« Aile haqqinda... | Xanım » |
AVROPA AZƏRBAYCANLILARI KONQRESİ (AAK)31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
Avropa Azərbaycanlıları Konqresi (AAK) 31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanatla çıxış etmişdir. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə AAK-dan məlumat daxil olmuşdur. Bəyanatda bildirilir ki, sivilizasiyaların birləşdiyi müasir dövrdə bəzi separatçı və terrorçu qüvvələrin fəaliyyəti bəşəriyyətin sülh şəraitində yaşamasına ciddi şəkildə mane olmaqdadır. Bunun nəticəsində də beynəlxalq terrorizmlə mübarizə hazırda bütün dövlətlərin və onların birləşdiyi nüfuzlu beynəlxalq təşkilatların bir nömrəli vəzifəsinə çevrilmişdir.
Sənəddə XIX əsrin əvvəllərindən etibarən Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülmüş ermənilərin həmin yüzilliyin sonlarından başlayaraq «böyük Ermənistan» xülyasını reallaşdırmaq məqsədilə Azərbaycan ərazilərində kütləvi terror aktlarını törətdikləri qeyd olunmuşdur. Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın öz vətənindən didərgin salındığı diqqətə çatdırılan bəyanatda bu gün də ermənilərin eyni metodlarla Azərbaycanın dinc əhalisinə qarşı terror aktı törətdiyi bəyan edilmişdir.
AAK XX əsrin sonlarında SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insanın öz yurd-yuvasından didərgin salınmasını, 20 min nəfərin qətlə yetirilməsini, doğma Vətənimizin 20 faiz torpağının erməni separatçıları tərəfindən işğal olunmasını xatırladaraq beynəlxalq birliyin hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində təcavüzkarın daha da şirnikləndiyini və daha böyük cinayət – Xocalı soyqırımını törətdiyini vurğulamışdır.
Bəyanatda bütün bunların müqabilində bəzi dövlətlərin və beynəlxalq təşkilatların XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi fakt əsasında təsdiqlənməyən «erməni soyqırımı» ilə bağlı qərarlar qəbul etməsi də pislənmişdir.
AAK dünya birliyini bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına qiymət verməyə çağırmışdır. Bəyanatı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov imzalamışdır.
2 comments
Comment from: MUTANTKA [Visitor]
Categories: Avto Show
Agilli:) he, aleme car 4ekirem, ecceb eleyirem, bele sehvler buraxma men de elemeyim :D
vAllah menden asili deyil postlara baxanda ilk gozume deyen hemi6e kateqoriyalar olur:)
31. 03. 07 @ 05:02
Comment from: sensitive [Visitor]
Gorek bu imzalanan senedlerin bize ne komeyi olacaq...
Azerbaycan xalqina ise birlik, vetenperverlik arzulayiram.
31. 03. 07 @ 10:27