« armenian singer stole Azerbaijan's musicBritni Spirs müsəlman olmağa qərar verib »

Əzizə Mustafazadə (Aziza Mustafa Zadeh)

  21. 01. 08 21:15, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Məşhurlar | Знаменитые
Aziza Mustafa Zadeh


Əzizə Mustafazadə, dünyada Aziza Mustafa Zadeh olaraq bilinən məşhur Azərbaycanlı pianist, bəstəkar və caz ifaçısıdır. Azərbaycan müsiqisində muğam ilə caz musiqisini ilk dəfə birləşdirən Vaqif Mustafazadənin qızıdır. Dekabrın 19, 1969-cu ildə Bakıda anadan olmuşdur. Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşamaqdadır.


Aziza Mustafa Zadeh


Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam müsiqi növünün yaradıcısı, məşhur bəstəkar və piyanistdir. Eliza isə gürcü mənşəli müğənnidir.


Aziza Mustafa Zadeh


Valideynləri Əzizənin müsiqiyə qarşı həssaslığını daha o səkkiz aylıqkən fərq etmışlər. Əzizə, anasının ona anlattığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyandıran Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs niyə üzgün olduğumu anlamağa çalışırkən, anam təsadüfən müsiqi ilə mənim ruh halım arasındaki bağlantını fərqinə varır. Atama belə deyir 'Vaqif, lütfən Rasta keç. Rast çal'. Rast isə şən və ritmiq melodiyalarla xarakterizə olunur. Və təbii ki, mən göz yaşım hələ də yanaqlarımdan axarkən rəqs elər kimi hərəkətlər etməyə başlamışam."


Aziza Mustafa Zadeh


Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə daha üç yaşındaykən atası ilə birlikdə bədahətən yəni hazırlaşmadan mahnılar ifa edərək çıxmışdır. Sonralar bədahət sənəti onun xüsusi istedadlarıdan biri olacaqdır. Klassik piano təhsilinə erkən yaşlarda başlamış, İohan Sebastian Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir.



Aziza Mustafa Zadeh


Dekabrın 16sı 1979cu ildə Əzizənin ad günündən 3 gün sonra atası 39 yaşında Daşkənddə vəfat edir. Atasını çox sevən Əzizənin bu böyük fəlakətin üstəsindən gələ bilməsi üçün anası öz ifaçı kariyerasını təxirə salaraq, özünü qızının yüksək istedadlarını inkişaf ettirməsinə verir.



Aziza Mustafa Zadeh


17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano yarışında birincilik almağına onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.



Əzizə ilk albomunu 1991ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu, Always (Həmişə) ilə prestijli Alman musiqi mükafatı sayılan Fono Akademi Mükafatını və Sony-nin Exo Mükafatını qazanmağa layiq görülmüşdür. Son albomu Contasts (2006)dır.

Aziza Mustafa Zadeh


Aziza Mustafa Zadeh


Aziza Mustafa Zadeh


Aziza Mustafa Zadeh

10 comments

Comment from: Landish [Visitor]
LandishKommentleri oxuyanda adamin gani garalir. Here oz arshini ile olchur. Sizin ne ishiniz var onun burunu ile ve yaxud poz vermesi ile. Azerbaychanin adini soyunmamish batiranlar o gederdir ki.. Azize esil senetkardir. Hech onu burada hallandirmag lazim deyil. Indiki zamanda "poz vermek" reklam kompaniyasinin teleblerinden biridir. Vetene galdigda hele me`lum deyil kim kime vefasiz chixib. Posta gore minnetdarligimi bildirirem.
25. 01. 08 @ 07:49
Comment from: Zanu [Visitor]
ZanuDiline ve dinine vefasiz Aziza! Allah Vagif Mustafazadeye rehmet elesin! O dahidir!
24. 01. 08 @ 08:41
Comment from: Trepsixore [Visitor]
Trepsixoreo ki galdi poz vermek ve s, mende onun hemin albomu, orda edebsiz hec bir shey yoxdur, hem de ki, eger esl senetcidirse hec ne olmaz! esas odur ki, reklam elemir, sadece nece insandirsa ele oldugunu gosterir!
22. 01. 08 @ 17:14
Comment from: Trepsixore [Visitor]
TrepsixoreAZIZA! I LOVE YOU! :) Heqiqeten gozeldir! Seneti, ozu, insanligi! :) Senetinde ve heyatinda ugurlar arzulayiram! Allah Vagif Mustafazadeye rehmet elesin, onun kimi senetkarlar 100 esrden bir dogulur, lakin men Azerbaycan medeniyyetini xoshbext sayiram ki bir esrde iki dahi Mustafazade yetishdirib! :) ermeniler eshelesinler gorek tapirlar bele senetkar oz uydurma 'medeniyyet'lerinde ? :)
22. 01. 08 @ 17:10
Comment from: lanselot [Member]  
LanseloTAZIZA MUSTAFAZADEH...cox gozel senetcidir!!!,,,Vaqif davamcisidir!!!Vaqif severler biler onun senetinin yuksekliyin!!!;)))
22. 01. 08 @ 13:36
Comment from: Janika [Visitor]
JanikaMurad məncə sənətini özü vasitəsilə nümayiş etdirir desək daha düz olmaaaz?:)) Əgər iş soyunmagda olsaydi Afrikadaki yamyamlar dünya ulduzları olardılar..cünki geyməyə yarpagdan savayı hec nələri gokku...:)) Eylence əhlinə salamlar! necə deyerlər asobıııı :)) Purkaya Masterə və Xana. bir az tanışbazlig oldu həəəə:)) görüşərik saglig olsa.
22. 01. 08 @ 02:52
Comment from: AYAN [Visitor]
AYANUzune o qeder kosmetika edib ki, kuklaya oxshayir.
22. 01. 08 @ 01:48
Comment from: murad [Member]  
MuradJanika, burun bizim qızlarda yaman "global" problemə çevrilib e...Amma adamın üstündə Allah var da. Bu, xanım Röya, Aygün kimiləri ilə eyni səfdə müqayisə olunan xanımlardan deyil. Sənətçi dünyasında göz açıb. Bir sözlə, özünü sənəti ilə nümayiş etdirir. Atasının adı bəsdir elə =) Şeytan yoldan çıxardıb, əynini soyunaraq poz verməsə, əla olardı =)) Necə yazmışam ay, Master =))
21. 01. 08 @ 23:26
Comment from: Janika [Visitor]
JanikaBurnunu kesdirənnən sonra gözəlləşmisən eyy Aziza bajııı...Amma daha lüt soyunub poza vermə ok...Azərbaycanın adını batıran azdı bəyəmm....
21. 01. 08 @ 22:53
Comment from: master_ier [Member]
MASTER_İERESHQ OLSUN!!!
21. 01. 08 @ 22:27

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blog soft

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog tool | dedicated server | authors