« Dunyanin en gozel FREE STYLE ReqqaslariSualti Restoran »

Yaşıl Zona...

  04. 01. 07 18:11, by pure_love, Categories: Zibilxana | Мусор
16 pozusu olmayan yazı...

1.Həyat cövhəri.
Amerika Tibb Tədqiqatları Mərkəzinin professoru Devid B.Larson`un apardığı araşdırmalar nəticəsində məlum olub ki, ibadət edən insanlar ateistlərə nisbətən daha uzun ömür sürürlər. Dindar adamlarda ürək xəstəliklərinə 60%, yoluxucu xəstəliklərindən ölmə hadisələrinə isə 66% az rast gəlinir. Mədə-bağırsaq xəstəliklərinin əmələgəlmə təhlükəsi iki dəfə az olur. Harvard Universiteti tibb fakültəsinin professoru Herbert Benson inam və insan sağlamlığı arasında olan əlaqəni araşdırarkən, çox maraqlı bir nəticəyə gəlib: ALLAH`a olan inam və ibadətlər insan sağlamlığına tibbi müdaxilə, dərmanlardan daha güclü və müsbət təsir göstərir.
Tibb dünyasının müasir dövrdə kəşf etdiyi reallıq isə müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" vasitəsilə insanlara hələ VII əsrdən çatdırılıb: "Xəbəriniz olsun, qəlbiniz yalnız ALLAH`ın zikri ilə sağlam olur" ("Rad" surəsi, 28). ALLAH`a inanan, Ona dua edən və Ona güvənən insanlar digərlərindən həm ruhi, həm də fiziki cəhətdən daha sağlam və güclü olurlar.


2.Əl izi.
"Qurani-Kərim"də yazılır ki, insan öləndən sonra onu yenidən diriltmək çox asandır ("Qiyamət" surəsi, 4). İnsanın barmaqlarının uclarındakı əlamətlər bunun üçün yetərlidir. Qeyd edək ki, Yer üzündə yaşayan hər bir insanın barmaq izləri müxtəlifdir və təkrarolunmazdır. Barmaq izi hər bir insanın sanki "şəxsi kart"ıdır. Bu fenomenin əsasında kriminalistika elmi yaradılıb. Belə ki, hər hansı bir insanın şəxsiyyətini müəyyən etmək üçün məhz onun barmaq izinin nişanələrindən istifadə edilir. Amma insanın barmaq izinin xüsusiyyətləri bəşəriyyət tərəfindən yalnız XIX əsrdə kəşf edilib. Halbuki əl izinin əhəmiyyətli xüsusiyyətləri barədə VII əsrdə "Qurani-Kərim"də artıq qeyd olunmuşdur. Buvaxtadək isə onlar insanlara mənasız və xüsusi əhəmiyyət kəsb etməyən xətlər kimi görünürdü.


3.Sağ əlinizi üst tərəfdən diqqətlə nəzərdən keçirsəniz, möcüzəli faktın şahidi olarsınız; barmaqlarımız ALLAH`ın adını təsvir edir.




4.15 əsr bundan əvvəl ALLAH insanların bələdçisi olan "Qurani-Kərim"i göndərib və bütün insanlara bu müqəddəs kitaba uyğun yaşamağı buyurub. Quran`da təkrarolunmaz üslub və hikmətli sözlərdən əlavə, XX əsrin elm və texnologiyasının kəşf etdikləri araşdırmalar qeyd olunub.


5."Qurani-Kərim"dəki möcüzələr.
Hesablamalar göstərir ki, "Qurani-Kərim"də ALLAH`ın adı "Rəhman" 57 dəfə, digər adı "Rəhim" isə düz, iki dəfə artıq – 114 dəfə təkrarlanır. Qeyd edək ki, müqəddəs kitabdakı surələrin sayı da 114-ə bərabərdir. Eləcə də "dünya" və "axirət" sözlərinə Quran`da hərəsinə 115 dəfə, "kişi" və "qadın" sözlərinin hərəsinə isə 24 dəfə rast gəlinir. Digər sözlərdə də eyni bərabərlik göstərilir: həyat = 145, ölüm = 145, insanlar = 50, ALLAH`ın elçiləri = 50, mələk = 88, şeytan = 88. Quran`da rast gəlinən digər möcüzəli hadisə "gün" sözünün 365, "ay" sözünün isə 12 dəfə qeyd olunmasıdır. "Dəniz" kəlməsinə 32, "yer" sözünə isə 13 dəfə rast gəlinir. 32+13=45 hesablasaq, Yer üzündə dənizin tutumu =32/45x100%=71.11111%, torpağın isə =3/45x100=28.888%-dir. Elm sübut edir ki, su Yer kürəsinin 71.111%-ni, torpaq isə qalan 28.889%-ni təşkil edir. "Salavat" kəlməsi "Qurani-Kərim"də 5 dəfə təkrarlanır və Tanrı insanlara gündə beş dəfə namaz qılmağı buyurub.


6.Ovucumuzun içinə diqqət yetirərək, qeyd olunmuş cizgiləri müəyyənləşdirin. Ərəb dilində 8 rəqəmi V, 1 rəqəmi isə I yazılır. Beləliklə, sol əlinizdə qeyd olunan VI işarələri 81 rəqəmi, sağ əlinizdəki VI işarələri isə 18 rəqəmi deməkdir. Beləliklə, 81 və 18 rəqəmini toplasaq, 99 alınır. Müqəddəs "Qurani-Kərim"də Tanrının 99 adının olduğu bildirilir. Əksinə, 81-dən 18-i çıxsaq, 63 alınır. İslam dininin sonuncu elçisi Məhəmməd Peyğəmbər məhz 63 yaşında dünyasını dəyişib.




7.Hollandiyalı alim Keyhan Mohmand 3 iyun 2003-cü ildə "ALLAH" adını Afrika üzərində həkk olunduğunu aşkar edib. Eyni şəkil NASA`nın çəkdiyi digər şəkillərdə də təkrarlanıb.




8."Apollo 11" kosmik gəmisinin kosmosdan çəkdiyi şəkilə əsasən, ALLAH`ın mübarək adını okeanda da yazıldığı açıq-aydın görünür.




9.ALLAH`ın varlığını bizə səmadakı buludlar da sübut edir.




10.1993-cü ilin 30 dekabr tarixində Avstraliya`nın Sidney şəhəri yaxınlığında meşələrin birində insanlar çox maraqlı bir hadisənin şahidi olublar – meşədəki ağac əllərini dizinə qoyub və sanki namaz qılarkən yerinə yetirilən "ruku" edir. Ən təəccüblüsü – ibadət edən ağac üzü Qibləyə tərəf bitib.




11.23 oktyabr 2003-cü il. ABŞ`ın Alyaska ştatında yerləşən dağın üstündə səmada yaranan şəfəqlə ALLAH`ın adı təsvir olunub.




12.17 avqust 2003-cü ildə Kanada`ya səyahət edən bir qrup müsəlman gənci orada yerləşən dağa çıxarkən möcüzəli bir hadisənin şahidi olublar. Qarşı dağda açıq-aydın, ərəbcə "ALLAH" sözü təsvir olunmuşdur.




13.ALLAH`ın İslam dininin qoryucusu olduğunu sübut edən daha bir hadisə
İndoneziya`da baş verib. Belə ki, 26 dekabr 2004-cü ildə bu ölkənin sahillərində baş vermiş güclü sunami ətrafı yerlə-yeksan etdiyi halda, İndoneziya`nın bir çox yaşayış obyektindəki məscidlər sarsılmaz olaraq qalıb.




14.Türkiyədə yerləşən dağların birində qarlar dağa ALLAH`ın adını həkk edib.




15.ALLAH adının formasında bitən kaktus bitkisi.




16.Fələstin`də çobanlar qeyri-adi hadisə ilə rastlaşıblar. Yeni doğulmuş quzunun üzərində açıq aydın ALLAH sözü yazılıb.

11 comments

Comment from: Hani [Visitor]
Haniher wey ucun tewekkurler.hamisi cox maraqli idi..
08. 10. 12 @ 16:09
Comment from: _BaKiNeC_Naim_KHAZAR_UNIVERSITY_ [Visitor]
_BaKiNeC_Naim_KHAZAR_UNIVERSITY_QURBAN OLUM ALLAHA!! AQSAQQAL EMI MENDE SENNEN RAZIYAM MENDE DUZU BEYENMIREM BULARI! ey millet bulari gormeseydiz ALLAHInizi danaciydiz?bu axmaqliqdi!!ALLAH hemise ustumuzde olsun! onun varliqini hansisa proqramda yiqilarax subut etmeydense az cox qurandan xeberiniz olsun besdi allahin varliqini derk etmeye! hamimiza allah komey olsun
06. 01. 07 @ 22:41
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYShekiller maraqlidir,ancaq,elbette ki bu Allahin varliqini subut etmir.Chunki bunun subuta hech bir ehtiyaci yoxdur.Allahin varliqi bir aksiomadir!
06. 01. 07 @ 02:33
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalPure, sen meni sehv anlamisan, gozel xanim... Men demedim post pisdir, ya ne uchun qoyulub... ESLA... Menim ozumun de xoshum geldi. Allah haqqi :) Men sadece deyirdim ki, yeni, mene bunlar mocuzeli gelse de, yene de, Allahin boyukluyu qarshisinda hech nediler ki, men deyim heeee, bu agac varsa, demeli Allah var... Fikrimi sene chatdira bilirem? AGAC MOCUZEDIR... BELI... Sen de chox sagholasan ki, bizlere bunu gosterirsen! :) Sen ozune qebul elemisen sozlerimi... Menim sadece sozum odur ki, bax, misal deyim... Kucheden kechen insan sene dese SEN BISAVADSAN... Sen ne edeceksen? Hech ne. Chunki, senin savadinin olmasini sen bilirsen, ve o insanin buna inanib inanmamaginin ona dexli yoxdur... Indi de bu... Agac var... yazilar var. qoyun var... Amma bunlar mene, eledi ki, men dilenchiyem, mene Angelin savadini subut elemek lazimdi... Allah chox boyukdur ki, bele ciliz sheylerle onun olmasini "subut etmish" olaq...
04. 01. 07 @ 21:18
Comment from: pure_love [Visitor]
pure_loveAgsaqqal, elbette, hec kim ALLAH`in var oldugunu subut etmeye cehd etmir... Prosta, yazilanlar heyatda olan sheylerdir..
04. 01. 07 @ 21:09
Comment from: (*-*) [Visitor]
(*-*)1) Men Agsaqqal ile tam raziyam.... 2)Allahin movcudlugunu subut etmeye ehtiyyac yoxdu..... Heyatin menasini basha dushmek uchun Qurani-Kerim kitabini oxumaq bes eder......
04. 01. 07 @ 20:54
Comment from: GNAG [Visitor]
GNAGChox maraqli shekillerdi. Millet size bir sualim var. eylencenin chatina niye qirmirsiz?
04. 01. 07 @ 20:36
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalAyka, ay arvad, sen ne chox yazeyrsan? Get yemax bishir, gelirem :))) Posta gelende ise... Men bele sheyleri beyenmirem. Ne uchun? Chunki Allahin oldugunu bele sheylerle subut etmeye ehtiyac yoxdur. Allah chox, chox boyuk, ilahi bir varliqdi ki, Onun subutlugunu hele elle, dirnaqla, qoyunla, ya agacla "subut edek"... Ozu de ki, Fotoshop ile bulud chekek... Buludun fotoshop oldughu subut olunub... Bele olanda, 1 yalan tutulanda, dogrulara da inanmirlar... Amma, ne subut elemeye, ne inanib inanmamaga ehtiyac yoxdur. Allah bu kainati yaratmagi ile ele her sheyi subut edib. Daha bizlere qoyunda olan xetleri Allah oxumaqla, Onun oldugunu qebul edeceyikse, onda vay halimiza.
04. 01. 07 @ 20:02
Comment from: Ayka [Visitor]
Ayka Bu maragli postu kim yerleshdiribdise teshekkurlerimi bildirirem.Uzun yazilari axira geder oxumaga hec vaxti sebrim catmir,amma bunlari oxumamag mumkun deyildi ve cox sheyler oyrendim:) Cox sag olun! Allah her zaman yardimciniz olsun!
04. 01. 07 @ 18:46
Comment from: GERMAN [Visitor]
GERMANOzunuzu hesab gunune hazirlayin... Her kes ONA donecek...
04. 01. 07 @ 18:36
Comment from: Mysterious [Visitor]
MysteriousChox maraqli melumat idi, cox sag olun...
04. 01. 07 @ 18:33

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | b2 | web hosting | blog ads