« Ananin gozu ile... | ANGEL BLUE » |
PENSİLİN: İLK "MÖCÜZƏVİ" DƏRMAN
Penisilindən istifadə
İlk dəfə penisilin icad edilərkən möcüzəvi dərman adlandırılmışdı. Bu dərman aşkar edilənə kimi hər üç nəfərdən biri cərrahi əməliyyatdan sonra yaranan infeksiya və ağciyər iltihabından vəfat edirdi. Körpələrlə yaşlılar arasında ölüm halları yüksək idi. On il ərzində bu rəqəm bir neçə faizə enmişdi.
Alexander Fleming
Alexander Fleming bu antibiotiki təsadüfən 1928-ci ildə aşkar edib. Araşdırma zamanı o qarşısındakı qabda penisilium adlanan kifin yaxınlıqda yetişdirdiyi bakteriyanı öldürməsinin şahidi olub. O, antibakteriyal maddəni penisilin adlandırıb. Amma dərmanın tam araşdırılması üçün əlavə 12 ilə ehtiyac olub.
Penisilin həbləri
Adətən antibiotiklərdən bakterial infeksiyalara qarşı istifadə edilir. Penisilindən xüsusilə badamcıqların iltihabı, farinqit, bronxit və ağciyər iltihabının, eləcə də sifilis və qonoreya kimi cinsi yolla ötürülən xəstəliklərin müalicəsində istifadə edilir. Müasir penisilinlər geniş antibiotiklər sinfinə daxildir.
Superpenisilin dəstəsi
Penisilinə dözümlülük ilk dəfə 50-ci illərdə qeydə alınıb. 1957-ci ildə qlobal qrip epidemiyası zamanı çox sayda insan ölüb. Bu adamlar dərmana dözümlü qrip növü nəticəsində vəfat ediblər. Həmin vaxt tanınmış alimlərin daxil olduğu superpenisilin adlanan dəstə penisilinin yeni və ikinci nəslini yaratdı. Bunlar metisilin və ampisilin idi.
Erkən penisilin istehsalı
Penisilin əldə etmək üçün oksigenə ehtiyac var. Odur ki, funqusu yetişdirmək üçün dayaz qab lazım idi. Xüsusi olaraq icad edilmiş porselen qablar penisilinin erkən istehsalı üçün ideal idi. Sterilləşdirilmiş qablara adi bakteriyanın daxil olmasının və antibiotikin məhv edilməsinin qarşısını almaq üçün hava axınına maneə yaradılmalı idi. Bunun üçün həmin vaxt pambıqdan istifadə edilirdi.
Növbədə nədir?
Londonda yerləşən Elm Muzeyindən Dr Robert Bud deyir ki, dərmana dözümlülük problemini çözmək olduqca vacib idi. O xəstə və həkimlərin penisilindən daha ehtiyatla istifadə etmələri barədə xəbərdarlıq edib. Dərmanın tərkibini və təsir yollarını dərk etmək səyləri erkən başlayıb.
BBCAzeri.com
14 comments
Comment from: MASTER_İER [Member]
Mystish, deymez. :) Formulani duz yazmisam? :))
21. 05. 07 @ 07:24
Comment from: Mysterious [Visitor]
Master deqiq deye bilmerem ancaq formula R-C9H11N2O4S -dir ancaq shekilde C gorsenmir, birde H-nin sayi azdir ola bilsin sadece gostermek uchundur qisa formada beledir...maraqli geldi
21. 05. 07 @ 19:44
Comment from: etna777 [Visitor]
Mastir teshekkurler.Maraqli melumat idi.
Dogurdanda men tibbi bitirmishem amma bele bir melumata rat gelmemishdim.Yada o ders vaxti bashima kubik dushubmush.Amma cox sag ol ki, sen orgetdin.
Mastir muellim cox sag ol dabe.
22. 05. 07 @ 09:03
Comment from: Ayka [Visitor]
Etna,LOL. Menim ise mektebde oxuyanda bashima bilirsen ne dushmushdu? Divardan yeke plakat gopub dushmushdu bashima LOL Ehhh,mekteb illeri... Ele o vaxtdan deyesen plakat herden tesirin gosterir LOL Zarafat edirem dushmeyine dushmushdu,amma aglim hele yerindedi :)
Master,oldurersen meni ki,burani messengere,e maile cevirerem birden.Yazi haggindada deyim ki,menliX dAyil :) Bash acmadim :)Amma sag ol eziyyet cekmisen :)
22. 05. 07 @ 09:40
Comment from: Ayka [Visitor]
tehmasib LOOOOOOOOOL (ureyim getdi gulmekden)
Vallah,agrisi indiye geder yadimda galibdi,amma shekil degig yadimda deyil ne idi:) yeke,plakat idi,mektebde divarda asirlar haaaa,Ay sag ol! Bax ele bir plakat idi.Sehv etmirem Nizaminin xemseleri hagginda plakat idi.Divar dolu idi ele shekiller ile :) :) Ehhh,Allah remet elesin,bir onu bilirem ki,hemen divarda indi mektebimizde oxuyub ve shehid olan oglanlarin shekilleri asilibdi.
22. 05. 07 @ 21:27
Comment from: MASTER_İER [Member]
Etish, deymez :) Yeqin hemin dersde Ordubadda olmusan :))
Ayka, blogum senin esseyin :) Agsaqqal da senin esseyin :))))))) Gule-gule kullan :))) Ayib sohbetdi beeee ;)
23. 05. 07 @ 00:18
Comment from: tehmasib [Visitor]
Ayka, bes Agsaqqal hardaydi Agsaqqal? Yene hansi palchigin ichinde gezirdi? :))))
Deyirem Nizami zarafatchil kishi olubmush, Allah ona rehmet elesin...
23. 05. 07 @ 03:21
Comment from: neutral_nur [Visitor]
Master elbette ki maraqli melumatlardir. Chox sag ol! Elin qolun var olsun!
Etna hekim , hekimsen????:))))))))))))) Be orda ne gezirsen?:)))))))))
Ayka maraqlidir Agsaqqal emi ile tesadufen bir mekktebi oxumamisan.? :)
Tehmasib sen ALLAH elemi? Nizami komediymish eleee?:)))))) onu sene kim dedi?:))))) ALLAH seni guldursun:)))))))
Master - Ayka, blogum senin esseyin :) Agsaqqal da senin esseyin --- --- esseyin ne demekdir?:)
23. 05. 07 @ 13:24
Comment from: MASTER_İER [Member]
Neutral, essek de essek. :))) Uzunqulaq :))))) Bilmem anlata bidimmi :))
23. 05. 07 @ 16:07
A Mastır aye utanırsan heç Ağsaqqal seni asacaq Sonra da baxıb gülecek Men de sene heykel qoyacam ki seni ziyaret etsinler :)
23. 05. 07 @ 20:17
Comment from: Ayka [Visitor]
neutral,Agsaggalla eyni mektebde oxumamisham:) Amma onu belekden tanimisham:)
tehmasib,Agsaggal hardaydi? O da oz oxudugu mektebde idi:)
25. 05. 07 @ 08:41