« Tebessum ne qeder genish olsa da... | Shairin goyerchini » |
1 il Sizlerle...
Bu gün Blog-umun 1 ili tamam oldu. Düz bir il bundan öncə, 15 oktyabr 2006-cı il tarixində bu blog-u yaratmış, ilk post-u yazmışdım. 1 kateqoriya, 1 post ilə başlayan blog-umda hal-hazırda 10-a yaxın kateqoriyada 100-dən çox müxtəlif mövzuda şəkillər, yazılar vardır. Niyə yaratdım bu blog-u? Bildiklərimi, eşitdiklərimi və gördüklərimi Sizlərlə bölüşmək üçün. Bilmirəm, Sizlərə bir faydam toxuna bildimi, hər hansı yeni bir məlumat, informasiya əldə edə bildiniz ya yox, mən ən azından buna çalışdım...
Hər gün blog-uma daxil olan daimi ziyarətçilərin olması blog-da daima maraqli və yeni məlumatların yazılmasını tələb edir. Bunu etmək üçün isə müəyyən qədər zamana ehtiyac var. Bəlkə blog-u dostlarımın, Sizlərin köməyi ilə davam etdirəcəyəm, bəlkə “Maybach’ın Blog”u hər kəsin blog-una çevriləcək, bəlkə də....Nə olmasına baxmayaraq 1 il Sizlərlə birlikdə olmaq xoş idi. Yazdığınız şərhlərə, bildirdiyiniz fikirlərə, dilədiyiniz arzulara görə hamınızı təşəkkür edirəm.
Maybach

6 comments
Comment from: Mysterious [Visitor]

16. 10. 06 @ 02:48
Comment from: AYAN [Visitor]

17. 10. 06 @ 14:40
Comment from: DELI_BALA [Visitor]

17. 10. 06 @ 18:24
Comment from: MUTANTKA [Visitor]

18. 10. 06 @ 01:06