« Catherine Zeta Jones (Full photosession)Вулканы »

Röya da həbs oluna bilər

  19. 11. 08 15:22, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес, Məşhurlar | Знаменитые
Sənətçinin əlindən yanıqlı olan qayınatası Çingiz Cəlilov onu ekstazi işi ilə bağlı tutdurmaq istəyir

Röya

“Populyar estrada müğənnisi Röya Nəcəfova həbs edilə bilər. Çünki hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 nəfərdən ibarət narkodəstə ilə bağlı gedən məhkəmə prosesində onun da da hallanır. Amma Röyanın həbsinə başqa, bir qədər şəxsi xarakter daşıyan daha ciddi mülahizələr səbəb ola bilər”.
Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov rəhbərlik ediblər. Onlar ölkəyə xaricdən narkotik maddə sayılan bahalı ekstazi həbləri gətirib satmaqda suçlanır.
Sonuncu məhkəmə prosesində Y.Həsənov MTN-də aparılan istintaq zamanı müstəntiqlərin onu şantaj etməsindən danışmışdı. O demişdi ki, telefonundan müğənni Röyanın nömrəsi çıxdığından sənətçi xanımı da istintaqa çağıraraq dindirmək istəyiblər. Lakin o, verilən bütün saxta sənədlərə qol çəkməyə razılaşandan sonra Röyanı MTN-ə çağırmayıblar. Röyanın prodüserinin qəzetimizə açıqlamasında da bu əlaqəni təsdiqləyən maraqlı məqam var. Prodüserin dediyinə görə, Röya ilə Yalçın həqiqətən də dost-tanış olublar.
Əslində ekstazi işi ilə bağlı Röyadan əvvəl də bir neçə sənətçinin adı hallanıb. Bu sırada müğənnilər Brilliant Dadaşova və Aygün Kazımova da var. Təbii ki, onlar bu işə bilavasitə yox, dolayısı ilə aiddir. Belə ki, vaxtilə məhz onların yanında çalışan bir neçə musiqiçinin adı bu məşhur işdə keçir.
Röya ilə bağlı məsələ isə fərqlidir. Məsələn, o, özü də etiraf edir ki, narkobandanın başçısı Yalçın Həsənovla çox yaxın münasibətləri olub. Bu, məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi odur ki, Röya Azərbaycanın tanınmış iş adamlarından olan “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla rəsmi nikah bağlayıb. Cütlük avqustda “Sarı gəlin” restoranında möhtəşəm toy şənliyi də düzənləyib. Röyanın bütün qohumları bu toyda iştirak etsə də bəy tərəfdən məclisə heç kim gəlməyib. Hələ o vaxt qəzetlər yazırdı ki, Anarın valideynləri övladlarının açıq-saçıq geyinən hansısa müğənni ilə ailə qurmasının qəti əleyhinə imiş və bunu özlərinə yaraşdırmırmış. Cəlilovlar ailəsini qəzəbləndirən həm də o imiş ki, Röya Anarın keçmiş ailəsini dağıdıb. Məsələnin incə tərəfi odur ki, Anarı valideynlərinin, ailəsinin yanına qayıtmağa qoymayan yeganə qüvvə də elə Röyadır.
İndi isə Anarı Röyadan alıb geri - öz ailəsinə qaytarmaq üçün çox gözəl şans yaranıb. Əlimizə çatan xəbərlərə görə, bu fürsət hazırda bütün detalları ilə dəyərləndirilməkdədir. Söhbət ondan gedir ki, Çingiz Cəlilov Röyanı ekstazi işi çərçivəsində bir neçə müddətə məhbəsə atdırmaq niyyətinə düşüb, yaxud ən azı belə bir ehtimal var. Hadisələrin məhz bu yöndə cərəyan edəcəyi deyilir və həmin fikirlər belə əsaslandırılır ki, bu iş adamının “əlləri çox uzundur”. Bir qədər əvvəl onun digər oğlu Teymur Cəlilov Bakının mərkəzində, “Neftçilər” prospektində bir piyadanı idarə etdiyi “BMV” markalı maşınla vurmuş, cəsəd zərbədən üç yerə bölünmüşdü. Amma Teymur üçcə gün də olsa məhbəsdə yatmadı. Çox böyük ehtimalla bu “uzun əllər” Röyanı da türməyə saldıra bilər. Axı hətta arxa-dayağı çox böyük şəxslərə bağlı adamların övladları da məhz ekstazi işinə görə həbsxanadadır. Röyanın isə bir arxası ola bilərdi. O da məhz Çingiz Cəlilov. O isə Röyaya az qala qan düşməni, ailəsinin bir nömrəli bədxahı kimi baxır.
Mövzuya qayıdacağıq.

11 comments

Comment from: nisu [Visitor]
nisumen inanmiram.Bu da Royaya atilan bohtanlardan biridir sadece.
11. 01. 09 @ 12:43
Comment from: 87zara [Visitor]
87zaraHec istemerem Royaya ne ise olsun.Musiqilerinin ve sesinin vurqunuyam.Qalani onun sexsi isidir.Anarla ona xosbextlikler.
07. 12. 08 @ 16:07
Comment from: Syama [Visitor]
SyamaMeni Royanin shexki heyatindan chox onun mahnilari daha cox maraglandirdigindan elede tesir etmedi bu post..mahnilari ve sesi superdir ve helede 1-ciliyi elinde saxlayir.. Yuxarida yazilanlari oxudum lap Anara yazigim geldi:))yazig korpe ushag..roya onu ailesini dagitmaga mecbur edib..varli tayfasi ele olur..ailelerine gunde yuz defe xeyanet edirler.
25. 11. 08 @ 12:00
Comment from: emil [Visitor]
emilROYANIN EKSTAZI ISINDEN XEBERI YOXDU.CINAYETI TOREDENLERDE HEBS OLUNUB EGER ROYANIN ELI OLSAYDI O COXDAN HEBS OLUNARDI.ODUR KI ARXAYIN OLUN ROYA YASAYIR VE YARADIR DUNYA SOHRETLI LIRIK MAHNILAR SAHZADESI ROYA AYXAN>>>
22. 11. 08 @ 23:09
Comment from: Ayaz [Member]  
MuranoGozum aydin
20. 11. 08 @ 23:14
Comment from: Trepsixore [Visitor]
Trepsixorehaha, day sabiq sheher ve rayon prokurunun oglu bashchilig edende bele cinayetlere, Roya yetimden ne gozlemek olar :)
20. 11. 08 @ 15:56
Comment from: MoonLight [Visitor]
MoonLightEvvelki mahnilari yaxshi idi, ama indi nese xoshuma gelmir.
20. 11. 08 @ 15:04
Comment from: Nelly [Visitor]
NellyBes ne bilmisdi aile dagitmaq asan isdir?Hech kesin bedbextliyi uzerinde xoshbextlik qurulmaz,odur ki hele ona azdir qeyri resmi ne zibil ishi var gorsun amma kiminse ailesini dagidaraq yox.P.S.amma belkede Anarin ailesi uchun Allah bunu bir shans verib,ele erle yashamaqdansa...seni her an bir seviyyesize deyishen namussuz biri ile.. ne ise bele seyler meni hemise chox eseblesdirir her kim olur olsun aile dagidan insanlara nifret edirem
20. 11. 08 @ 08:55
Comment from: elegant [Visitor]
elegantele bu qizi tutub aparsalar yaxsidi :)))
19. 11. 08 @ 22:57
Comment from: murad [Member]  
MuradBMW ilə vurulan yerdə məndə var idim. 2006-ci ilin aprel ayları idi hardasa. Qan iyindən nəfəs almaq olmurdu orda. Vurulan oğlanın əli qopub 20 m özündən qabağa düşmüşdü.Allah uzaq eləsin... Röyaya gəlincə, Anardan necə lazımdır istifadə etdi. Röyaya elə bu lazım idi ki, "ərə gedib boşansın". Televiziyada da danışanda desin ki, ərim atdı məni. Mən namuslu qız idim. Cəlilovların yerinə hər kim olsa, Röyanın sülaləsini yer üzündən silər. Buna həm fiziki, həm də maddi imkanları çatır. Anara yox ona "alınan" xanıma yazığım gəlir... Röyadır, yuxudur, hər nə zibildirsə, onun kimilərini məhv etmək lazımdır.
19. 11. 08 @ 19:00
Comment from: ketush006 [Visitor]
ketush006Bu postu kim goyubsa meni yaman gorxutdu! Allah Royanin komeyi olsun!
19. 11. 08 @ 18:38

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

CMS software

©2024 by EylencE.AZ

Contact | Help | Blog templates by Asevo | blogtool | SSH web hosting | team