Arzum

December 26th, 2009
Düz bir önce, 26 dekabr 2008-ci il tarixinde blogumda “Arzum” adlı post qoymuşdum. Blog ziyaretçilerim ile birlikde arzularımızı yazdığımız o tarixden düz bir il keçir. Söz verdiyim kimi, hemin mövzunu yeniden aktiv edirem. Maraqlıdır, nece keçdi 2009 sizin üçün? Arzularınız heyata keçdimi?

...geri dönüb baxarken mene ele gelir ki, çox tez keçdi bu il. Öten ili nece qeyd etdiyimiz, öten ilin bu postu yazdığım gün, 31 dekabr ve s. hamısı sanki 1 il önce deyil de, çox qısa bir müddet önce baş verib. Maraqlı seyahetler, karyera yükselişi, uğurlar, foto sahesinde inkişaf kimi yadda qalan 2009-cu yerini yeni arzulara, yeni hedeflere buraxaraq 5 gün sonra geride qalacaqdır. 2010-dan ne gözleyirsiniz? Gelen il heyata keçmesini istediyiniz 3 arzunuz?

Full story »

Blue gift

December 23rd, 2009
Mavi, göy qutuda ve ya bu rengde lenti olan hediyye qutuları xoşuma gelir.
Fikrimce, gözel göy qutuda olan upakovka hediyyeni daha da xoş edir.
Fikriniz? :)

1.
Blue gift

2.
Blue gift

Bir kirpi hekayesi

December 23rd, 2009
Heqiqeten de bu heyatda öz başına ve tesadüfen heç ne olmur. Bir daha, bir daha buna emin oldum. Postun davamında oxuyacağınız bir hekaye bunun bir sübutudur...

...bu hadise 2006-cı ilin avqust ayında baş verib. İstanbulda magistratura tehsilimi bitirmiş, Bakıya geri dönmeye hazırlaşırdım. Şeher kenarında yerleşen, kiçik baxçası, baxçaya açılan pencereleri olan bir evde qalırdım. Günlerin bir günü divanda oturub qezet oxuyarken evin ortasında gezen kirpini gördüm. Bax ele belece, evin ortasında ora bura gezirdi. Gözlerime inanmadım, ev hara, kirpi hara. Pencere yerden 1 metr yükseklikde idi, kirpi balasının ağaca çıxıb ordan ağacın budaqları vasitesile eve girdiyi ise heç inandırıcı deyil.

Full story »

Bala

December 22nd, 2009
Bala

P.S. Desktopda fona qoymaq üçün böyük ölçüde isteyenler müraciet ede bilerler :)

Fotoaparat axtarışında

December 22nd, 2009
Bu gün tesadüfen Google'da "Xan fotoaparat" deye axtarış verdim.
Netice ise maraqlı oldu; sehifede görülen 18 neticeden 13-nü menim blogumdan tapmışdı.
Necedi sizinçün? :) Maybach dünyası = fotoaparat alemi? :)

Fotoaparat axtarışında

Aysel ve BuBu

December 21st, 2009
BuBu

Dolma

December 19th, 2009
Dolma

Revan intervyuda

December 18th, 2009
Uğurlardan söz düşmüşken; qısa bir müddet önce Revan'ın yaratdığı Qeyd.Az layihesini yeqin ki, çoxlarınız tanıyırsınız. Fotoqrafiya, dizayn ve numizmatikaya (eski pulların kolleksiyası) marağı olan Revan yaratdığı portalında internet mekanında en maraqlı yazı ve xeberleri paylaşmaqda, elece de istedadlı genclerimizin işlerini paylaşaraq onların tanıdılmasına şerait yaratmaqdadır.

Öten günlerde İnterview.Az saytında Revan haqqında yazı derc edildi, men de bu yazını paylaşmaq, Revanı blogumda qeyd etmek istedim :) Uğurların davamlı olması dileyile

Revan "Baku 2007"

Toy foto-şekilleri silsilesinden

December 17th, 2009
Etdiyim bezi toy foto-reportajları var ki, çekmeye başladığım andan yaxşı alınacağını hiss edir, bitirib şekillere baxdığımda ise en gözel işlerimden biri oldu deye düşünürem. Statik poz verme, süni gülüşler, standart ve qurma kadrlardan uzaq olub, emosiya ve pozitiv anların öne çıxdığı tebii kadrlara üstünlük verdiyim son toy foto çekilişim de fikrimce en yaxşılar sırasındadır.

“Heyatın xoşbext anları” adını verdiyim, postun davamında göreceyiniz mehz bu cür foto-şekillerden ibaret saytımın teqdimatını bir neçe hefte sonra, menim üçün özel olan bir güne keçirtdiyim üçün son çekilişden olan bezi şekilleri sizlerle paylaşmaq istedim.

Toy foto-şekilleri silsilesinden

Full story »

Best employee

December 17th, 2009
Öten gün şad bir xeber aldım. Beleki, blogumun daimi ziyaretçilerinden olan Honey xanım fealiyyet gösterdiyi Azercell şirketi terefinden Best employee 2009, qısaca desek ise "Fexri ferman"a layiq görülmüşdür. Şirkete verdiyi tövheleri ve elde etdiyi nailiyyetlerine göre en yaxşı emekdaşlara verilen bele bir mükafatı aldığı üçün Honey'i tebrik etmek isterdim :)

En böyük uğurlar en kiçik uğurlardan başlayır. Men eminem ki, bu yalnız bir başlanğıcdır, sen bundan da yüksek nailiyyetler elde edib arzuladığın hedeflere çatacaqsan :)

Best employee