« Gunun DUSUNDURUCU suallari 12.06.2007 CAVABLAR!!!Самый популярные стоп-кадры на ТВ! »

Ölkəyə gətirilən saxta mobil telefonlar həyat üçün təhlükəlidir

  12. 06. 07 06:12, by MASTER_İER, Categories: Xəbərlər | Новостьи
by MASTER_IER





Ölkəyə qanunsuz yolla saxta mobil telefonlar gətirilir. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyinin Sertifikatlaşdırma sektorunun müdiri Qulu Xəlilovun ANS TV-yə verdiyi məlumata görə, ölkəyə mobil telefonlar sertifikatlaşdırmadan daxil olur. O, bildirib ki, saxta mobil telefon alqı-satqısı ilə məşğul olan bəzi işbazlar çoxlu qazanc əldə etməyi alıcılara keyfiyyətli məhsul satmaqdan üstün tuturlar. Çin və Dubayda kiçik sexlərdə istehsal olunan mobil telefonların mənşə və uyğunluq sertifikatının olmadığını deyən Q.Xəlilov əlavə edib ki, saxta mobil telefonlar istehlakçıların həyatı üçün təhlükə də yaradır. Onun sözlərinə görə, imey kodu pozularaq satılan belə telefonlar partlaya da bilər: «Elə faktlar var ki, enerji sabit olmadığına görə, yüksək gərginlikli xətlərin altından keçəndə partlayış olur. Hətta telefon qulaqda olarkən partlayış baş verir. Bizdə belə faktlar var. Ona görə də telefonlar məcburi sertifikatlaşdırılmalıdr». Q.Xəlilov bildirib ki, sertifikatlaşdırma ilə bağlı işlər aparılır və artıq 60-70 faiz sertifikatlaşdırılıb. Ölkəyə mobil telefon gətirən firmaların uyğunluq sertifikatı almaq üçün əvvəlcə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, sonra isə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyinə müraciət etməli olduğunu deyən Q.Xəlilov əlavə edib ki, əksər hallarda mobil telefon ticarəti ilə məşğul olanlar bundan boyun qaçırır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də satışda saxta mobil telefonların olduğunu etiraf ediblər. Rabitə və informasiya texnologiyaları naziririn müavini İltimas Məmmədovun sözlərinə görə, aidiyyatı qurumlar saxta telefonların ölkəyə gətirilməsinin qarşısını almağa çalışsalar da, bu, az hallarda mümkün olur. İltimas Məmmədov bildirib ki, Mülki Məcəlləyə əsasən, sertifikat olmadan satışla məşğul olanlara ilk növbədə xəbərdarlıq edilir, buna əməl olunmadıqda isə belə malların satışı qadağan olunur. O, saxta aparatların orijinaldan fərqləndirilməsi üçün Avropa ölkələrinin təcrübəsinin öyrənildiyini də vurğulayıb. İ.Məmmədovu həm də bildirib ki, bunun üçün xüsusi labaratoriyanın yaradılmasına ehtiyac var. O, ilin sonuna qədər ölkədə belə laboratoriyanın yaradılacağını dilə gətirib. İndi ölkədə 4 milyona yaxın mobil telefon istifadəçisinin olduğunu deyən İltimas Məmmədovun sözlərinə görə, hələlik laboratoriya hazır olana qədər istehlakçıların aldıqları məhsulun müqabilində sertifikat və zəmanət tələb etməsi vacibdir.
/ANS TV/

Copyright 2007 The ANS Press. All rights reserved.This material may not be published, broadcast, rewritten, or redistributed.

5 comments

Comment from: neutral_nur [Visitor]
neutral_nurMaster day bax daa:))))))))
13. 06. 07 @ 12:44
Comment from: master_ier [Member]
MASTER_İERNeutral, sen lap pis dedin ki :) Yagish yagan kimi telefonu tullayaq cibimizdeeen? :)))
12. 06. 07 @ 23:34
Comment from: neutral_nur [Visitor]
neutral_nurShexsen men mobil telefondan ne qeder uzaq olsam da mene mobil telefon yene de tesir edir.Neinki radiosundan hetta telefonun ozunden danishiq kimi istifade edende de bashimin agradigini hiss etmish oluram.Ister partlayan olsun isterse de partlamayan:))))))Ne ferqi var beyem:))))Umumilikde ise her bir kes uchun ziyandir. Azerbaycan statistikaya gore mobil telefon bazarinda en ishlek sisteme malik olaraq, on yerde olan olkeler sirasindadir.Bu yaxinlarda Ingilis mutexesessisleri firtinali havada mobil telefondan istifade etmemeyi mesehet gorubler.Yeni ildirim vuran meqamda mobil telefonun metal hisselerinin butun elektrik cereyanini bedene istiqametlendirdiyini ireli surubler.Adi normal sheraitde bele bir insani ildirim vuranda derinin muqavimeti sayesinde elektrik cereyani bedenin sethinden kechmish olur, mobil telefondan istifade etdikde ise beden metal cisimlerle temas etdiyi uchun cereyanin bedenin ichinden kechme ehtimalini artiraraq ya olume ya da ciddi fesadlarin torenmesine getirib chixardir.
12. 06. 07 @ 14:26
Comment from: lanselot [Member]  
LanseloTMurano---aye saa quzu keserem eey,..ne dediin!!! Guya indi sertifikatlashdirma aparilan kimi,telefon uje basha dushecek ki,partlamaq olmaz.
12. 06. 07 @ 11:15
Comment from: Ayaz [Member]  
MuranoBir az pulun artıq edən kimi həmin telefonlar insan səhhəti üçün xeyirli olacaq.Bura Azərbaycandı başşına dönüm.
12. 06. 07 @ 07:06

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

free open source blog

©2024 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | multiple blogs | web hosts