« Азербайджанская супер-модельСамые красивые девушки - у Pirelli »

«20 yanvar»ı sökürlər

  2006.09.20 09:54, от EylencE.AZ, Рубрики: Azərbaycan | Азербайджан
Dörd ay əvvəl inşasına başlayan körpünün sökülməsinə qərar verilib Dünən “20 yanvar” metrostansiyasının yaxınlığında tikilən körpünün söküldüyü barədə məlumat aldıq. Məlumatda qeyd olunur ki, Almaniyadan dəvət edilmiş mütəxəssislər bizim körpü tikənlərin “məharətlərinə” heyran qalıblar.
Belə ki, tikinti ilə tanış olmaq üçün əraziyə gələn almanlar öncə layihə ilə maraqlanıblar. Lakin onlara cavab olaraq bildiriblər ki, layihə yoxdur.

Təbii ki, bu əcnəbiləri daha da təccübləndirib. Bunun ardınca sual ünvanlayıblar ki, sizin məqsədiniz nədir? Yəni, yolu genişləndirmək istəyirsiniz, yoxsa nəzərdə başqa şey tutulub. Cavab olaraq deyiblər ki, onların məqsədi yolu genişləndirməkdir. Bu cavabdan sonra onlar bizim mahir “mütəxəssislərə” başa salmağa çalışıblar ki, “20 yanvar” dairəsinin üzərində körpü tikməklə vəziyyəti daha da çətinləşdirirlər. Çünki əgər, körpü tikilsə, onda “20 yanvar” dairəsi bağlanacaq.

Digər tərəfdən əvvəllər körpü olmadan üç və ya dörd maşın bir xətdən istifadə edə bilirdisə, inşaat başa çatandan sonra bu mümkün olmayacaq. Çünki körpünün bir xəttində yalnız iki maşın yanaşı hərəkət edə bilər. Eyni zamanda dairənin bağlanması maşınların Biləcəri qəsəbəsi istiqamətinə hərəkət etməsilə nəticələnəcək. Biləcəri qəsəbəsinə gedən yolda isə yalnız bir xətt var. Bu da tıxacların əvvəlkindən daha dəhşətli formada yaranmasına gətirib çıxaracaq. Almanlar vurğulayıblar ki, “20 yanvar” dairəsində hərəkət imkanlarının genişləndirilməsi üçün normal olaraq tuneldən istifadə etmək lazımdır. Əcnəbi mütəxəssislərin bu iradları Azərbaycan hakimiyyətinin səlahiyyətli şəxslərinə çatdırdıqları da qeyd olunur. Bundan sonra isə “20 yanvar”da körpü tikintisi dayandırılıb.

Yaxın günlərdə ərazinin beton dirəklərdən təmizlənəcəyi bildirilir. Yüz minlərlə dolların xərclənməsi bahasına quraşdırılmış dirəklər və qurğular yenidən sökülür. Bunun ardınca körpü həvəskarlarının tunel tikməyə başlayacaqları barədə məlumat var.

11 комментариев

Комментарий от: Posol_Smerti [Посетитель]
Posol_SmertiBizim ucun hele buda azdi .Sabah alman gelib deyecek gelin binalarida sokek!!!.Sokecekler??Ele onlar deyenlere baxmishiq deye bu gundeyik de
2006.09.22 @ 23:31
Комментарий от: Deli_bala [Посетитель]
Deli_balaEE kim deyir eee Bu gun Qizgin ish gedirdi hech harani sokub elemirler...
2006.09.21 @ 21:25
Комментарий от: Namelum_mikrob [Посетитель]
Namelum_mikrobhe burda ne var ki ???pa cox vacib seydi guya lahiye? yox get ondan otru bir arxitektora pul ver, yox buna qelemle xettkes al, kagiz al sonrada cizma qara cekib verecekdi usatalara.artiq puldu hazir ustalar tikib qurtaracaqdidar.imkan vermediler ki... baxin bizim ustadlara hec Sekinin Xan sarayinda birdenede mix yoxdu helede durur saray hec problemi yoxdu. indi bizim ustalarda ona esaslanir.biri betondan ogurlayir biri qumdan, biride yolu qisaldir. :-)))))))))))
2006.09.21 @ 16:03
Комментарий от: Mysterious [Посетитель]
Mysterious"Men Bakini seve - seve sokurem, soke- soke sevmirem")) P.S. 100 olch bir bich yaxhsi deib Atalar, evvelceden ozleri bunu fikirleshmeli idiler... PP.SS.)))hec etibarim yoxdur indiki tikintilere((
2006.09.21 @ 04:52
Комментарий от: MUTANTKA [Посетитель]
MUTANTKAYax6i olacag :D :D :)))))))))))))))))
2006.09.21 @ 01:14
Комментарий от: Just me [Посетитель]
Just meBizim butun ishlerimiz bele "havadan" qurulurki, bu gundeyik da. . . Men basha dushe bilmirem, meger olmazdi ki, evvelden meslehetleshib bashlayalar bu ishleri? "Yuxarida" qoyunlarin oturmaginin neticesi bele olmalidir da. . . Biz hemishe xarici gorunushe ustunluk vermishik, daxil bizi o qederde maraqlandirmayib, elecede bu korpuler: sheheri xariciler uchun gozelleshdirmek istedik, xalqimizi yenede dushunmedik. Kimin neyine lazimdir ee xalq? Xalq ozumuzunkudur, hemishe anlayar, esas bashqalarinin gozunde gozel gorunek. Rus demish, шишь вам! Gorunduk, ancaq yenede qoyun rolunda. . . :( Ehh. . . ehhh. . . Allah axirimizi xeyirli elesin, bedbaxt milletik. . .
2006.09.20 @ 23:41
Комментарий от: terroristka [Посетитель]
terroristkaEyy zehlem getmsih Almanlar ne yeke burunlarin soxurlar her yere,men cox isteyirdim o korpu tikilsin ,ozde lap cox ,indi neyleyecem ,ishh sokmesinlerdee.Gedib sabah o almanlarin gozun cixartmaq mene borc olsun :( Deqiq melumatdi dogrudan sokkurler? Bes 20 yanvar yarmarkasin niye sokmurler pis gundedi:(
2006.09.20 @ 19:48
Комментарий от: Deli_bala [Посетитель]
Deli_balaaye bilirsiz ne var? layihə olmasaydi: Bloga saldiginiz Arxitektura gorunushleri verilmezdi Layihə olmamish ne Dunya banki,ne Azerbaycan NEFT Fondundan layihəyə PUL ayrilmazdi..Ona baxirlar sora Kantrakt baglayirlar P.S Ola bilsin ki mutexesisler Chox yeyinti oldugu uchun layihə Varligini Daniblar )) yada Sadece VALEH qaliblar LAYIHEYE ona goreki aparib ALMANYADADA tikmek isteyirler :D
2006.09.20 @ 16:57
Комментарий от: Deli_bala [Посетитель]
Deli_balaA kishi ne gedir bizlerden gedir eeeeeee....Tikecekler sorada adin qoyacaqlarki Buccede olan pulun hamisi SHEHERIN abadlashdirilmasina serf olunub ve Korpulerin tikilmesine...bilmirler nece "yeyeler" pulu :D KEF eleyin :D
2006.09.20 @ 15:18
Комментарий от: Kama [Посетитель]
KamaAna soyusu soymek olar bu korpunu tikenlere? Xirdalanda yasayiram, inaninki dinimiz imanimiz yanib, bu vehsilerin zulumunden. Gozlerine girsin korpuleri, alemi gatiblar bir birine :( Allah belalarini versin
2006.09.20 @ 11:57
Комментарий от: okroshka [Посетитель]
okroshkaDehshetdir!!!
2006.09.20 @ 10:00

Оставить комментарий


Ваш email адрес не будет показан на сайте.
  
(Использовать введенные здесь данные для следующих комментариев на этом сайте)
(Разрешить пользователям посылать мне сообщения -- Ваш email адрес не будет показан!)
May 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Search

Categories

  XML Feeds

blogging software

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog tool | low cost hosting