« ..::Dunyanin En Yasti BMW'si::..Gunun GERBLI suali 31.03.2007 »

31 MART Azerbaycanlilarin Soyqirimi ile elaqedar Azerbaycan Prezidentinin xalqa muracieti

  31. 03. 07 01:38, by MASTER_İER, Categories: Məqalələr | Статьи
by MASTER_IER

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!

31 Mart Azərbaycanlıların soyqırımı günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir.

İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi. XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən qəsb edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbçilərinin işğalı altındadır.

Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır, Ermənistan işğalçı dövlət adlandırılır, ondan qəsb etdiyi əraziləri azad etmək tələb olunur.

Lakin nəzərə almalıyıq ki, qarşımızda ideoloji təxribatlar və dezinformasiya sahəsində “zəngin təcrübəyə”, bir sıra ölkələrdə təsirli lobbiyə və mütəşəkkil diaspora malik olan rəqib dayanır. Erməni şovinist millətçiləri öz məqsədlərinə çatmaq üçün heç bir çirkin vasitədən çəkinmir, diqqəti işğal faktından yayındırmaq üçün daim yeni saxta ideyalar uydururlar. İnformasiya və əks-təbliğat işimizi quran zaman bu amilləri nəzərə almalıyıq. Müxtəlif ölkələrdə soydaşlarımızın keçirdiyi tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etməlidir. Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir. Bu günlərdə Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının I forumu göstərdi ki, biz birgə fəaliyyət göstərdikdə daha güclü oluruq.

Əminəm ki, insanlarımızın vətənpərvərliyi, mütəşəkkilliyi və Azərbaycan rəhbərliyinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində biz qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağıq.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bu kədərli anım günlərində soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, xalqımıza rifah və səadət diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2007-ci il.

4 comments

Comment from: aytac [Visitor]
aytacbiz oz vetenimizi goz bebeyimiz kimi qorumaloiyiq veten oflu ayaga qalx veten seni gozluyur kecmisimizi unutmayaq kecmisimimiz geleceyimizle dostdur bunu unutmayaq!!qarabag bizimdir bizim olacaq!!!
29. 10. 12 @ 19:04
Comment from: tehmasib [Visitor]
tehmasibTunar_nl, 89 il... 1918-ci ili deyirsen... Qorxuram ki, biz ayilana qeder Qarabagi itirmeyimizinde ustunden bir o qeder kecher. Telesmek lazimdi...
31. 03. 07 @ 04:50
Comment from: Tunar_nl [Visitor]
Tunar_nlButun hallarda, kim terefinden unvanlanmasina baxmayaraq muraciet teqdire layiqdir. Kash prezident yeritdiyi xarici siyasetin yarisi qeder daxili siyaset de yerideydi... Ne bilim, indi Master deyecek ki siyasetden danishdiq, amma realliqdi. Daxil ve xaric bir-birini tamamlamalidir. Amma inaniram, inaniram ki yaxshi olacaq. Olenlere rehmet, qalanlara artiq sebrsiz olmagi arzu edirem..duz 89 il kechdi.
31. 03. 07 @ 02:06
Comment from: Säadät [Visitor]
SäadätHer kes öz tarixini ve kecmishini bilmelidir!!! Ey Azärbaycan xalgi ermänilärin kim oldugunu bilin,onlarin nä gädär hiylägär vä cirkin olduglarini unutmayin!
31. 03. 07 @ 01:57

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog tool | green web hosting