« .....:::Öyrənmək Gec Deyil:::..... | ...:::Pıçılda Mənə:::... » |
...:::TÜRKİYƏ MƏSCİDLƏRİ:::...
1. SULTANƏHMƏD CAMİ

2. SƏLİMİYƏ CAMİ

3. FATİH CAMİ

4. SÜLEYMANİYƏ CAMİ


Sultanəhməd Cami, 1609-1616-cı illər arasında sultan I. Əhməd tərəfindən İstanbuldakı tarixi yarımadada, Memar Sədəfkâr Mehmet Ağaya tikdirilən məsciddir. Mavi, yaşıl və bəyaz rəngli İznik çiniləriylə bəzəndiyi üçün Avropalılar "Mavi Cami (Blue Mosque)" olaraq adlandırırlar..
Sultanəhməd, Türkiyənin altı minarəli ilk camisidir. Bir əfsanəyə görə dövrün padşahı I. Əhməd, başda minarələri qızıldan düzəltdirmək istəmişdir. Amma lazım olan qızılın dəyəri padşahın büdcəsini aşdığı üçün, caminin memarı Sədəfkâr Mehmet Ağa bu əmri guya yanlış eşidərək, "altın" (“qızıl”) sözcüyünü "altı" edərək, camini 6 minarəli inşa etdirmişdir.
Caminin ibadətxana bölümü 64 x 72 kv. metr ölçüsündədir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin çapı 23,5 metrdir. Caminin içi 260 pəncərəylə işıqlandırılmışdır. Yazıları Diyarbəkirli Seyyid Qasım Gubarî tərəfindən yazılmışdır.
2. SƏLİMİYƏ CAMİ

Səlimiyə Cami (Ədirnə) II. Səlimin əmri ilə Memar Sinan tərəfindən Kiprin fəthiylə əldə edilən gənimətlərlə inşa edilən məscidir. 1568 – 1575-ci illərdə tamamlanan Səlimiyə Cami Osmanlı-Türk memarlığının ən böyük əsəridir. Dört minarəsi var. Hər minarənin yüksəkliyi 79,89 metrdir.
Osmanlı hökmdarı II. Səlim tərəfindən Memar Sinana inşa etdirilən Səlimiyə Cami, zamanın paytaxtı olan Ədirnəde, şəhərin ən yüksək nöqtəsində İldırım Bəyazıdin inşa etdirdiyi Baltacılar Koğuşunun qalıntıları üzərində inşa edilmişdir. İnşasına 1569-cu ildə başlanmış və 1575-ci ildə tamamlanmışdır. Osmanlı-Türk sənətinin ən möhtəşəm əsəridir. Mimar Sinan, Səlimiyə üçün "ustalığımın əsəri" demişdir. Açıq havalarda Rodop Dağlarından və Uzunkörpünün Süleymaniyə Kəndindən görünür.
3. FATİH CAMİ

Fatih bölgəsi İstanbulda yerləşir. Buradakı Fatih Cami Fatih Sultan Mehmet tərəfindən inşa etdirilmişdir. Fatih Caminin Osmanlı tarixindəki əsas yeri, ilk mədrəsələrin bu məscidin strukturnda olmasıdır. Hal-hazirda da bu mədrəsələr universitet tələbələri tərəfindən istifadə edilir.
4. SÜLEYMANİYƏ CAMİ

Süleymaniyə Cami, Qanuni Sultan Süleyman adına 1550-1557-ci illər arasında İstanbulda Memar Sinan tərəfindən inşa edilən camidir.
Süleymaniyə Cami klassik Osmanlı memarlığının ən önəmli örnəklərindəndir. Dörd fil ayağı üzərinə oturan caminin qübbəsi 53 m. yüksəkliyində və 26,5 m çapındadır. Bu ana qübbə, iki yarım qübbə ile dəstəklənir. Caminin xəttatı Həsən Çələbidir.
12 comments
Comment from: etna777 [Visitor]

16. 04. 07 @ 15:13

Tanri her kese oz ureyince versin.... Etna, cox sag ol.... Janu, cumlemizden....
16. 04. 07 @ 15:49

Nur XANIM, deymez... teki sizlerin konlu shad olsun....
16. 04. 07 @ 18:02
Comment from: MASTER_İER [Member]

16. 04. 07 @ 23:24

MASTER, cox sag ol... inshallah arzusunda olanlarin simasinda ikimize de qismet olar... Her sheyin en yaxshisini O bilir...
16. 04. 07 @ 23:55
Comment from: bakinka_v_NY [Visitor]

17. 04. 07 @ 08:21

Bakinka, deymez eeeeeeeee, yeter ki, sen commentlerinle hemishe bizlerle ol...
17. 04. 07 @ 09:36
Comment from: Mysterious [Visitor]

17. 04. 07 @ 17:06

Mysty, bu senin qelbinin gozelliyidir....cox sag ol....
17. 04. 07 @ 19:27

23. 04. 07 @ 21:55