« Utancaq, Sadə AnimasiyaLarQuşlar (part 2) »

Amy Lynn Lee

  23. 08. 07 21:51, by Realium, Categories: Şou-biznes | Шоу бизнес, Musiqi | Музыка
By Realium

Emi Linn Li [Amy Lynn Lee]

Amy

Doğum tarixi: 13.12.1981

Bürcü: Oxatan

Doğulduğu yer: Kaliforniya, Parkview xəstəxanası

Böyüyüb: Əvvəlcə Floridada yaşayıb, sonra Little Rock, Arkanzas ştatı

Yaşadığı yer: Hal-hazırda o 2006-cı ildən sonra Los-Ancelesdən New Yorka köçüb

Bacı/ qardaş: Qardaşı Robbi, bacıları Lori və Kerri

Saçlar: Əsil rəngi açıq-şabalıdı amma o saçlarını qara rəngə boyayır

Gözlər: Yaşıl, amma o göy linza taxır



- Dinləməyi xoşlayır: Tori Amos, Nirvana, Michael Jackson, Bjork, Coldplay.
- Onun Fallen albomundan ən çox xoşladığı mahnı: Going Under.
- Sevdiyi filmlər: An American Tail, Night before Christmas, Alive deadmen.
- Sevdiyi bayram: Halloween.
- Eminin Fievel adında pişiyi vardı, hansı ki o kanaldan tapmışdı. Daha sonra onu buraxmaq məcburiyyətində qaldı, çünki tuneyə çıxırdı.
- Daha sonra onun Zero adında pişiyi var idi. O isə qaçdı.
- Hal-hazırda iki pişiyi var: Şeyla və Şemi.
- - O ayaqüstü restoranlara (McDonald’s məsələn) və Baha Men-dən “Who let the dogs out” mahnısına nifrət edir.
- Əgər kimsəsiz adaya düşərsə özüylə bir şey götürər, o da ancaq onun pianosudur.
- Onun omarlara qarşı allergiyası var. Əgər onu yeyərsə komaya da düşə bilər.
- Əgər o tanınmış olsa, kasıblara kömək edər.
- Onun valideyinləri onu 70-ci illərdəki “Amy” mahnısının şərəsinə Emi adlandırıblar.
- Onun ən böyük zəifliyi Godiva şokoladıdır.
- Qrup Fallen albomunu hazırlamağa başlayanda o səhnə dərsləri almağa başlamışdı.
- Emi evdə qalıb bir küncdə çıxış etməyi xoşlayır amma turneni daha üstün tutur.
- O etiraf edir ki, Miray Keriyə qulaq asıb.
- Onun bəyəndiyi aktyor Giovanni Rabisidir.
- Onun ilk albomu “California Raisins” olub, hansı ki atası ona bağışlayıb.
- 80-ci illərdən xoçladığı mahnısı: Wham – “Everything She Wants”.
- Məktəbdə o xorda oxuyurdu və tamaşalarda da iştirak edirdi. O, həmçinin xorun rəhbəri idi.
- Emi deyir ki, məktəbdə oxuyarkən o kök idi.
- O, yaşıl paxla, düyü və çay xərçənglərini xoşlayır.
- Onun atası – Con Li Litl Rok şəhərinin radiosunda tanınmış insanlardan biri olub.
- Emi roliklərdə və snoubordda gəzməyi çox xoşlayır.
- 21-ci yaş günündə o ailəsi və dostları ilə birlikdə rolik gecəsində idi.
- Onun anasının adı Saradır, hər ad günündə qızına çiyələkli tort bişirir.
- O, Pulaski Akademiyasında oxuyub.
- Onu ağlada biləcək mahnı “Hello”dur. Bu mahnı onun rəhmətə getmiş bacısına həsr olunub. Onun hər albomunda belə mahnı var. The Open Door albomunda isə bu “Like You”-dur.
- Onun sürücülük vəsiqəsi var amma o sürətli sürən insanlardan qorxur.
- Emi Playstation oyunlarını oynamağı xoşlayır.
- Emi 2003-dən 2005-ci ilə kimi Seeter-dən Şon Morqanla görüşürdü.
- O Şonla 2003-cü ildə tanış olmuşdu. Onlar görüşməyə başlayanda Şon özünə Evanescence-in maykasını, Emi isə Seeter-in maykasını geyinirdilər.
- Onun birinci dediyi söz “hot” (isti) olub.
- Emi Seeter-lə birlikdə “Broken” mahnısını yazmışdır, hansıki “Karatel” filminin soundtrekti idi.
- 11 yaşı olarkən onun oyağının divarlarında Miray Kerrinin və Paulo Abdulun posterləri asılmışdı. Daha sonra o onları Pearl Jam, Soundgarden və Nirvana ilə əvəz etmişdir.
- Onun ilk getdiyi konsertlər 14 yaşında olarkən Smashing Pumpkins və Garbage olmuşdur.
- Emi düşünür ki, Kristina Aguleranın “Stripped” albomunda konsertdən əvvəl məşq eləmək üçün çoxlu yaxşı mahnılar var.
- Emi ilə Şonun mahnıları “Staind”, “Epiphany”
- Paltarlarının çox böyük hissəsini Emi özü modelləşdirir.
- Balaca vaxtı Emi özünü ölülüyə vurmağı xoşlayırdı.
- Onun ən zəhləsi getdiyi fənn riyaziyyat idi.
- Onun uşaqlıqda kuiri Maykl Cekson idi.
- O özünü 3 sözlə ifadə edir: nadir, xoşməramlı, çətin anlaşılan insan.
- Xobbisi şəkil çəkmək və gündəlik tutmaqdır.
- Onun indiki sevdiyi insan Cjoşdur (psixiatr).
- Şəxsən ona görə “Bring Me To Life” mahnısı yazılıb.
- Emi hirslənəndə Cjoş onu nəfəs gimnastikası etməyə məcbur edir.
- “Good Enough” da ona həsr olunub.
- Onun həyat devizi “Özünü sev!”

Emy-nin sevdiyi 5 müğənni:
1. Janis Joplin
2. Beth Gibbons from Portishead
3. Bjork
4. Carole King
5. Tori Amos

10 ən çox bəyəndiyi albom:
1. Superunknown - SoundGarden
2. Dummy - Portishead
3. Under The Pink - Tori Amos
4. Ten - Pearl Jam
5. Cheap Thrills - Janis Joplin
6. Dangerous - Michael Jackson
7. Post - Bjork
8. “Yeni ildən əvvəlki gecə” filminin soundtrekti
9. In Utero - Nirvana
10. Untouchables – Korn

Bəyəndiyi mahnılar:

The Offspring - Self Esteem
Bjork - Army of Me
Janis Joplin - Summertime
Bush - Letting The Cable Sleep
Portishead - Glorybox
AC/DC - Back in Black
Soundgarden - Black Hole Sun
Pearl Jam - Black
Tori Amos - Cornflake Girl
Depeche Mode - Halo
Peal Jeam - Jeremy
Bjork - Joga
Slipknot - Duality
Korn - Ya'll Want A Single
My Chemical Romance - Helena
Ciara - 1, 2 Step
Tool - Schism
Erykah Badu - Cleva
Nirvana - Come As You Are
Missy Elliot - Get Ur Freak On
A Perfect Circle - 3 Libras

3 comments

Comment from: liliane regina da silva [Visitor]
liliane regina da silvaeu amo a música desse cliPE!!!!!!!!!!!! e vocês?!? e também amo essa banda!!!!!!!!!!!!! bjs................ ass:lili!
07. 09. 07 @ 03:07
Comment from: Qulpqoyan [Visitor]
QulpqoyanATASİNA REHMET,AMMA NEYNEYEK DEYİRSEN???))
24. 08. 07 @ 12:20
Comment from: jmail [Visitor]
jmailReali emelli tanish olmusan haaaa bununla ;)
23. 08. 07 @ 23:02

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

free blog

©2024 by EylencE.AZ

Contact | Help | Blog skins by Asevo | blog software | web hosting