« Namaz vaxtı gələndə... | LA İSLA BONİTA » |
Hər dəfə əsəbləşdikdə bu yazını oxuyun!!!
Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, üç yaşındaki oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür. O deqiqe uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır. Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır. Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır. Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür ve məsum bir ifadəylə;
“Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur:
“Ata, bəs barmaqlarım nə vaxt yerinə gələcək?”
Atası evə qayıtdıqda həyatına son verir...
Bu hekayəni oxuduqda mənim gözlərim doldu...
Birisi stola süd töktüyündə, ya da bir uşağın ağladığını eşitdiyinizdə bu hekayəni xatırlayın. Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdığını hiss etdiyiniz anç əvvəlcə düşünün. Maşınlar düzələ bilir, amma qırılan sümüklər və incinən duyğular heç bir zaman düzəlmir...
Adətən insanla onun potensialı arasındakı fərqi görə bilmirik. İnsan səhv edər. Hamımız səhv edə bilərik. Ancaq hirslə və düşünmədən edilən hərəkətlər insanı sonsuza qədər narahat edər. Nə isə etmək istədikdə dayanın və düşünün. Səbrli olun. Anlayış göstərin və sevin...
8 comments
Comment from: Ayka [Visitor]

17. 12. 06 @ 00:32
Comment from: Mysterious [Visitor]

17. 12. 06 @ 02:11
Comment from: MUTANTKA [Visitor]

18. 12. 06 @ 12:27
Comment from: MUTANTKA [Visitor]

18. 12. 06 @ 15:53

18. 12. 06 @ 20:56
Comment from: MUTANTKA [Visitor]

22. 12. 06 @ 04:15
Comment from: Qonaq [Visitor]

09. 01. 07 @ 18:17