« "Yene o bag olaydi" silsilesindenNational Geographics, iyun »

14 comments

Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYheyif,chox heyif Chingize! Allah ona qeni-qeni rehmet elesin
22. 06. 07 @ 09:04
Comment from: MrXXX [Visitor]
MrXXXBasqa tema olsaydi burda komentariyayla dolacagdi.Mene maraglidir niye lazim olan yerde bizim sesimiz cixmir.En azindan bir rehmet dilemekde cetin bir sey deyil.Seri yazanada tesekkurler.Allah rehmet elesin.
22. 06. 07 @ 19:09
Comment from: Exobala [Visitor]
ExobalaYaxshi sherdi. Allah rehmet elesin. MrXXX, sherde bele soz var, "Her gelen geden de bunu deyir bil Onunçün dinmirem susuram" Yeqin her il eyni sozleri demekden bezib nese elemek isteyenlerimiz var, ona gore hec kim comment yazmir.
23. 06. 07 @ 14:29
Comment from: MUTANTKA [Visitor]
MUTANTKAAllah rehmet elesin...
24. 06. 07 @ 10:12
Comment from: Qonaq [Member]  
QonaqÇingiz Mustafayev, Müsteqil Azerbaycanın keçdiyi tarixi yolu yaddaşlara köçürüb, tam müsteqil olaraq fikirlerini beyan etmeye qadir birisi olub. Ve professional reportyor kimi sırf vetenine xidmet edib. Mehz onun sayesinde bu gün ANS - in arxivinde bir tarix formalaşıb ve mehz onun sayesinde ermeni işğalına meruz qalan Azerbaycanın başına açılan oyunlar fakt olaraq bu günümüze qeder gelib çatıb. Çingiz Mustafayevin sayesinde torpağını atıb, yük maşınlarında, qoyun - quzu altında gizlenib qaçan azerbaycanlılardan da xeber tutmuşuq. O esl vetenperver idi. Allah ona qeni - qeni rehmet elein. Onun sayesinde menim heyatımda böyük bir dönüş yaranıb. Düzdür o meni tanımırdı. Amma men onu özüme bir ideal seçerek jurnalistikaya geldim ve ölkemizde baş veren bütün hadiselerin iştirakçısı ola bildim. Bura hem siyasi, hem sosial, hem de diger hadiseleri aid etmek olar. Allah Çingize qeni - qeni rehmet elesin! Ona ithaf olunan şeir ise heqiqeten de maraqlıdır.
27. 06. 07 @ 13:10
Comment from: Xayal ch.m [Visitor]
Xayal ch.mAllah sene rehmet elesin Chingiz o subut etdiki dogurdanda insan chox muasir ola biler yalniz oz torpaginida hech zaman unudulmayacaq
10. 09. 07 @ 23:57
Comment from: yarasa [Visitor]
yarasaChingiz haqqinda yazmaq onu xatirlamaq azdi onun ruhunu shad etmek uchun hereket etmek lazimdi Belke o zaman bizim Chingiz rahat uyuyar
23. 04. 08 @ 00:57
Comment from: yarasa [Visitor]
yarasaChingiz ele bir insan olub ki onun qarshisinda bash eymek ehtiram gostermek lazimdi Amma biz onu ancaq ilde 2 defe xatirlayiriq Sonra deyirik biz qedirbilen xalqiq
23. 04. 08 @ 01:00
Comment from: Maybach [Member]  
MaybachYarasa, bes siz özünüz ne ise etmisinizmi?
23. 04. 08 @ 01:32
Comment from: Elnur [Visitor]
Elnurseni unudmayacagiq.
11. 01. 10 @ 20:21
Comment from: Elnur [Visitor]
ElnurCingiz her bir jurnalistin idealidir.
11. 01. 10 @ 20:23
Firuze Davud qizi SaatliMen Cingiz Mustafayevi cox sevirem.Ona olan ehtiramim sonsuzdur.Bu sebebden ona itfah olaraq bir roman yazmisam.Lakin maddi imkansizliqdan onu kitabseklinde bwtwn Cingiz severlere teqdim ede bilmirem.Cingiz her zaman bizim qelbimizdedir ve her zamanda qelbimizde yasayacaqdir.Allah sene rehmet elesin.Qeyretli Azeri oglu.
12. 01. 10 @ 20:28
Firuze Davud qizi Saatli Kameraya sığmayan Vətən yükü Əziz xatirəsinə ithafən yazacağım bu sətirlər elə bir insan barəsindədir ki, nə zaman qələmi əlimə götürüb « Qarabağ » mövzusunda ya ki, onun adıyla bağlı-ondan bəhs edən bir neçə sətir yazsam, o, insanın ölməz ruhu mənim yuxuma girir. ... O, bir repartyor kimi mənim idealım olmaqla yanaşı, televiziya ekranından « tanıdığım » qədəri ilə əsil kişi xüsusiyyətlərini özündə cəmləşdirən və hər bir azərbaycanlı oğlunda bu kefiyyətləri görmək isdədiyim, ruhuna dərin ehtiram və sonsuz rəğbət bəslədiyim ölməz bir qəhrəmandır! Söhbət-adı hər zaman « Xocalı » ilə bir anılan, vətənə bağlılığı, sadiqliyi, çılğın təbiəti ilə seçilən, indinin özündə də yaddaşlardan silinməyən, qorxmaz, cəsur, qeyrətli vətən oğlundan- Azərbaycanın milli qəhrəmanı-şəhid Çingiz Mustafayevdən gedir ! Vətənin heç bir maddiyyət güdmədən təmənnasız sevən,millətinin müqəddaratını öz həyatından, gələcəyindən üstün sayan bir oğuldan ! ... Çingiz Mustafayev !... Heç bir qan bağlılığım olmayan bu vətən oğlunun mənim dünyamda,mənim qəlbimdə öz yeri, öz ucalığı, öz zirvəsi vardır-şəhidlik zirvəsi ! Ən əsası- Biz « Azərbaycan » adlı bir ananın övladlarıyıq ! Onun Allah məqamında ölməzliyэ ucalдığı gündən artıq 17 il ötür . Qəm yaddaşımıza qara haşiyəli bir gün kimi yazılan « 15 İyun » bərabərində gətirdiyi bu böyük itkiylə bizi neçə sarsıdısa,bağrımıza vurulan dağın izləri hələ də sızlamaqda, hələ də göynəməkdədir ! Xəyanətin bükülməyən qəddar əli onu bızdən alsa da, ölümlə « bağladıqları müqavilə » də « karlı » çıxanlar əslində heç bilmədilər ki, uduzdular ! Çingiz Mustafayev onu sevənlərin, ruhuna ehtiram göstərən bütün həmvətənlərin qəlblərində doğulan elə bir günəşdir ki, qürub etsə belə nuru hər zaman mənəvi dünyamızı işıqlandırır ! Vətənə sevgiylə,onu qorumağa çağıran bu yolda işıqlı bir cığır salır ! Biz gənclər bu « işıq » da yol getməli, Çingiz Mustafayev yolunu təkcə sözdə yox, əməldə davam etməli, onun ənənəsinə sadiq qalmalıyıq ! Ondan bizə ən qiymətli bəxşiş kimi « miras » qalan videogörüntülər, sənədli kadırlar biz dirilərin Qarabağdan sonra ölən ümüdlərini yenidən oyadan, silkələyən, dirçəlməyə və ən əsası qisasa səsləyən bir hayqırışdır ! Damarlarında əsl azərbaycanlı qanı axan heç bir kəs dəhşət saçan o görüntüləri etinasiz, biganə seyr edə bilməz ! Tarixmizin qanlı səhifələrini əks etdirən həmin kadrlar bu yazıların müəllifini Vətənə bağlılığını, torpağa olan sevgisini aşılayan, təfəkkürümün yetişməsində böyük rol oynayan əyani vəsait- « tarixi dərslik » olub ! Çingiz « Xocalı »nı çəkib göstərməklə bütün dünyanı silkələdi ! Yatmış vicdanların, baxar « kor »ların günahkar varlığına lərzə saldı ! Çünki çoxlarının yuxusuna haram qatan, yollarında böyük maneəyə çevrilən o, vətən oğlu Xocalıdan « xəbərdar »dı, əlində « Xocalı boyda bir sübutu vardı ! və bu sübutla bütün dünyanı öz harayına çağırmağa, rusum erməniyə calaq olan birliyinin iç üzünü- əsil simasını açıb göstərməyə canıyla-qanıyla hazır idi ! Qəlbində Azərbaycan boyda- « Vətən » adlı bir ocaq qalanan Çingiz Mustafayev qeyrət dənizində bir ümman, kükrəyib-coşub, şaxə qalxan nəhəng bir dalğaya bənzəyirdi ! Bu gün haqq dünyasından bizə boylanan narahat ruhu-çünki Qarabağ hələ də bayquşlar oylağıdı !- bizlərin, hər an bir addım daha « Qiyamət »ə yaxınlaşan, xirtdəyədək günaha batmış bu günahkar dünyamızın sabahından nıgarandır! Bu fani dünyadan ölməzliyə uzanan əbədiyyət körpüsünün bu il on yeddinci pilləsinə qədəm qoyur Çingiz ! Onun bizdən ayıran əbədi dünyanın onunla bizim aramızda ucalan səddinə zaman on yeddinci kərpicini qoyur. ... Onu ziyarətə getməyim soyuq bir qış gününə təsadüf etmişdi ... ... Şəhidlər xiyabanı !.. ... Bu müqəddəs məkana kədər sakitliyi, matəm ağırlığı çöküb. Bir-birinə dayaq duran qardaşlar təki əl-ələ veribdir sıralanmış məzarlar. Burada uyuyanların ruhları sanki bir ağızdan şairin dili ilə pıçıldayır : « Bizimdir yerin üstü,altında olsaq belə ! » Şəhidləri ziyarətə gələnlər iki-bir, üç-bir, ötüb keçir yanımdan.Mənsə qan qırmızı qərənfillərə qərq olmuş bir məzarın önündəyəm... Soyuqdan dişlərim bir-birinə dəyir.. Gödəkcəmin boynunu qaldırıb soyuqdan qorunmağa çalışıram. Amma məni üşüdən havanın soyuqluğu deyil ... Əsla !.. Varlığımı tərpədən-dırnağadək titrədən buranın qəm soyuğudur ! Ruhuna hakim kəsilən hüzünün gözlərimdə donub qalan yaş damlasıdırməni üşüdən! Çünki düşünürəm,düşündükcə də yanıb-yaxılıram! Axı nəyə görə haqq aşıqlərinin, mərd oğulların yeri həmişə torpağın alt,qazancı soyuq, qəfil bir güllə, mükafatı isə qaranlıq məzardır ?! Niyə? Niyə, bu dünya belə ədalətsizlik üzərində qurulub? Niyə, əzəldən belə gəlib ki, xeyir şərə qalib gələndə artıq çox gec olub !... Haşiyə: Əslində mən hələ bu yaşıma çatmışam, xeyirin şərə qalib gəldiyini görməmişəm. Pöhrələyib,qol-budaq atan ancaq şarlatanlardır!.. ... Çingiz rəhmətə gedəndə mənim vur-tut cəmi on yaşım olub. Amma o kədərli günü dünənи xatırladığım kimi xatırlayıram.Heç elə bil aradan bu qədər uzun illər keçməyib... O ziyarət günündə bütün diqqətim Çingizin qəbirdaşındakı rəsminə kökləndiyiнdən elə bil dünya-aləmdən bir neçə anlığa təcrid olunmuşdum... Çingizin o qəmli çohrəsində sanki Xocalıda gördüyüm dəhşətlər silinməz iz salıb. Gözlərinə, baxışlarına hopub. Sanki çiynində saxladığı videokamera deyil, bütöv bir Azerbaycan boyda Qarabağın « dərd yükü » dür ! Haqsız da deyil qardaşım, çünki obyektivdən gördüyü və necə varsa lentə köçürtdüyü müsbətlər öz ağırlığı ilə çiynindəki bu kiçik aparatın içərisinə çullanıb. Ürəyində isə daşınması əzabdolu bir yükə çevrilib. Mən ilahi bir inamla buna şəksiz Inanırdım ki onun ruhu bu dəqiqələrdə qarşımda dayanıb mənə -« soyuqdan» büzüşən bu fani dünya kirayənişininə baxır və ürəyindən keçənləri duyur ! Mən də kiçik bacı olaraq bu nakan qardaşımla xəyalən « dərdləşirdim » : ... Gördüyü, şahid olulduğu haqsızlığa dözə bilməyən, xəyanətlə barışmayan Çingizin yanım - yaxılan döyüş meydanının döyüşsüz tərk edənlərə: - « Qayıdın ! » - harayı tanrıya çatdı, amma bəndələrinə çatmadı! Biz – yəni o zamanki « Biz » lər itirə-itirə gəldiyimiz bu başı bəlalı torpaqda onun və əliyalın millətinin nə başına gətirilən müsibətlərdən, nə də yeri-göyü inlədən bu « haray »dan- bu məğlubiyyət « fəryadı »ndan bir an belə geri düşmədik ! Oynamadıq da!!! Və beləcə, Qarabağı da sənin kimi zaman-zaman itiririk! O da sənin tək, bir daha qayıtmaz paya çevrilir ! « Biz »lər mənşəyi və mənbəyi məlum olmayan«laqeyidlik » adlı elə qorxunc bir xəstəliyinə yoluxmuşuq ki: «Qarabağın ələyi ələnib,xəlbiri göydə fırlanıb! »- düşüncəsinə bir gün zehinlərə hakim kəsilib! Bu vaxt lap yaxınımda iki xanımın danışıq səsi məni elə bil xəyal dünyasından çəkib çıxartdı.(Eşidiklərim olduğu kimi. F. H. ) __ Heyif səndən, heyif !- xanımlardan bir qədər yaşlı olanı Çingizin məzarəna baxa- baxa dərindən köks ötürdü-Allah rəhmət eləsin sənə ! – sonra da sanki tanışlıq verir- cəsinə həm rəfiqəsinə,həmdə mənə baxa-baxa əlavə etdi – Xocalıdan birinci o, xəbər gətirmişdir ... Bəzən televiziyada nümayiş etdirirlər, adam heç baxa bilmir.Ürək, əsəb tab eləmir!..- dedi . Fikir məni apardığından onların nə vaxt gəlib yanımda dayandıqlarını hiss etməmişdim . ___ İndi bəyəm, belə oğlanlar var?!-O, xanım eyni təəssüflə bir də təkrarladı. Sual mənə yönəldisə də, mənimçün onun fikri daha maraqlı göründüyündən eyni sualı daşıyan nəzərlərlə üzünə baxdım. Çünki öz cavabım mənə bəlli idi. Həmin xanım fikrimi gözlərimdən oxuyubmuş kimi sözünə qaldığı yerdən davam elədi.. ___ Ay qızım, indi belə oğulları axtarsan, çıraqla da gəzib tapa bilməzsən ! Əyər, o günlər indi təkrarlanmış olsaydı, de mənə görüm, hansı bir kişini məcbur edib o yerlərə- güllə altına göndərə bilərsən ?! Mən, onun fikrinə hardasa tam şərik olsam da dinmədim. Ona görə ki, nə düşündiklərini axıradək öyrənmək mənə marağlı gəlirdi. Mən onu tanımırdım. Təxminən 35-40 yaşlarında bir xanım idi. Heç tanıyıb- tanımamaq sən deyən vacib də deyildi. Hər halda o da bu torpağın övladı,ağı-qaradan seçə bilən, sözü ürəyini deşən,amma hansısa« Xof »dan dirilərin arasında dilinə gətirməyə bəlkə də ehtiyatlanıb sözünü bu məzarlara- buranın sükut dünyasına qərq olmuş əbədi sakinlərinə demək istəyən hansısa ürəyi dağlı bir vətəndaş idi. ___İndi insanlar da, düşüncələri də,əməlləri də dəyişilib.Çox dəyişilib! Belə oğullardan mən deyərdim daha qalmayıb! Qalıbsa da,mən rast gəlmirəm! Bu da Vətənin taleyinə dünənindən gileyli,bu gündən narazı, gələcəyindən- Qarabağ adlı böyük bir dərdin əlacından nagüman olan millətimin rast gəldiyimin növbəti nümayəndəsi! Nə qədər acınacaqlı olsa da,deməli,bu millətin halına ürəktən yananlar, şəhidlərə qiymət verənlər özləri bədbin hislərlə yaşasalar da hələ az-çox qalıb. Bəzən mənə elə gəlir ki, cəmiyyətimiz,sünilik,saxtalıq üzərində bərqərardır. Deyilən sözlər boğazdan yuxarı –havaya atılan boş güllə kimidi. İndi Vətən də,ona olan sevgi də başdan-sona süniliklə əhatələnib. Müəyyən çərçivə arasında sıxılıb,keçilib,qadağalarla hasarlanıb.Pərakəndə duyğuların bərabərində bir növ saxtakarlıq nümayiş etdirilir. İndi Vətən anlayışı şuarlarda məqsədyönlü şəkildə formalaşır. Bax elə belə zamanda da Çingiz əqidəli, Çingiz amanlı oğullara bu məmləkətin böyük ehtiyacı var! İnsanlarda döyüş ruhu, ruh yüksəkliyini tənzimləmək,bəlkə də bu hissləri yenidən oyatmaq üçün az qala mənəvi aclıq hökm sürən bu vaxtda təbliğat hava-su kimi vacibdir ! Azərbaycan gəncliyi olaraq Çingizin yarımçıq ömrünün davamçıları kimi biz Çingiz məktəbini keçməli, Vətənə,bayrağa sədaqət andı içib,onu mümunə götürərək torpaqmızın uğrunda ayağa qalxıb BİRLƏŞMƏLİYİK !!! Yeganə təsəllimiz isə budur: Ölüm uduzdu! Ona görə uduzdu ki,Çingizi bizdən almaqla,əslində yenidən bizə qazandığını bilmədi ! Tanrı öz rəhmətini səndən əsirgəməsin qardaşım ! Məkanın dehiştə qarar versin ! Biz səni heç vaxt unutmayacağıq ! Çünki şəhidlər unudulmur !!! Firuzə Davud qızı. Saatlı May-2009-cu il .
12. 01. 10 @ 20:34
Comment from: Sabir [Visitor]
SabirQEWEYDI Allah Cingiz Mustafayeve qeni-qeni rehmet elesin...;(;(;(
24. 12. 14 @ 16:53

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)