« Мужчины, будьте внимательнее :-) | Szi nə fikriəlişrzis? :-) » |
Dünyaca məşhur advokat və uduzduğu yeganə məhkəmə
Məşhur bir futbolçu həyat yoldaşını öldürməkdə təqsirli bilinirdi. Futbolçu tutulmuşdu. Amma həyat yoldaşının cəsədi ortada yox idi.
Futbolçu şübhəli şəxs stulunda oturmuşdu. Milyonlarla dollar qarşılığında tutduğu advokatı hakimi inandırmağa çalışırdı:
"Cənab hakim, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər de inanacaqsınız. Niyə mi? Baxın, indi 1'dən 10'a qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən həyat yoldaşı bu qapıdan içəri girəcək... 1, 2, 3, 4, 5, 6,7, 8, 9, 10..."
Hakim və bütün köməkçiləri qapıya tərəf döndülər. Kimsə girmədi içəri. Advokat bir dahi idi, bu işi sona çatdıracaq sözləri dedi:
"Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki hamınız onun içəri girəcəyini bilib qapıya baxdınız. Qərarı da buna görə verməyinizi tələb edirəm."
Hakim son qərar olaraq futbolçunun günahkar olduğunu bildirdi və məhkəmə bağlı elan olundu.
Məhkəmə çıxışında advokat, qadın baş hakimə yaxınlaşı:
"10'a qədər saydiğimda siz də digərləri kimi qapıya baxmışdınız. Niyə belə bir qərara imza atdınız?"
Baş hakim: "Doğrudur, mən də qapıya baxdım, amma müvəkkiliniz qapıya baxmırdı!.."
6 comments
Comment from: bakinka_v_NY [Visitor]
demeli tek advokat yox,bu mehkemenin hakimi de guclu imish
13. 12. 06 @ 06:35
Comment from: sensitive [Visitor]
Goresen bele edaletli ve agilli hakimlerden ne vaxt bizde de olacaq? Eybi yox ozum olaram :)
13. 12. 06 @ 09:42
Comment from: aydinchik [Visitor]
maraqli yazi idi amma men fikirlesiremki bizde bele hakimler cetin olaaa....
14. 12. 06 @ 21:03
Comment from: sensitive [Visitor]
aydinchik,
men olacagam da, Alalh elemesin ishiviz dushsun amma dushse edaletli qerar vereceyem :)
15. 12. 06 @ 11:15
Comment from: aydinchik [Visitor]
sensitive,
insallah...amma Allah elemesin isimiz dussun dussede turkler demisken torpil(tapish) kecersende...
21. 12. 06 @ 01:04