Əsədov təklif edib ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi məsələsi gündəliyə salınsın. Lakin bu, müxalifətçi millət vəkillərinin narazalığına səbəb olub. Səsvermə yolu ilə məsələ gündəliyə daxil edildikdən sonra Əmək Məcəlləsində dəyişiklik eilməsi təklifi müzakirəyə çıxarılıb. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verən Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, bu məsələ onun rəhbərlik etdiyi komissiya və hüquq siyasəti komissiyasının birgə iclasında müzakirə olunub. H.Rəcəbli əlavə edib ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, bəzi bayramların daha uzun müddətə qeyd olunması və bəzi bayram günlərinin isə iş günü elan edilməsi nəzərdə tutulub: «Dəyişikliklərin məqsədi odur ki, milli-mənəvi dəyərlərlə bağlı olan bayramlar daha geniş və uzun müddətə qeyd olunsun. Bu zaman dövlət büdcəsinin maliyyə imkanları və dünya təcrübəsi nəzərə alınıb».

Dəyişikliklərə əsasən, Novruz bayramı 5 gün, Qurban bayramı isə 2 gün qeyd olunacaq. İstirahət günü hesab edilməyən bayramlar siyahısına isə 18 oktyabr – Müstəqillik Günü, 12 Noyabr- Konstitusiya Günü və 17 Noyabr – Dirçəliş Günü daxil edilib. Həmin bayramlar bundan sonra is günü sayılacaq.

H.Rəcəblinin çıxışı bitdikdən sonra məsələ ətrafında müzakirələrə başlayıb. Müxalifəti təmsil edən deputatlardan İqbal Ağazadə, Pənah Hüseyn, Arzu Səmədbəyli, Aynur Quliyeva çıxış edərək bu dəyişkliklərin qəbul edilməsinin yolverilməz olduğunu vurğulayıblar. Onların fikrincə, bu dəyişikliklər siyasi xarakter daşıyır. Müxalifətçi deputatlara millət vəkilləri Siyavuş Novruzov, Aydın Mirzəzadə, Musa Quliyev və vitse-spiker Bahar Muradova cavab verərək qeyd ediblər ki, Əmək Məcəlləsində edilən dəyişikliklər siyasi mahiyyət daşımır.

Milli Məclisin sədri Oqtay Əsədov məsələyə aydınlıq gətirərək bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, bayram günləri ləğv edilmir, sadəcə həmin günlər iş günü sayılacaq. Uzun müzakirələrdən sonra məcəllədə nəzərdə tutulan dəyişikliklər qəbul olunub.

5 comments

Comment from: Mr.Quality [Visitor]
Mr.QualityO qeder de pis qerar deyil. Istirahet gunleri ne qeder az olsa bir o qeder yaxshidir. Bele de ki, musteqillik gununu kim elimizden alir ki, hech kim. O biyda 28 may Respublika gunu var. MEnce onu doya doya qeyd elemek bu menada kifayet eder. O ki qaldi NOvruz bayramini 5 gun qeyd edileveyine, mence bu heddiden artiq choxdur. Duzdur mulli meneci deyerlerimize hormet noqteyi nezerinden baxila biler ama mence deyerli hesab edilen gunlerin sayi az olsa deyeri daha da artar. Chox istiraher milleti rehavete (rahatliga, tenbelliye) sovq edir. Mence il erzinde en choxu 2 ve ya 3 bayram kifayetdir. Yeqin yaponlarin ilde neche defe istirahet gunu oldugunu bilmemish deyilsiniz. Hem de bu qeder pessimislikden bir shey chixmaz, ne qeder lazimsiz fikirler demek olar axi ki, Milli MEclis bir ishe yaramir filan... A kishiler bu qeder sadelovh olmayaq. Kimin ve hansi qurumun ne ishe yarayib yaramadigini yeqin ki dovletimiz gorur ve fikirleshir, biz ozumuzun (shexsimizin) ne ishe yaradigini fikirleshek ve ozumuzun inkishfi uchun "chalishaq".. Yoxsa Milli Meslis bele geldi, ne bilim filan bele getdi... Eshiii,,,, neyse,,, her kes ozune cavabdehdir... Her kese UGURLAR.
11. 12. 06 @ 11:48
Comment from: Rusty [Visitor]
RustyVicdansizliqdir, görek ne vaxtsa bu milleden bir kişi çıxıb yumruğunu stola vurub, bütün bunlara dur deyecek?
09. 12. 06 @ 21:31
Comment from: Cveto4ek [Visitor]
Cveto4ekHamina salam.Bizim milli meclis daha bilmir ne etsin.Bele de ish olar? Bu nece ola biler ki, her hansi bir olke oz musteqilliyini qeyd etmesin, istirahet edib,sevinmesin?!Dehshetdiler lap.Hec olmasa musteqilllik gununu saxlayaydilar.Lazim deyil bize aid olamayan yeni ili 1 hefte qeyd etmek.Musteqillik gunumuzu saxlasinlar. EH........
09. 12. 06 @ 09:20
Comment from: sensitive [Visitor]
sensitiveDogurdan da bu ne demekdir, burdan gunu artirirlar, bir yandan da bayramlari ish gunu edirler :( Bir defe gormedim ki bu Milli Meclis nese bir ishe yarasin...
08. 12. 06 @ 17:37
Comment from: Trepsixore [Visitor]
TrepsixoreDay ne fergi oldu ki, 3 gun cixarib, 3 gun saliblar. Nese....
08. 12. 06 @ 16:42

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution CMS

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting