« Səudiyyə Ərəbistanda Qadınlar üçün Yeni Qanunlar! Fantastik »

Qarı Vanqa: Amerika məhv olacaq!

  10. 11. 08 17:57, by Murad, Categories: Məqalələr | Статьи, Maraqlı faktlar | Интересные факты
18 il öncə Obamanın hakimiyyətə gələcəyini söyləyən bolqar görücü qadın Amerikanın çökəcəyini də söyləmişdir



Hələ 18 il bundan öncə Amerikanın prezidentinin qaradərili birisi olacağını söyləmiş bolqar görücü qarı məhz o qaradərilinin Amerikanın son prezidenti olacağını da söyləmişdir.


Amerikada 4 Noyabr prezident seçkilərində qələbə qazanmış namizəd, qaradərili Barak Obamanı, Amerika tarixinin ilk qaradərili prezidenti kimi bütün dünya böyük coşqunluqla qarşıladı. İqtisadi böhranı ilə mücadilə edən dünya ölkələrinin liderləri demokrat Barak Obamaya bir ümid yeri kimi baxdılar. Dünya mətbuatı, 50 milyon ağdərili seçicinin də səs verdiyi Barak Obamanın, nəhayət Amerikanın qan tökən Buş siyasətini dəyişdirəcəyi, dünyaya sülh gətirəcəyi və vergi endirimləri hesabına Amerikanı böhrandan çıxaracağı haqqında yazdı. Lakin Obamanın prezident seçiləcəyini 18 il bundan öncə bilən bolqar görücü qadın Vanqa qarının (Baba Vanqa) dediklərinə görə, əksinə, Obamanın etdiyi dəyişikliklər dünyaya sülh deyil, fəlakət gətirəcəkdir.
İkinci dünya müharibəsi illərində, hətta Adolf Hitlerin də ziyarət etdiyi və SSRİ təhlükəsizlik orqanı KQB-nin belə mütəmadi olaraq məsləhətlər aldığı Vanqa qarı 1996-cı ildə 84 yaşında vəfat etmişdir.

11 sentyabr terror aktı, Kursk faciəsi, və Rusiyanın Gürcüstanı işgal edəcəyini daha illər öncə xəbər vermiş Vanga qarı Amerikaya dair isə bu öngörmələrini söləmişdir:
“Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti (Corc Buşdan sonra gələcək prezident) qaradərili olacaqdır. Bu Amerikanın görəcəyi son lider olacaq. Çünki onun gəlişindən qisa bir zaman keçdikdən sonra Amerika böyük bir iqtisadi böhrana yuvarlanacaq. Şimal və Cənub ştatları arasında böyük fikir ayrılıqları və anlaşmazlıq meydana gələcək. İndoneziya qarışacaq. Bütün bunlar üçüncü Dünya Müharibəsinin başlanğıcı olacaq. Üçüncü Dünya Müharibəsində ilk dəfə atom bombası istifadə ediləcək.

Öngörmələrinin 80%-i doğru çıxdı...

Hələ sağ ikən dedikləri Bolqarıstan hökuməti tərəfindən qeydə alınan Vanqa qarının söylədiyi öngörmələrin 80%-i doğru çıxdı.
1989-cu ildə Rusiya telekanalına müsahibəsində o, “İki dəmir quş qüllələrə çırpılacaq, göyün üzü işıqlanacaq (11 Sentyabr terror aktı), Kursk (2000-ci ildə 118 Rus əsgərinin məzarına çevrilmış Kursk sualtı atom gəmisi) su altında qalacaq, bütün dünya onu ağlayacaq" demişdir. Görücü 1994-cü ildə isə "Vladimirin qələbəsi dünyada hər şeyi əridəcək (Gürcüstan müharibəsi),iqlim dəyişəcək (qlobal iqlim dəyişikliyi), Rusiya dağılmayacaq və sünyaya hökmran olacaq" deyə söyləmişdir.

Vanqa qarı kimdir?

Əsl adı Vangelina Pandeva olan Vanqa qarı (Baba Vanga), 1911-ci ildə, o zamanlar Osmanlı dövlətinin tərkibində olan Bolqarıstanda (İndiki Makedoniya ərazisində) anadan olmuşdur. 13 yaşında selə düşərək torpaq altında qalmış, bundan sonra onun hər iki gözü iltihablanaraq kor olmuşdur. Məhz keçirdiyi bu qəzadan sonra o gələcək haqqında fikirlər söyləməyə başlamışdır. Vanqa qarı ayaq basdığı torpaqda illər öncə hansı hadisələrin yaşandığını və yaşanacağını söyləyir, toxunduğu əşyaların rənginə qədər bütün əlamətlərini dəqiqliklə deyirdi. Görücü qarı məşhurlaşdıqca artıq Bolqarıstan hökuməti üçün işləməyə başladı. Onun üçün aylıq maaş ayrıldı. Artıq elm adamları onunla görüşmək üçün növbə gözləməli olurdular. Onun söylədiklərini isə Bolqarıstan hökuməti qələmə alaraq arxivləşdirdi. Həmin arxivdə Adolf Hitlerin Vanqa qarını ziyarət etdiyi və onun evindən çıxarkən çox əsəbi olduğu haqda da qeydlər vardır. Vanqa qarı 1996-cı ildə 84 yaşında vəfat etmişdir.

AzərXəbər

19 comments

Comment from: Mirze Imanov [Visitor]  
Mirze ImanovTalehimizi yalniz Allah biler kuceden kecen yox!
28. 10. 16 @ 13:55
Comment from: Namiq [Visitor]  
NamiqMəncə Allahdan və onun sevdiklərindən başqa hər şey yalandır
05. 03. 15 @ 14:39
Comment from: ElxaN [Visitor]
ElxaNMence de dogrudu.
22. 01. 15 @ 16:28
Comment from: sevil [Visitor]
sevilDuz cixib,Vanqadan 400 il evvel yasamis Nastradamusun ferziyyeleri ise 99 % duz cixib
19. 10. 14 @ 16:15
Comment from: Farid [Visitor]
FaridAmerikanin magrurlugu Irakda sona galacak Bu ilin sonuna biersiniz ki Amerika ela da magluedilmaz deyil subhasiz. ALLAHdir bundan sonra idaraedan bali insanlar istamadiklarini oz allari va dillari ila edacak sonra heyratlanacak ISLAM dovlatlari azad olmaq barasinda nahayat ki dusunub buna bir nafarin hesabina (vasitasila) nail olacaqlar
28. 09. 14 @ 13:29
Comment from: Randy [Visitor]
RandyAffirmation can obtain by - online procedure considering that well. There are advertising in the offline world as appropriately.
28. 09. 12 @ 15:09
Comment from: Mexri [Visitor]
Mexribunlarin hamisi Quranda var qurani kerimi kim oxuyubsa melumati var goturulumush faklardir adi deyilenlere inanirsiz amma qurani kerimi oxumaq bile istemeyenler bele sheytani emellirle meshgul olanlara inanirlar ve imandan uzag dururlar. allaha penah aparin ve allahinizi sevin.
13. 08. 12 @ 00:43
Comment from: orxan [Visitor]
orxanvanqa deyenlerin coxu duz cixib duzdu ama onu boyunlarina almasalarda ALLAHdan usdun tuturlar men wexsen onun dediklerine inanmiram hamisi qurma weylerdi he bideki o men doguldugum ilin doguldugum gunu olub bunuda deyerdidee:)))
21. 02. 12 @ 20:45
Comment from: anar [Visitor]
anaronun dediklerini duz cixir cunku bu gun mexicoda olan gunesin yoxa cixmasi bunu bir daha subut etdi.
03. 02. 12 @ 14:07
Comment from: fuad [Visitor]
fuadO gelecek haqda fikir soylemeyib,sadece ALLAHin izni ile gorduklerini deyib.birde ki onun yeni peygember haqda xeber vermesi hec de gelecek insanin peygember olacagi menasina gelmir:xristianlar adeten cox mudrik ve geleceyi goren insanlari(ovliyalari)da bele adlandirirlar.ISLAM da ise bu anlayish bir qeder ferqlidir. Her sheye radikal yanashmayin
27. 10. 11 @ 22:01
Comment from: coshgun [Visitor]
coshgunbele weylere inanmaq olmaz.Cunki UCA ALLAH QURANI KERIMDE qeyd edirki gelecek haqqinda fikir soylemek gunahdir,ona inanmaqda,cunki geleceyi ancaq ve ancaq UCA ALLAH bilir......bunlara inanan dinnen cixmiw olar...cunki (estahfurullah)UCA ALLAHA werik qowmuw olar!!!!!
26. 06. 11 @ 13:07
Comment from: Pəyyam [Visitor]
PəyyamVanqanın dedikləri məhv olacaq
14. 03. 09 @ 16:19
Comment from: Pəyyam [Visitor]
PəyyamVanqanın dediklərinə əgər inanmalı olsaq keçən il, yəni 2008 - ci ildə dünyanın dörd dövlət başçısına sui qəsd edilməli idi. Amma, görüntülər səhv çıxdı. Bir də ki, dünyada yeni dünya müharibəsinin başlanması üçün nə isə bəhanə lazım deyil. Onsuz da psixoloji - informasiya müharibəsi gedir. Əgər odlu silahlardan istifadə edilməsi ilə yeni müharibənin olacağını o, demişsə bu təbii haldır ki, hər dəfə dünyada baş verən böyük iqtisadi böhranlardan sonra dünya müharibələri baş vermişdir. 1900 - 1903 - cü il və 1933 - cü ildə başlamış güclü iqtisadi böhranlardan sonra dünya müharibəsi olmuşdur. Heç vaxt kor - koranə deyilmiş fikirlərlə başınızı doldurmayın. Deyirəm, bu qarı hələ kor imiş bu qədər yalan şeyləri uydurub özünü gələcəyi görən fırıldaqçı kimi qələmə verib, gör, gözləri açıq olsaydı, nələr edərdi. Bəlkə də bütün dünyada olanların hamısını öz yalanları ilə nökərinə çevirmişdi. İndi ki, insanlar kor uzaqgörənə belə inanır. Bir də oxumuşam ki, o deyir ki, insanlar yad bir planetdə özlərinə yurd - yuva salacaqlar. Əsla buna inanmayın. Uca Allah, Muhəmməddən sonra dünyaya peyğəmbər göndərmədi. Onun dediklərini bir də kimsə deyə bilməz. Bəlkə onun elmi mənasını açıb izah edən kimsə olsun. Amma, İslam dini sonuncu dindir. Yəqin ki, Vanqanın dediyi bu dinin peyğəmbəri də özü kimi kor qarı olacaq. Kimsə qadın peyğəmbər tanıyırmı? Vanqakimilərin məkanı ancaq iblisin məskəni olan cəhənnəmdir. Onu oradan heç iblis də qurtarmağa cəhd etməz. Cadugərlərin beyni Vanqadan qidalanır. Cadugərlər isə ancaq özlərini məhv etməklə başqalarını aldadırlar.
14. 03. 09 @ 16:14
Comment from: Deli_N [Visitor]
Deli_NMenim Esger Yoldashim 8 il Chinde oxuyub ishleyib, menle qulluq edirdi, o gozunun shahidi oldugu bir hadiseni danishdi,belkede bashqasinnan eshitseydim o qeder inanmazdim, hem ozu shahidi olmushdu, kor bir kishinin onun heyati haqqinda adin familyasin atasinin adin ve kim oldugunu esger yoldashima deyib halbu ki onu vaqonda 1ci defe gorub, sora onun adresin alib gedibmish, ashagida 4 dukan varmish birinden mer meyve alib yanina gedib, qapini doyub, kor kishi qapini achib ve Deyib ki, bilirdim sen gelessen, eziyyet chekib mer meyve almisan, hem baha almisan 2ci dukanda ucuz alardin...kishinin evinden ayrilanda heqiqetende girdiyi dukan ve kishinin dediyi dukan arasinda qiymet ferqi chox imish....hemen kishi meleklerle unsiyyetde olub butun her shey haqqinda melumat verirmish....ona gore inaniram men...Felestin 3cu dunya muharibesine chevrilecek bele getse
16. 01. 09 @ 21:49
Comment from: Ruslan [Visitor]
RuslanBirinci defedir Vanqanin adini esidirem.Cox maraqlidir.
14. 01. 09 @ 12:28
Comment from: Blow [Visitor]
BlowVanqa xala direshirsen?? Sabah Baki vaxtiynan seher 9 radelerinde Moskva vaxtiynan saat 8 olacaq.... :)
13. 11. 08 @ 10:50
Comment from: miss-shopen [Visitor]
miss-shopensalam.əla.mövzudu.mən.NOSTRADAMUSun.katrenlərində.də.buna.rast.gəlmişəm.ki.qaradərili.ilə.ABŞın.sonu.gələcək
11. 11. 08 @ 17:35
Comment from: Trepsixore [Visitor]
Trepsixoreee, Men Vanganin haqqinda cox shey oxumusham, onun shagirdleri ve gohumlari deyir ki, Vanga hec zaman global sheyler haqqinda goruntuleri olmayib, ve diline bele getirmeyib, tekce soyleyib ki, Princessa Diana ile eyni gunde olecek, bele de olub. Kursk meselesi de duz cixib, lakin 11 sentyabri tamamile adi sozlerle soyleyib, iki canavar ne bilim mesheden cumacaq, buna oxhsar bir shey, amma onu bashga cure de yozmushdular. koroche vse vronyo, dunyanin sonu zadi olmayacaq. Bu dunya dagilsa da, digeri yaranacaq. Tak shto kef edin! :) Amma insanligi itirmeyin
11. 11. 08 @ 12:01
Comment from: Nelly [Visitor]
NellyDunen bu haqda qezetde oxudum,ele bildim dunyanin axiridir ,Amma orada eyni zamanda gelecekde caresiz hech bir xesteliyin olmayacagi,insanlarin daha gec qocalacaqlari,ve s teselli vericid sheyler de yazilmishdir,amma bu bizim bu gunleri goreceyimiz anlamina gelmir :))
11. 11. 08 @ 09:51

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software