« Официальный сайт Горбачёва сегодня был взломанQANLI YANVAR FACİESİ ŞEKİLLERDE 18+ »

20 YANVAR - QAN YADDAŞIMIZ!

  19. 01. 07 23:09, by MASTER_İER, Categories: Məqalələr | Статьи
by MASTER_İER


Bu gün tariximizde qanlı hadise ile yaddaşlara hekk olub. Her kese bu gün üçün başsağlığı verirem. Şehidlerimizin ruhu şad olsun. Onlara Allahdan rehmet dileyirem. :(

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər (“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

-adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

-xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

-“Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır”...

Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi. Ancaq təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri tamamilə əks mövqe tutmuşdular və hələ də gözləri Moskvada idi...

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

AzərTAc

21 comments

Comment from: WilliamUntogs [Visitor]  
WilliamUntogsHello. I need to contact admin. Thank you.
14. 02. 17 @ 06:19
Comment from: raqif [Visitor]  
raqifAllah sehidleri rehmet etsin. Allah sehidleri rehmet etsin.
24. 11. 15 @ 16:21
Comment from: Ayka [Visitor]
AykaAllah rehmet elesin
11. 11. 15 @ 17:30
Comment from: fidan [Visitor]  
fidanallah olenlerin ruhuu sad eylsin
14. 10. 15 @ 19:54
Comment from: taleh [Visitor]
talehqabirlari nurla dolsun onlar bizi xilas etmasaydi biz indi burada olmazdiq
22. 01. 15 @ 17:22
Comment from: YUNİS [Visitor]
YUNİSALLAH ŞEHİTLERİMİZE REHMET EYLESİN. AMIN
18. 01. 15 @ 19:41
Comment from: Ləman Zeynallı [Visitor]  
Ləman Zeynallıallah rəhmət eləsin.Ölənlər unutulmaz
17. 01. 15 @ 10:46
Comment from: Ləman Zeynallı [Visitor]  
Ləman ZeynallıAllah ölənlərimizə rəhmət eləsin! Bu qəddarlıq heç vaxt unutulmayacaq.
17. 01. 15 @ 10:45
Comment from: Elvina [Visitor]
ElvinaAllah Sehidlerimize Rehmet Elesin ve ermenileri alllah öldürsûn
11. 01. 15 @ 22:15
Comment from: nermin [Visitor]
nerminbugun 1gadinin xatireerine gulag asdim.guya tercume edirdim gelenlere,ancag ozum yerimde dondum galdim.butun sozler yadimdan cixdi:((\ Allah butun ahehidlerimize rehmet elesin.
11. 05. 12 @ 22:18
Comment from: Vuqar [Visitor]
VuqarAllah butun wehidlerimizi rehmet etsin. Amin!!!
02. 02. 12 @ 22:11
Comment from: sabir [Visitor]
sabirşehidler ölmürlər
27. 01. 12 @ 14:35
Comment from: Firuze [Visitor]
FiruzeDUSHMENIMIZI UNUTMAYAQ! ALLAH REHMET ELESIN!
16. 01. 11 @ 09:24
Comment from: vusal [Visitor]
vusalsalamlar
17. 01. 10 @ 20:41
Comment from: vusal [Visitor]
vusalsalamlar
17. 01. 10 @ 20:37
Comment from: janulka [Member]
Allah rəhmət eləsin!!! Qəbirləri nurla dolsun!!! Bu gün gəmilərin siqnal səsini eşidəndə ətim biz-biz oldu :((((( Bir anlıq fikrimdən keçdi ki, 17 il bundan əvvəl....1990-cı il 20 yanvar tarixində artıq xalqımız bu dəhşətli epizodları yaşayırdılar :(((((( Allahım öz kölgəni bizim üstümüzdən əskik etməəə!!!! Amin
20. 01. 07 @ 17:45
Comment from: etna777 [Visitor]
etna777Allah rehmet elesin.
20. 01. 07 @ 15:13
Comment from: Ayka [Visitor]
AykaAllah rehmet elesin!
20. 01. 07 @ 07:38
Comment from: Mysterious [Visitor]
MysteriousAllah rehmet elesin,ruhlari shad olsun, Amin!
20. 01. 07 @ 04:00
Comment from: murad [Member]  
MuradBir balaca tarixə nəzər salmaq istəyirəm... XX əsr tarixində totalitar rejimin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi öz müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı, ümumiyyətlə, insanlığa qarşı yönəldilmiş dəhşətli bir cinayət hadisəsi idi... SSRİ Ali Sovetinin sədri, SOV.İKP MK-nın baş katibi M.S.Qorbaçov İttifaq Konstitusiyasının 119-cuAzərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmaqla, «Bakı şəhərində fövqəladə vəziyyətin elan olunması haqqında» 19 yanvarda imzaladığı fərmana əsasən bu haqda şəhər əhalisinə heç bir xəbərdarlıq etmədən təpədən dırnağadək silahlanmış qoşun hissələrini Bakı şəhərinə yeritmiş, elə gecə ikən onlar dinc əhaliyə qarşı qəddarlığı və vəhşiliyi ilə dünyada analoqu olmayan qırğın törətmişdir. MƏQSƏDİ : Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və o zamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutması idi GÜNAHKAR ŞƏXSLƏR : 1.SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov 2.Sov. İKP MK katibi A.Girenko 3.SSRİ müdafiə naziri D.Yazov 4.SSRİ daxili işlər naziri V.Bakatin 5.Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov 6.Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov 7.Nazirlər Sovetinin sədri A.Mütəllibov 8.Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko M.Məmmədov, V.Hüseynov Nəticədə : 132 nəfər heç bir günahı olmadan qətlə yetirilmiş, 612 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, yüzlərlə bina dağıdılmışdır. Dövlət, ictimai və şəxsi əmlaka 637286 rubl (o vaxtkı qiymətlərlə) dəyərində ziyan vurulmuşdur. Belə...Bu məlumatı hamımız bilməliyik və düşmənlərimizi tanımalıyıq.Heç zaman onları UNUTMAMALIYIQ!!!
20. 01. 07 @ 01:39

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

blogsoft

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog tool | dedicated servers | authors