« Qrim Sayəsində Dəyişdirilən Hollivud UlduzlarıEurovision 2009 Full Album »

Böyük Britaniyada 13 Yaşlı Yeniyetmə ATA Olub

  15. 02. 09 18:38, by Janulka, Categories: Şəkillər | Фотография, Məqalələr | Статьи, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
by Janulka :=)


Tərcümə edən: ©Janulka


`1`
13 Yaşlı Ata


13 fevral 2009-cu il tarixində Böyük Britaniyada 13 yaşlı yeniyetmə ata olub. Dünyaya körpə gətirən ananın cəmi 15 yaşı var. Bu qızcığac bətnində körpənin olmasını hamiləliyinin 12-ci həftəsində öyrənib. O zaman azyaşlı Alfinin hələ 12 yaşı var idi. O isə anlaya bilmirdi nə etsin?! Doğulan körpənin adını isə Meysi veriblər.


Qızının dünyaya gəlişindən sonra Alfi anası evində (onun atası və anası boşanıblar) qalmağa başladı, halbuki, o gününün çox vaxtını Stidmannovlar ailəsində keçirir. Alfinin atası – Dennis Pattenin dediklərinə görə: “Afdi hələ də anlaya bilmir ki, onun həyatında nə baş verib?!”. Lakin oğlan bütün var-gücü ilə çalışır ki, Şantelli və qızına xeyir gətirsin. Yeri gəlmişkən, Alfinin yaşı - “Gənc Ata” rekordunu heç də qırmır. Böyük Britaniya ən gənc ata - Şon Stüart sayılır. 1998-ci ildə Şonun 12 yaşı olarkən 15 yaşlı sevgilisi artıq dünyaya körpə gətirmişdi. Çox keçmədən, yəni 1 il yarımdan sonra Stüart və sevgilisi ayrılmağa qərar verdilər.

Alfinin sevgilisi – 15 yaşı Şantelli Stidmann bir neçə gün öncə doğub. Hər iki sevgili körpələrinin mövcud olmasını artıq hamiləliyin 12-ci həftəsində öyrəndiklərinə baxmayaraq bunu gizlətməyə üstünlük veriblər. Lakin bu çox çəkmir, çünki Şantellinin anası hiss edirdi ki, nədənsə qızı gündən – günə kökəlməyə başlayır. Gənc valideynlər etiraf ediblər ki, səhv hərəkət görüblər - qorunmaq üçün heç bir vasitədən istifadə etməyiblər. Amma bunu da vurğulayıblar ki, biz qızımız - Meysi Roksan üçün gözəl ailə olacağıq. Onu da qeyd edim ki, artıq indidən ailədə maliyyə çətinliyi yaşanır. Şantelli balısı ilə xəstəxanadan çıxardılarkən elə oradan da öz valideynlərinin evinə yerləşdirilib. Qızın atası işsizdir və ondan başqa ailələrində 5 uşaqları var. Ailənin gəlir mənbəyi – Dövlətdən edilən maddi yardımdır.


`2`
13 Yaşlı Ata


PısıPısssı... Tələsik tərcümə etdim səhvlər olsa əvvəlcədən üzr istəyirəm :=)

21 comments

Comment from: MERVE [Visitor]
MERVEHEC GOZLERIME INANA BILMIREM.AMMA USAQ COX SIRINDI.
04. 09. 12 @ 12:56
Comment from: Mel@ni [Visitor]
Mel@niBama he eprimish :)) meselen eprimish alma nece olur,buzushurde derisi,gozu qashida qarishir bir birine:)))))NU men lag etmirem ha hamimiz qocalaciq,nu da ele qoca cavan qiz niye alsin,gozun cixardaram ele qocanin:)))Bizim milletde cxodu ele shey,birde gorursen oglan gedir Urusete,orda yahslanir nu qdeto 40 yaxin yahsi olur,qayidir vetene,barmaginda enli qizil uzuk,qizil dish,sarimtil kostyum,deyir Ana mene 16-17 yahsli bir qiz tap evlenim:)) Qoy gozu acilmamish olsun:))BIlmirlerkji gozu acilmish ele 12 yahsdan da acilir:))Meselen bu shekildeki sipanin anasi kimi:)))))))))))))))Neter hirslendim ee
22. 02. 09 @ 00:02
Comment from: janulka [Member]
Melani, looooooooooooool Bama, iki qat looooooooooooooooooooooooooooooooooooooooooool :=))))))))))))))))))))))))))))
21. 02. 09 @ 12:51
Comment from: bama boy [Visitor]
bama boyQoca eprimish kishi?))))))) loooooooool))))))))))) oldum lap gulmekden))))
21. 02. 09 @ 11:37
Comment from: Mel@ni [Visitor]
Mel@niEt tokendi ee ,oglan lap lyallyadi,qiza bax gozun tokesen,terbiyesizi nede siyapir sifeti var ee,uzunden oxunur ki,ele bil 50 yashli arvaddi,men o qizi oldurub asaram vallah:))) BOyy bu ne sohbetdi,niye qiz ozunden qoca eprimish kishiye getmelidi.Mence oglan qizdan maximum 7 yash boyuk olmalidi.
20. 02. 09 @ 01:42
Comment from: janulka [Member]
Ana Panda, bütün dünya Google dən istifadə edir :=)))))))))) İşim - gücüm qurtarıb durub kim nə vaxt evlənməyini oxuyub araşdırma aparacam :=D Ondansa fikirləşərəm hansı işlə məşğul olum ki, ordan gələcək gəlirləri kimsəsizlər evinə paylayım. İpucu verə bilsən bax burada kömək elə deyim həəəəəə...
18. 02. 09 @ 15:58
Comment from: Ana Panda [Visitor]
Ana PandaGoogle da search vasitesi ile mi bu suallara cavab tapırsan? :) kitabxanalardan ve ya sifarişle yaxşı kitablar getirmeye üstünlük verirem her zaman... Bir de yenilikleri oxu... Yeni araşdırmaları meselen.. ve Hz. Aişenin neçe yaşında evlenmesinin yeni araşdırması var... bax gör ne qeder ipucu verdim sene ;) amma deqiq bilmirem ki, googleda çıxa bu :) meselen Yeni Asya neşriyyatından uyğun qiymete kitablardan da oxuya bilersen.. bex ne qeder ipucu sene ;) Unutmadan.. Hz. Aişenin yaşı evliliye uyurdu, o tam hazır idi.. oxu yaxşı yaxşı araşdır.. Xaricden kitablar da getizdire bilersen sifarişle :) Bu öz yerinde de.. BU, sene mene ona buna çatmasa da olar, esası odur ki, bu mübarek nikahı Allah xoş qarşılamışdı, Allah sevmişdi... bizler kimik ki?! Menim zamanım yoxdur, yeterince zaman harcadım burada.gedim qızımla kitab oxuyum... ömrümün sonuna qeder :) OXUMAĞA HER ZAMAN DAVAM!
18. 02. 09 @ 12:55
Comment from: Ana Panda [Visitor]
Ana PandaHımmm.. heqiqeten din barede anlayışınız yeterince imiş :) Eger oxusaydınız, o zaman Hz.Aişe'nin (r.a) 9 yaşında ere getmediyini bilerdiniz .))) Bu arada, Ömrümüzün sonuna qeder oxumağa lüzüm vardır.. selam ve dua ile..
18. 02. 09 @ 00:31
Comment from: janulka [Member]
Ana Panda, din barədə anlayışım yetərincədir oxumağa lüzum yoxdur ;=) Evlilikdə 30 yaş da fərq ola bilər. Əgər insan orqanizmi buna imkan verərsə, yəni heç olmasa yetkinlik dövrünü keçiribsə. 9 yaşında qızın sevimli kuklasını anasına əmanət edib ərə getməyi mənə gülünc gəlir :=)))))))))))))))
18. 02. 09 @ 00:08
Comment from: Ana Panda [Visitor]
Ana PandaDoğrudur herenin özüne göre düşünce derecesi, terbiyesi, danışıq qabiliyyeti, exlaqı var... O ki qaldı o evliliye.. hımm.. onu anlamaq üçün sadece bir neçe kitab var, onları oxumaq lazımdır.. eslinde sadece İslam elmlerini oxusan, buna cavab tapa bilersen ve dediyin kimi "çatar". qısacası.. OXUMAQ lazımdır. selam ve dua
17. 02. 09 @ 23:15
Comment from: janulka [Member]
Ana Panda, hərənin özünə görə düşüncə dərəcəsi var. Məhəmməd (s.a.v) peyğəmbəri misal çəkmisən. Şəxsən mən başa düşə bilmirəm, necə deyərlər, mənə çatmır 40 - 50 yaşında kişinin 9 yaşında balaca qız ilə evlənməyi!!!
17. 02. 09 @ 20:54
Comment from: Ana Panda [Visitor]
Ana Pandaİnsanları ele salmaq ne qeder de iyrenc bir hereketdir deyil mi?! Unutmamaq lazımdır.. en azından Hz.Peygamber saw-la Hz.Aişeni ve onların evliliyini.. ve cümle qurarken seçdiyimiz sözlere de diqqet etsek yaxşı olar, en azından iyrencleşmemek üçün..
17. 02. 09 @ 20:44
Comment from: janulka [Member]
Ayka, looooool... Yazdığını oxuyanda "Qarişqa və Fil" haqqında lətifə yadıma düşdü :=D
17. 02. 09 @ 20:41
Comment from: ayka [Visitor]
aykaHec inanmagim gelmir ki,cuceyle fil bir arada olsun
17. 02. 09 @ 17:59
Comment from: aysel [Visitor]
aysel13 yasinda bir adamin usaginin olmasi tibben mumkunmu ki??????
16. 02. 09 @ 17:13
Comment from: Ana Panda [Visitor]
Ana Pandapoison, nece yani hansi sevgi hansı istek... Bu deqiqe etrafımdakı qız uşaqlarına baxıram hansı ki, 13-14 yaşları var.. MaşaAllah'ları var. heç men mektebde oxuyarken bu qeletleri elemirdim deyirem içimden.. Hem bilmirem ekologiyadandır nedendir, ele inkişaf edir ki gelecek nesil.. Türkiyenin özünde, Ereb ölkelerinde elece de Azerbaycan da uşaq yaşlarından evlendirilirler.. Heç bunu şişirdim "vay-vay" deyilmir nedense! Hem aile qurmaq, sevmek yaşla olmur... 40 yaşında qohum kişi var, evde oturub qazet ve televizor pultuna yapışıb, ne arvad vecine gelir ne uşaq.. demek istediyim uşaq sahibi olmaq üçün illa 30 yaşına çatmaq lazım deyil, insanın içinden gelmelidir.. Yetimxanadakı uşaqların valideynleri heç de Alfi'den ve onun xanımından üstün deyirler ki, ondan qat-qat aşağıdırlar!
16. 02. 09 @ 12:21
Comment from: poison [Visitor]
poisonLol Ana Panda hansi sevgi hansi valideyinlik isteyi?onlar hele he4 ozlerini dogru duzgun derk etmirler.Onlarda her 6ey instinkte esaslanir bu ya6da)) 14 ya6inda orduya ba64iliq eden Xetai bele 12 ya6i olanda he4 aile qurmaq barede fikire6memi6di ))) P.S. TV-de BB-de erken ya6larinda ana olan qizlarin sayin da dediler, onlar ereb olkelerinden he4 de geri qalmirlar mashAllah))))))))))))))))))
16. 02. 09 @ 10:51
Comment from: bama boy [Visitor]
bama boyBay bay Janul xanim uzunuzu gorey xosh gelmisiz.Hee kechey komente))Ay camaet bax bu adise hamiya qeribe gelir men bildiyim birnci defedi bele hal bash verir bes yaxshi dede babadan qiz ushaqlarin tez yashda daje ushaq iken ere verirdiler hetta indi de var bele hal niye hech kes reaksiya vermir goresen?)
16. 02. 09 @ 10:28
Comment from: Ana Panda [Visitor]
Ana PandaEger birileri evlenir ve özlerini ata-ana olmağa hazır hiss edirlerse bunda qorxulu heçne yoxdur! Alfi 13 yaşındadır ancaq daha da kiçik gösterir, "baby face" denilen tiplerden olsa gerek... Eger bir-birlerini gerçekten sevirlerse ve valideyn olmağa hazırlarsa ne gözel!
16. 02. 09 @ 00:42
Comment from: janulka [Member]
Sən sağ ol, Sun :=)
15. 02. 09 @ 21:09

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
February 2020
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29  

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2020 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blogsoft | MySQL hosting