« Yalnız Bizdə | Kevin Kostner – 40 yasindan sonra her seye son ... » |
...Telefon nömrələrinin sirri ...
Rəqəmlər nədən danışır ?
Telefon alarkən, onun nömrəsini seçmək daha uzun sürür. Gözəl və yaddaqalan, eyni zamanda uğurlu bir nömrəyə sahib olmaq hamımızın ürəyindən keçir. Numerologiya (rəqəmlər haqqında əbcəd elmi) bizim gündəlik “sirdaşımız” olan telefondan da yan keçməyib. Amma çoxumuz onu da bilmirik ki, təsadüfən və ya bilərəkdən seçdiyimiz nömrələr bizim həyatımızda və gələcək işlərimizə təsir edir. Həyatda heç nə təsadüfi deyil. Telefon nömrəsində olan hər bir rəqəm özündə xüsusi enerji və informasiya daşıyır.
Gəlin ilk növbədə telefon kodunun tapılmasının qaydasını oxuyaq :
- Nömrənin əvvəlindəki operator və ölkə kodunu (994,050,055,012)nəzərə almırsız.
- Bundan sonra nömrədə olan bütün rəqəmləri toplayırsız (məs: 3361511 3+3+6+1+5+1+1=20 ; rəqəm cüt alındığına görə onu tək rəqəmliyə çevirməli yəni bir daha toplamalıyıq nəticəmiz 20 idi və biz 2+0=2 aldıq, Əgər Sizdə ilkin olaraq nəticə 1-9 qədər rəqəm arasında alınsa, onda toplamaq lazım deyil)
Beləliklə bizim əlimizdə telefon nömrəsinin kodu var, indi isə alınmış kodun mənasına baxaq :
1 Bu nömrə şəxsi yüksəliş üçün uğurludur. Həm aktiv, həm də qeyri-aktiv hərəkət və planlarda əla yardımçıdır. Hər hansı yeniliyə və dəyişikliyə imza tamaq istəyirsinizsə, belə kodlu telefon nömrəsinə sahib olun.
2 Bu nömrə ilə istənilən çətin əlaqələri bərpa etmək və sövdələşmələrə nail olmaq mümkündür. Həyatınız harmonik tərzdə davam edəcək.
3 Kommersiya, turizm və şou-bizneslə məşğul olanlar üçün uğurlu nömrədir. Eləcə də jurnalist və reklamvericilər üçün düşərlidir. Bir sözlə, incəsənətə meyilli bir nömrə...
4 Ciddi və xeyli zəhmət tələb edən işlərdə çalışanların əməyini az da olsa yüngülləşdirər. Bir az ağır yüklü nömrədir.
5 Sevgi münasibətlərini müsbət məcraya yönəltmək üçün əla nömrədir. Sevənlərə əvəzsiz yardımçı ola bilər.
6 Problemlərin həll olunması, məsləhətləşmələr və xeyirli bir təklif almağa hesablanıb. Çox əziz adamınıza belə bir nömrə hədiyyə etsəniz, pis olmaz.
7 Biznes və maliyyə, uzunmüddətli müqavilə və danışıqlar üçün uğursuz nömrədir. İstənilən işi düyünə sala bilər. Bu nömrə filosoflar, elmi işçilər mistika və magiya ilə məşğul olanlar üçün məsləhətdir.
8 Alış-veriş, ticarət üçün xeyirli nömrədir. Alıcı və satıcıları cəlb edə bilər. Həm də sahibinin avtoritetini artıracaq.
9 Ruhi, mənəvi təkmilləşməyə can atan, psixoloji rahatlıq axtaranlara məsləhətdir. Din xadimləri, dindarlar üşün ideal nömrədir.Zehni aydınlaşdırır.
7 comments

18. 10. 08 @ 11:36
Comment from: Elvin [Visitor]

19. 10. 08 @ 12:46
Comment from: GUNIK [Visitor]

19. 10. 08 @ 13:59
Comment from: aynur [Visitor]

20. 10. 08 @ 09:56
Comment from: Lamiye [Visitor]

20. 10. 08 @ 13:15