« .....HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR..... | .....:::MƏŞHƏD:::..... » |
...:::Çiçəklə Suyun Sevgisi:::...

Günlərin bir günü çiçəklə su qarşılaşıb dost olurlar. Əvvəllər gözəl bir dostluq olaraq davam edər bərabərlikləri. Bir-birilərini tanımaq üçün təbii ki, onlara vaxt lazım olur. Günlər,aylar bir-birini əvəz edər və çiçək o qədər xoşbəxt olur ki, xoşbəxtlikdən içi-içinə sığmır ve yalnız o zaman anlayır ki, suyu sevir. İlk dəfə aşiq olan çiçək "Senin üçün ,ey su!" deye, ətrafa gözəl qoxular saçar. Vaxt gəlib keçər və bir gün su da çiçəyə qarşı nə isə hiss etməyə başlayar.Çiçəyə aşiq olduğunu zənn edər. O da, ilk dəfə kimi isə sevirdi...
Çiçək getdikcə "Görəsən su məni sevirmi?" deyə daha çox düşünməyə başlayar. Çünki su çiçəyə heç diqqət yetirməz. Halbuki çiçək belə sevgiyə öyrəşməmişdi ve özünü saxlaya bilməyib suya "Səni sevirəm" deyər . Su "Mən də səni sevirəm" deyə cavab verər. Aradan vaxt ötər. Çiçək yenə də "Səni sevirəm" deyər. Su yenə də eynilə "Mən də" deyərək cavab verər. Çiçək səbirli olar. Gözləyər, gözləyər və yenə də gözləyərmiş. Artıq elə bir vəziyyətə düşər ki, qoxu saça bilməzmiş ətrafa ve son dəfə suya "Səni sevirəm" deyər. Su isə ona "Dedim ki, Mən də səni sevirəm" deyər.
Və gün gələr çiçək yataqlara düşər, xəstələnər. Rəngi solmuş, çöhrəsi saralmış olar. Çiçək baş ucunda dayanar sevgilisinin, bəlkə kömek edə bilər deyə. Artıq çiçəyin öləcəyi bir həqiqətdir. Və həyatında son dəfə çiçək çətin də olsa, başını döndürərək "Səni mən doğrudan da sevirəm" demiş... Su çox kədərlənər və son çarə olaraq həkim çağırar. Həkim gələr və çiçəyi müayinə etdikdən sonra belə deyər:
- Xəstənin vəziyyəti ümidsizdir, artıq əlimizdən heç nə gəlməz.
Su sevgilisinin ölümünə səbəb olan xəstəliyin nə olduğunu soruşar hekimdən. Həkim suya baxıb:
-Çiçəyin elə də ciddi bir xəstəliyi yoxdur, dostum - deyər, o sadəcə susuz qalıb...
Su yalnız o zaman başa düşər ki, SEVGİ - sadəcə "SƏNİ SEVİRƏM" demək deyil...
16 comments
Comment from: Ayka [Visitor]

06. 05. 07 @ 06:01
Comment from: MUTANTKA [Visitor]

06. 05. 07 @ 06:19
Comment from: etna777 [Visitor]

06. 05. 07 @ 09:33
Comment from: bakinka_v_NY [Visitor]

06. 05. 07 @ 10:30
Comment from: MASTER_İER [Member]

06. 05. 07 @ 17:22

AYKA, deymez, sen de sag ol... o ki, qaldi gulun solmagina yeqin ki, ulduzlariniz barishmayib... narahat olma, o da duzeler...:) MUTKA, bir de gorum lal, sozsuz sevenlerin axiri nece olur eeeeee??? ETNA, biz istesek de, istemesek de sevgi hemishe olub ve olacaq da... BAKINKA, seninle razilashmaya bilmerem, heqqi sozumdu... MASTER, aye, seninle bahem... di besdi da beeee, ne vaxt terpenirsen???
06. 05. 07 @ 21:57
Comment from: neutral_nur [Visitor]

07. 05. 07 @ 11:38
Comment from: Mysterious [Visitor]

08. 05. 07 @ 05:02
Comment from: MUTANTKA [Visitor]

09. 05. 07 @ 19:49

MYSTY, heyatda hec ne goz yashlarina deymez... MUTKA, indi her shey aydindi, cox sag ol...
10. 05. 07 @ 01:21
Comment from: Mysterious [Visitor]

10. 05. 07 @ 06:14

13. 05. 07 @ 22:57
Comment from: Ayka [Visitor]

15. 05. 07 @ 23:34