« Siklonun GözüMegan Fox Tokioda "Transformers 2" premyerasında »

MÜQƏDDƏS RAMAZAN AYI + 2009-cu İL ÜÇÜN TƏQVİM

  22. 08. 09 01:44, by Janulka, Categories: Digərləri | Разное, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
by JanuLka


Əziz EylencE.Az user'ləri, sizi bu müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm və bu ay ərzində süfrələriniz bol, ruzulu, qəlblərinizdə Allah sevgisinin daha da möhkəmlənməsini, ailənizdə söz- söhbətlərin olmamısını arzu edirəm...İlahidən oruclarınızın, dualarınız, ibadətləriniz, sədəqələriniz, zikrləriniz qəbul olmasını səmimi qəlbdən arzu edirəm :=) Allah qəbul etsin!!! Amin!!!



Ramazan Bayrami


ORUCUN HÖKMÜ


Əvvəla oruc nə deməkdir???
Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allahu Təalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.» (əl-Bəqərə, 2:183)


ORUCU TUTMAĞA NECƏ NİYYƏT EDƏK


Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.


SƏHUR
(Oruc tutmaq üçün səhər yeməyi)


Səhur, yə'ni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimiz (s.a.s)-in sünnətinə uyğundur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).


İFTAR



Ramazan Bayrami


Oruc açmaq yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
«Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)



Ramazan Bayrami


Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).


ORUCUN ƏRKANLARI


1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək; 2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.


ORUCUN FƏZİLƏTİ


Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896). "Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).

Orucu tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).



Ramazan Bayrami


ORUCU POZMAYAN ŞEYLƏR


ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir...


ORUCU POZAN ŞEYLƏR


qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.


2009-cu İL ÜÇÜN RAMAZAN TƏQVİMİ


Təqvimi buradan əldə edə bilərsiniz :=)


TƏRƏVİH NAMAZI


Pеyğəmbərin (s) sünnətinə uyğun оlаrаq bu, səkkiz rükət təravih və üç rükət vitr olmaqla cəmi on bir rükətdir. Hz. Ömər, Hz.Osman və Hz.Əlinin (r.a) zamanında insanların iyirmi rükət qıldıqları bəllidir. Hənəfi və hənbəlilərin, Davud Zahirinin görüşü budur. Əbu Hənifə deyir ki, Hz. Ömərin insanlarа təravih nаmаzını iyirmi rükət hаlındа qıldırması хəlifənin şəxsi ictihadı deyil. Hz. Ömər bunu etməklə Rəsulullahın (s) dövründəki sünnəti cаnlаndırmışdır. Əbu Hənifə bunu deyərkən yuxarıda qeyd edilən hədisə əsаslаnır. (Rəsulullahlа (s) səkkiz rükət qıldıqdan sonra cаmааtın evlərdə bu namazın аrdını davam etdirməsi hаqqındа оlаn hədis.) Əbu Hənifə sözünü dаvаm еtdirərəк deyir ki, Hz. Ömər bunu tətbiq edərkən səhabələrdən hеç kim ona etiraz etməmişdi. Bu isə icma deməkdir.
Tirmizi deyir ki, elm əhlinin çoxu Hz. Ömər, Hz. Əli və digər səhаbələrin rəvayət etdiyi кimi, bu nаmаzın iyirmi rükət olmаsı görüşündədir. Səvri, İbn Mübarək və imаm Şafi də еyni fiкri söyləyirlər. İmam Şafi: “İnsanların Məkkədə iyirmi rükət qıldıqları аnа təsаdüf еtdim” demişdir.
Səkkiz və iyirmi rükət arasındakı fikir ayrılığını bir araya gətirən bəzi alimlər tərаvihin vitrlə bərabər on bir rükət оlmаsı sünnət, qalanı isə müstəhəbdir (təşviq edilən, xoş görülən bir əməl).
(Bu məlumat Seyyid Sabiqin «Fiqhus-sunnə» кitаbındаn götürülüb.)

PısıPısssı... Təravih namazları məscidimizdə hər gün iftardan 2 saat sonra qılınacaqdır...



Ramazan Bayrami


QƏDR GECƏSİ


Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir...


HƏR BİR MÜSƏLMAN RAMAZANIN AXIRINDA


fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.)...


BAYRAM NAMAZI



Ramazan Bayrami


Bayram namazı iki rükət, səslə qılınan namaz və iki xütbədən ibarətdir. Bu namazdan nə əvvəl nə də sonra sünnə namazı qılınmır.
Bayram namazlarını qılmaq hər bir həddi-büluğa çatmış, ağıllı olan müsəlmana fərzdir.
Bayram namazını qılmaq müsafir və müvəqqəti qeydiyyatda olan sakinə fərz deyildir.

Bayram namazından əvvəl azan və iqamə vermək sünnəyə müxalifdir.
«Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və liləhi-l-həmd» zikrini hər kəs bayram günü camaatla (xorla) deməmək şərtilə təkrarlamalıdır.


BAYRAM NAMAZININ VAXTI


Günəş üfüqdən bir nizə hündürlüyündə təxminən bir metrə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).


BAYRAM NAMAZININ QILINMASI



Ramazan Bayrami


1. Birinci rükətdə ehram təkbirini edib, «istiftah» duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmin rükəti tamamlamaq.
2. İkinci rükətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rükəti təşəhhüd və salamlarla tamamlamaq lazımdır.
PısıPısssı...orucluğun qurtarmasından sonra, səhəri gün qılınır.


ORUC TUTANIN İFTARINI AÇƏRKƏN ETDİYİ DUA



Ramazan Bayrami


`I`
“Zəhəbə-z-zamə`u vabtəlləti-l-uruq va səbətə-l-əcru in şə`allah”
“Susuzluq keçib getdi, damarlar islandı. Allah qoysa, mükafat yazıldı”



Ramazan Bayrami

`II`
Abdulla ibn əl-Asın rəvayətinə görə, Rəsullah (s.a.v) demişdir: “Oruc tutan adamın iftarını açarkən etdiyi dua rədd edilməz.” Ibn Əbu Müleykənin rəvayətinə görə, o, Abdulla ibn Amrın iftar zamanı belə dediyini eşitmişdir:
“Allahummə inni əs`əlukə birahmətikə-l-ləti vasi`at kullə şey`in ən təğfira li”
“İlahi! Sənin hər şeyi əhatə edən mərhəmətin xatirinə Sənə yalvarıram: məni bağışla!”


ORUCLUĞA AİD SEÇİLMİŞ HƏDİSLƏR



Ramazan Bayrami


`I`
Səhl ibn Səddən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «İnsanlar iftarı tezləşdirəcəkləri təqdirdə, əmin-amanlıq içində yaşayacaqlar».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

`II`
İbn Ömər Allah elçisinin(sav) belə deməsini eşitmişdir: «Yalnız təzə ayı gördükdə oruc tutun, iftarınızı da yalnız onu gördükdə açın. Hava buludlu olsa, onda günləri sayın». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində deyilir: «Hava buludlu olsa, onda otuz gün hesablayın».
Buxarinin rəvayətində isə deyilir: «Ötən ayı otuz gün hesablayın».
Buxarinin Əbu Hüreyrədən rəvayət etdiyi digər bir hədisdə isə belə deyilir: «Şaban ayını otuz gün hesablayın».


`III`
İbn Ömərin belə deməsi rəvayət olunur: «Adamlar təzə ayın çıxıb-çıxmamasını aydınlaşdırdıqları vaxt, Peyğəmbərə, (sav), təzə ayı görməyim barədə xəbər verdim. O bunu eşidən kimi oruc tutdu və adamlara da oruc tutmağı əmr etdi». Hədisi Əbu Davud rəvayət etmiş, Hakim və İbn Hibban isə səhih hesab etmişdir.


Ramazan Bayrami


`IV`
Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Səhur edin, çünki onda bərəkət vardır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.


`V`
Əbu Hüreyrənin belə deməsi rəvayət olunur: Allahın elçisi(sav) visal etməyə (səhur və iftar etmədən oruc tutmaq) qadağa qoydu. Belə olan halda müsəlmanlardan biri Peyğəmbərə dedi: «Ey Allahın elçisi! Axı sən özün belə edirsən!» Peyğəmbər(sav) də belə cavab verdi: «Hansınız mənim kimisiniz. Mən gecə yatıram, Allah-taala isə məni həm yedizdirir, həm də içizdirir». Bəziləri visalın nəhy olunmasına öz etirazlarını bildirdilər. Onda Peyğəmbər(sav) onlarla bir gün, sonra o biri gün də visal etdi. Üçüncü gün onlar təzə ay gördülər. Allahın elçisi dedi: «Əgər təzə ay gec çıxsaydı, mən sizin üçün bu müddəti uzadardım».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

`VI`
Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim yalan danışmaqdan, yalana əməl etməkdən və avamçılıqdan əl çəkməzsə, onun yeyib-içməkdən imtina etməsi Allaha lazım deyil». Hədisi Buxari və Əbu Davud rəvayət etmişdir. Hədisin mətni sonuncuya aiddir.



Ramazan Bayrami


`VII`
İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər(sav) oruclu halda və ehramda olarkən qan aldırardı.
Hədisi Buxari rəvayət etmişdir.

`VIII`
Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) Ramazan ayında oruclu halda gözlərinə sürmə çəkmişdir.
Hədis səhihdir. Bax: “Səhih İbn Macə”, 1369; “Ər-Raud”, 759.


`IX`
Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim oruc tutduğu zaman unutqanlıqdan yeyib-içsə, orucunu davam etdirsin, çünki Allah-taala onu özü yedirib-içizdirib». Hədisi Buxari və Müslim rəvayət etmişdir.



Ramazan Bayrami


`X`
Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim qussa, onun üçün qəza orucu yoxdur. Bilərəkdən qusan üçün isə qəza orucu vardır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.


`XI`
Həmzə ibn Əmr əl-Əsləminin Peyğəmbərə(sav) belə deməsi rəvayət olunur: «Ey Allahın elçisi! Mən səfərdə olarkən oruc tutmaq üçün özümdə güc tapa bilirəm. Bu mənim üçün günah sayılırmı?» Allahın elçisi(sav) belə cavab verdi: «Bu, Allahdan olan bir icazədir. Kim bu icazədən istifadə etmiş olsa, düz hərəkət etmiş olar. Oruc tutmaq istəyən isə heç bir günah işlətmir». Hədisi Müslim rəvayət etmişdir.

`XII`
İbn Abbasın belə deməsi rəvayət olunur: «Qoca adama hər gün üçün bir kasıb doyuzdurması icazə verilir. Buna görə o artıq qəza orucu tutmaya bilər». Hədisi Dəraqutni və Hakim rəvayət etmiş, eyni zamanda da onu səhih hesab etmişdir.



Ramazan Bayrami


`XIII`
Əbu Hüreyrədən rəvayət olunur ki, bir kişi Peyğəmbərin(sav) hüzuruna gəlib dedi: «Ey Allahın elçisi! Mən məhv oldum» Peyğəmbər(sav) dedi: «Səni nə məhv etdi?» Dedi: «Mən Ramazan ayında, oruclu halda yoldaşımla cinsi əlaqədə oldum». Peyğəmbər dedi: «Sən bir qulu köləlikdən azad edə bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbər dedi: «Altmış gün dalbadal oruc tuta bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbər yenə dedi: «Bəs altmış yoxsulu yedizdirə bilərsənmi?» Kişi dedi: «Xeyr». Sonra o oturdu. Elə bu radələrdə Peyğəmbərə(sav) böyük zənbillə dolu xurma gətirdilər və Peyğəmbər kişiyə dedi: «Bunu götür və sədəqə kimi payla». Kişi dedi: «Məndən daha kasıb olanlara paylayım? Mədinənin iki dağı arasında mənim ailəmdən kasıb ailə yoxdur». Peyğəmbər(sav) bu sözləri eşidən kimi elə güldü ki, hətta dişləri belə bir anlıq göründü. Sonra üzünü kişiyə tutub dedi: «Get və bununla ailəni yedizdir».
Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.

`XIV`
Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) buyurmuşdur: «Kim oruc borcu ola-ola vəfat etsə, tuta bilmədiyi oruclarını onun əvəzinə yaxınlarından biri tutmalıdır».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.


Hədisləri - Buluğul Məram" (Məqsədə Çatma) kitabından -
tərcümə edən: Rəsul Ömərov



Ramazan Bayrami


Bir daha Allah qəbul etsin!!!
Hörmətlə:
Janulka :=)

8 comments

Comment from: merkur razor blades [Visitor]
merkur razor bladesTerrific paintings! That is the type of information that are meant to be shared across the web. Shame on Google for now not positioning this submit higher! Come on over and talk over with my website . Thanks =)
23. 06. 12 @ 17:50
power iphone screen protector! exclamation mark for SiMOBIL, Slovenia, Slovenija
23. 06. 12 @ 15:56
Comment from: janulka [Member]
Jaaaaaaaaaaaaan, Nelly. Mən də bütün yazılan commentləri maraqla oxuyuram. Çalışıram bildiklərimi sizlərlə də bölüşüm. Commentlərini postlarımızdan əksis etmə :=))))))) Ayten, amiiiin... Təşəkkür edirəm, Ekpert :=) Bu postu mən 2007-ci ildə hazırlamışdım. Hər il də təkrar olaraq eyni vəziyyətdə yerləşdirirəm. Yardımçı olduğum görə çox sevinirəm... Bellina, sən sağ ol :=) Ayka, Amiiiiiiiiin. PısıPısssı... Buralarda tez-tez görsən ;=)
24. 08. 09 @ 01:56
Comment from: Ayka [Visitor]
AykaJanulka,bashda sen olmagla,butun Azerileri bu mugeddes bayram munasibetile tebrik edirem.Allah butun dualarimizi gebul etsin.Butun oruc tutanlarin orucunu Allah gebul elesin,Amin!
23. 08. 09 @ 01:52
Comment from: bellina [Visitor]
bellinacox maraqliydi!!! cox sagol Janulka!!!!!
22. 08. 09 @ 16:23
Comment from: EKSPERT [Visitor]
EKSPERTJanul ALLAH razi olsun,halaldi ela hazirlamisan.taqdira laiq post ucun tesekkurlar.cox sevindim. ALLAH bu muqeddes ayda tutulan oruclari,qilinan namazlari,edilan dualari qebul elasin,her birimizin arzusunu muradina catdirsin.AMIN.....
22. 08. 09 @ 12:19
Comment from: ayten [Visitor]
aytenTesekkurler melumata gore Janul!Allah butun oruc tutanlarin orucunu qebul etsin!Amin!
22. 08. 09 @ 07:46
Comment from: Nelly [Visitor]
NellyEvvela salam Janulka xanim. Her defe Sizin yerleshdirdiyiniz "post"lari maraqla izleyirem :) Teshekkurler bu gozel bilgiler ucun. Ahhah oruc tutanlarin dualarıni, ibadətlərini qebul elesin men de ichinde olmaqla. AMIN.
22. 08. 09 @ 04:31

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

blogging software

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog tool | cheaper hosting | authors