« Dj Tağı Əhmədov feat. Dj Tiesto - Əəə, bir-bir (Club Mix)Eurovision Song Contest - Oslo 2010 (full album) »

800 milyard dollar sərvəti olan ərəbin meyiti tapıldı

  30. 03. 10 23:17, by Murad, Categories: Məşhurlar | Знаменитые, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
Dünyanın 27-ci ən varlı adamının cəsədi göldən çıxarılıb

Ahmed-bin-Zayed

Ötən həftənin cümə günü Mərakeşdə təyyarə qəzasında itkin düşən Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Əbu-Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl-Nahayanın qardaşı, dünyanın 27-ci ən varlı adamı, 42 yaşlı Şeyx Əhməd bin Zayed əl-Nahyanın meyiti tapılıb. Lent.az-ın “əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, 800 milyard dollar kapitala malik olan, Əbu Dabi Sərmayə Qrupuna rəhbərlik edən Şeyx Əhməd bin Zayed əl-Nahyanın cəsədi Mərakeşin paytaxtı Rabatdan 30 kilometr uzaqlıqda yerləşən bir göldən çıxarılıb.

Ötən həftənin cümə günü gölə çırpılan təyyarənin ispaniyalı pilotu yaralı halda xilas edilmiş, ancaq milyarder tapılmamışdı.

Qeyd edək ki, Şeyx Əhməd bin Zayed əl-Nahyanın böyük qardaşı, 1967-ci ildə anadan olmuş Şeyx Nasser bin Zayed əl-Nahyan da 2008-ci ilin yayında oxşar şəkildə bir vertolyot qəzasında həyatını itirib. Hökumət naziri olan Şeyx Nasser bin Zayed əl-Nahyanın vertolyotu Fars körfəzinə düşüb. İndidən dünyada əl-Nahyan ailəsinin başında bir “təyyarə lənəti” olduğu söylənilir.


Xatırladaq ki, Şeyx Əhməd bin Zayed əl-Nahyan həm də BƏƏ-in Maliyyə və Sənaye Nazirliyinin baş katibi olub. O, 2008-ci ildə ABŞ-ın bank sektorunun nəhənglərindən olan “Citibank”ın səhmlərinin 4,9 faizini 7.5 milyard dollara satın alıb. Bu səbəbdən də o, qlobal böhranın təsirini azaldan cəsur iş adamlarından biri sayılır. Şeyx Əhməd bin Zayed əl-Nahyanın rəhbərlik etdiyi Əbu Dabi Sərmayə Qrupu isə dünyanın ən böyük sərmayə qrupu sayılır. Bu qrup əsasən Şimali Amerika və Avropada sərmayə qoyuluşlarında iştirak edib. 40 yaşlı qardaşı Şeyx Mansour bin Zayed bin Sultan əl-Nahyan isə BƏƏ-in Nazirlər Kabinetinin işinə məsul nazir postunu tutur, eyni zamanda “Manchester City” futbol klubunun prezidentidir.


Məlumat üçün bildirək ki, əl-Nahyan ailəsi Dubayı quran və idarə edən ailədir. BƏƏ-in qurucusu Seyx Zayed bin Sultan əl-Nahyanın (1918-2004) övladlarının sərvəti dünyanın bir çox ölkələrinin milli gəlirini üstələyir.

3 comments

Comment from: aasdfa [Visitor]
aasdfaasdfasdfsdfs
27. 12. 11 @ 05:39
Comment from: Elvin [Visitor]
ElvinGop olar,day bu derecede yox da...Saytinizin oxucu kutlesini artirmaq ucun qalmisiniz ki,hansi yalani yazasini..Nece olur ki,bu varlilar siyahisinda 27-ci yerdedir,guya 800 mlrd dollari var,amma dunyanin en varli adami olan,haminin tanidigi Bill Qeytsin 53 mlrd-den bir az cox pulu var.Ozu de sehv elemiremse 3-cu yerdedir...
01. 05. 10 @ 21:30
Comment from: zamin [Visitor]
zaminBele hadiseler siyasi noqteyi nezerden baxanda hech zaman qefilden tebii olaraq basha vermir, kokunde mason emelleri durur.
07. 04. 10 @ 15:43

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | best hosting