« ИталияTƏBİƏT HƏRƏKƏTDƏ »

Xarici pasportların etibarlılıq müddəti 5 ildən 10 ilə qaldırılıb

  2006.11.29 09:37, от EylencE.AZ, Рубрики: Azərbaycan | Азербайджан, Məqalələr | Статьи, Əyləncə | Развлечения
Milli Məclisin bugünkü iclasında “2007-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi qəbul olunarkən büdcə zərfinə daxil “Ölkəyə gəlmək, ölkədən getmək və pasportlar haqqında” qanun layihəsi ikinci dəfə xüsusi müzakirəyə səbəb olub. Qanun layihəsi müzakirə olunarkən çıxış edən deputat Qənirə Paşayeva ilkin müzakirələr zamanı deputatların irəli sürdüyü mühüm təkliflərin nəzərə alınmamasını yolverilməz sayıb. Onun sözlərinə görə, xarici pasportların verilməsi zamanı vətəndaşlardan rüşvət alınır ki, bunun da qarşısını alan müddəa nəzərdə tutulmalıdır. Müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər deputatların təklifləri nəzərə alınmaqla qəbul olunub. Qeyd edək ki, sözügedən dəyişikliklərdən sonra xarici pasportların etibarlılıq müddətinin 5 ildən 10 ilə qədər qaldırılması nəzərdə tutulub. Bundan başqa, vətəndaşlar 120 manat ödəməklə beş gün ərzində xarici pasport alacaq. Xarici pasportlar, həmçinin xaricdə yaxın qohum öldükdə və ya xəstəliklə bağlı lazım olduqda, iki gün ərzində pasport almaq üçün 40 manat veriləcək. Adi qaydada isə xarici pasportları bir ay müddətində 40 manata almaq mümkün olacaq.

Еще нет отзывов

Оставить комментарий


Ваш email адрес не будет показан на сайте.
  
(Использовать введенные здесь данные для следующих комментариев на этом сайте)
(Разрешить пользователям посылать мне сообщения -- Ваш email адрес не будет показан!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog tool | green web hosting