Evanescence-in yaranma tarixi.
Evanescence mənşəcə Amerikalı Alternative Rock qrupudur. Bu qrup 1998-ci ilde Arkansasda vokalist Amy Lynn Lee ve gitarist Ben Moody tərəfindən yaradılmışdır.Amy və Ben 1994-cü ildə bir kampda tanış olmuşdular. Ben Amy-ini pianoda Meat Loaf-ın “I'd do anything for love” mahnısını çalarkən eşidib, yanına getmiş ve ona qrup yaratmaq təklifini bildirmişdir.Beləliklə də Evanescence yaranmışdır.
Qrupun əvvəlki adı "Childish" olsa da daha sonra “duman kimi yox olmaq” mənası verən "Evanescence" adlandırılmışdır. Qrup Bjork,Danny Elfman and Tori Amos kimi müğənnilərdən ilham almışdır. İlk əvvələr qrupun mahnılarının radiolarda səslənməməsinin səbəbi qrupun maddi imkanlarının zəif olmasıydı. Daha sonra Amy tərəfindən yazılan “Understanding “mahnisi ilk dəfə radioda səslənməklə qrupun söhrət qazanmasına səbəb oldu. Bundan sonra qrup 2 ədəd EP yazdirdilar - Evanescence EP(98) və Sound Asleep(Wisper) EP(99). Qrupun ilk albomu isə 2003 ildə çıxdı. ”Fallen” adlanan bu albom sözün əsil mənasında Evanescence-nin zirvəyə qalxmasına səbəb oldu. ”Fallen” qrupa daha bir uğur gətirərək 2004-cü ildə qrupun Grammy mukafatı almasına səbəb oldu. ”Fallen” albomundan olan “Bring me to life” mahnısı 2003-cü ilin ən çox dinlənilən mahnılarından biri oldu və ”Daredevil” filminin soundtrackt-ı oldu. ”Fallen”-dən sonra qrupun yaradıcılarından biri olan Ben Moddy qrup üzvləriylə yola getmədiyini bildirərək qrupdan çıxdı. Ben-in yerinə isə “Cold” qrupunun gitaristi olan Terry Balsamo geldi. Qrupun son albomu olan “The Open Door” 2006-cı ildə çıxdı. Albomun ilk singel-ı ise “Call Me When You Are Sober” oldu. Albom dünyanın her yerində yüksək tirajlarla satdı. Bundan sonra qrupda yeniden dəyişikliklər baş verdi. Əvvəlki üzvlərdən olan John Le Compt Amy Lee tərəfindən qrupdan çıxarıldı. Daha sonra isə Rocky Gray öz isteyi ilə qrupu tərk etdi. 2006-cı ildə isə Will Boyd ailesinə vaxt ayırmaq ve turneye çıxmaq istəmədiyini bildirərək qrupdan ayrıldı. Hal-hazırda qrup yenə 5 nəfərdən ibarətdir:
![Evanescence](http://www.eylence.az/blogs/media/blogs/Realium/new_02.jpg)
İndiki üzvləri:
1.Amy Lee
2.Terry Balsamo
3.Will Hunt
4.Tim McCord
5.Troy McLawhorn
![Evanescence](http://www.eylence.az/blogs/media/blogs/Realium/old.jpg)
Qrupun əvvəlki üzvləri:
1.Ben Moody
2.Will Boyd
3.Rocky Gray
4.David Hodges
5.John LeCompt
İlk albomları olan “Fallen”daki mahnılar:
Fallen (Wind-Up Records)
1. Going Under 3:20
2. Bring Me To Life 3:59
3. Everybody's Fool 3:15
4. My Immortal 4:28
5. Haunted 3:07
6. Tourniquet 4:47
7. Imaginary 4:17
8. Taking Over Me 3:49
9. Hello 3:25
10. My Last Breath 4:10
11. Whisper 5:30
Son albomları olan “The Open Door”daki mahnılar:
The Open
1. Sweet Sacrifice 3:05
2. Call Me When You're Sober 3:34
3. Weight of the World 3:38
4. Lithium 3:44
5. Cloud Nine 4:22
6. Snow White Queen 4:22
7. Lacrymosa 3:37
8. Like You 4:17
9. Lose Control 4:50
10. The Only One 4:40
11. Your Star 4:43
12. All That I'm Living For 3:48
13. Good Enough 5:31