« BINA Ucqunu---VIDEO!!!"SEVGILI" it balasi »

QAN YADDASHİMİZ--Ad Gunun Mubarek,,,Qardash!!!

  29. 08. 07 12:25, by LanseloT, Categories: Tarix və mədəniyyət | История и культура
"LanseloT ProductioN"
Teqdim ediR!!!

Bu gün Milli Qəhrəman Çingiz Mustafayev-in ad günüdür...

1


Çingiz Fuad oğlu Mustafayev...
2
1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.


3

1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.


4

O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.


5

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.


6

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.


7

Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.


Bu da son fotoşəkili...
8
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.


ÇİNGİZ MUSTAFAVEVİN ÖLÜMÜNDƏN 15 İL KEÇİR...

9

Artıq 15 ildir ki, teleməkanda Çingiz Mustafayevin səsi eşidilmir. Azərbaycanın milli qəhrəmanı, məşhur telejurnalist Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də Əsgəran rayonunun Naхçıvanik kəndində peşə borcunu yerinə yetirərkən həlak olub.
Çingiz insanların yaddaşında çiynindəki kamera ilə döyüşən telereportyor kimi qalıb. Onu da demək lazımdır ki, reportyor fəaliyyətinə Qarabağ müharibəsi ilə eyni vaхtda başlayan Çingiz televiziya sahəsində cəmi 1 ilə yaхın idi ki, çalışırdı. Amma bu az müddətdə onun səsi nəinki Azərbaycan və Rusiyanın, hətta dünyanın ən qabaqcıl telekanallarından gəlməyə başladı. Xocalı faciəsinin dramatik səhnələrini lentə alarkən, хalqın faciəsinə ağlayan Çingizin fəryadını unutmaq mümkün deyil. Həmin səhnə Azərbaycan хalqının qarşısında onun gördüyü işlərin dəyərini anlamağa kifayət edir. Çingiz Xocalının, Şuşanın, Laçının facəsini təkcə lentə və yaddaşlara deyil, həm də böyük ağrı ilə öz qəlbinə köçürmüşdü. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini lentə alıb bütün dünyaya çatdıran Çingiz Mustafayevin cəsarəti, tələbkarlığı və səbri gənc jurnalist nəslinə örnək ola bilər.
Öz ölümünü lentə alan telereportyor Çingiz Mustafayev 13 ildir ki, bu хalqın qəhrəmanıdır. Qafqazda və Mərkəzi Asiyada ilk olan - ANS ÇM 102 FM radiostansiyası Çingiz Mustafayevin adını daşıyır və «Döyüş alnınıza yazılıb» devizi ilə fəaliyyət göstərir. Qeyd edim ki, Çingizin adı bu gün müхtəlif qurumlarda, təsisatlarda yaşadılır və onu unutmamaq bu millətin borcudur.


10

Allah REHMET Elesin,,,Ruhu Şad olsun!!!

19 comments

Comment from: orxan [Visitor]
orxanazerbaycanda kisi varsa oda Cingiz MUstafayevdir. oz canini veten ugrunda feda etdi
12. 12. 08 @ 14:46
Comment from: aygun [Visitor]
aygunAllah rehmet elesin. Cox xosdur ki bu cur ogullarimiz olub. Qebirleri nurla dolsun,yerleri cennetlik olsun.
19. 10. 07 @ 21:09
Comment from: Ceyhun [Visitor]
CeyhunSalamlar, bu sher yazan oglan Elshen fanat deyil, vətənini öz canından çox sevən bir Azərbaycan gəncidir, o gənc indi hal-hazırda Tər-Tər bölgəsində hərbi xidmətdədir. Bu şeri birinci dəfə mənə göstərib, və bu şeri birinci dəfə Çingizin qəbri üstündə oxumuşuq ((( ALLAH rəhmət eləsin ! Halal olsun Azərbaycan gəncliyinin Çingiz kimi qəhrəman gənclərinə.
13. 09. 07 @ 08:23
Comment from: GramaFon [Member]  
GramaFon15 il kechir biz ise hele de bosh bosh onu yad edirik ... Emi duz deyir yaninda bashi ashagiyiq!!!!! LanseloT
Cingiz-in sesiydi bizleri yashadan, Onu da elimizden aldi YARADAN, Ozu vefat etsede bizimledir sesi, Qelbimizdedir her an isti nefesi...
Yadina dushduuu?!?!;)
31. 08. 07 @ 00:26
Comment from: Sirene [Visitor]
SireneEtna,baci sher meni kovreltdi....Agsaqqal senin sozlerin de hemcinin....Allah rehmet etsin,butun Sehidleri(Qarabaq ,Kerbala Shehidlerini) Lanse-Allah razi olsun,post ve dualarin ucun.Allah sene de komek olsun,inshallah. LanseloT
Sirene---Deymez!!!...Allah hamimiza Komek olar,,,INSHALLAH!!!
30. 08. 07 @ 11:39
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYHeyifler olsun((((
30. 08. 07 @ 04:24
Comment from: Mysterious [Visitor]
MysteriousAllah rehmet elesin, ruhu shad olsun...Allah razi olsun yad eleyen her kesden, Amin... LanseloT
Mysterious---Allah haminizdan Razi olsun!!!...AMIN!!
30. 08. 07 @ 02:50
Comment from: master_ier [Member]
MASTER_İERAgsaqqal, omrumde birinci defedir ki seninle razilasiram. Etna THX bacishka. Allah rehmet elesin. Shehidler sorgu-sualsiz cennete daxil olarlar. Insallah mekanin oradir. LanseloT
Master---INSHALLAH!!!
30. 08. 07 @ 01:52
Comment from: pure_love [Member]  
pure_loveLans, cox saol posta gore! ALLAH rehmet elesin! Bu cur senetine, vetenine gore ozunu feda eden insanlar mence cox azdi.. LanseloT
Pue---DEYMEZ!!!...Menim ucun bir Sherefdir,,,bele bir Insani yad etmek...
29. 08. 07 @ 19:36
Comment from: Ayka [Visitor]
AykaAllah rehmet elesin!
29. 08. 07 @ 19:12
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalElshenin qelemine, qoluna quvvet olsun, Etna, chox saghol yerleshdirdiyine gyore! Chingize gelende, qardash, Allah rehmet elesin. Hele de yaninda bashi ashagiyiq, hele de qebrine dik, fexrle baxa bilmirik, hele de ugrunda olduyun... yox, DUNYANI DEYISHDIYIN (chunki yashayirsan, bilirem yashayirsan, ayri dunyada, ayri muhitde) Qarabagha, senin vuruldugun yere hele de gede bilmirik... Olu sen deyilsen.... Olu.......... LanseloT
Emi---Yusif Semedoglunun (sehv etmiremse) bir sozu var,,,"Yuxunuz shirin olsun Diriler!!!"Bax hele yatan bizik,,onlar YOX!!!
29. 08. 07 @ 17:34
Comment from: etna777 [Visitor]
etna777Bu sherin muellifi Eslshen adinda bir fanatdir.
29. 08. 07 @ 17:23
Comment from: etna777 [Visitor]
etna777Bu şeir Chingiz Mustafayeve hesr olunur Qarshımda Xiyaban, soyuq mezarlar… Mezardan baxıshlar sine daglayır. Tutulur ayaqlar, susur dodaqlar, Beden sust olsa da, gozler ağlayır. Duz 15 il qabaqlar goz onundedi, Ayın on beshidir, qan tarixidir. Çingizin sohbeti soz onundedi, Torpaga qoydugu can tarixidir. Gozlerim axtarır onu durmadan, Her mezar bir Chingiz tarixi yazıb. Gəecliyin zirvəein basha vurmadan Her igid bir shehid zirvesi cızıb. Nehayet, Chingizin qebrinəe chatdım, Bash eydim onunde, gozlerim doldu. Bir anlıq qeflet yuxusunda yatdım, Payız chicheyi tek heyatım soldu. - Salam, ay Chingiz! Necesen, qardash? Seni salamlayır adi Vetendash. Gel bir sohbət edek, belke derdleshek? Belke poeziya? sheir, deyişek? Ay Chingiz, senleyem, duyursan meni? Cavab ver, sohbet et, dinlerem seni. Dillenmir nedense, belke kefi yox? Belke chox cherledim, danıshıram chox? Ay Çingiz, bəlkə bir başqa vaxt gelim? Bir dillən, cavab ver,ishimi bilim. Chingiz, qadası, bir dillen barı, Silkelerem esebden soyuq mezarı. Sukunet. Chingizden chıxmayır bir ses. 15 il erzinde bir adam, bir kes Anlamır bu Chingiz niye danıshmır, Niyə bize qaynamır, niyə qarıshmır. Tapmısham. Dushunur biqeyretik biz, Binamus, bisheref, binemətik biz. Dushunur torpagı geri almırıq, Orada meskenler axı salmırıq. Onun da qanından axıbdır ora, Deyir, yiye durun siz o diyara, Qaytarın geriye shehid qanını, Qorxma, ver dushmene shirin canını. Amma ki, qaytar sen o torpagı, Qaytarın geriye o Qarabagı! Ezin dushmeni, ustunden kechin, Ya Veten, ya olum- birini sechin! Bax, deyir bunları Chingiz qardashım, Esebden qızıram, partlayır bashım. Dishlerim qıcıshır, gozler qan dolu, Vetenin ugrunda olumdur yolum. -Men senin balaca qardashın, Chingiz Men de senin kimi qoyacagam iz. Bir kishi sözünü verirem sene, Ozumu hesr etdim men bu Vetene!- Yene de ortaya chokdu sukunet. Nisbeten dayandı qızıshmısh sohbet. Mezar gulumsedi. Dedi: - On besh il. Her gelen, geden de bunu deyir, bil, Onunchun dinmirem susuram, Brat. 15 il milleti pusuram, Brat Mene hər soz veren gorseydi bir ish, Veten oz ovladın onda gorermish. Ne ise imkan ver uyuyum rahat, Sen sag qal, ay Brat, men de salamat! Bir az uzun ola biler.Amma meni xoshum geldi inshallah sizinde xoshunuz geler. LanseloT
Etna777---COX SAGOL!!! Ureyim kovreldi,,,cox gozel she'rdir.Konul isterdi ki,buradaki sozler bir gun onun qani axdigi yerlerde oxunsun,,,aglasin butun daglar-dashlar,,,Cox Sagolun!!! ;(
29. 08. 07 @ 17:17
Comment from: sevgi [Visitor]
sevgiALLAH REHMET ELESIN.
29. 08. 07 @ 16:50
Comment from: etna777 [Visitor]
etna777Allah rehmet elesin.Yeri Behisht olsun. LanseloT
AMIN!!!
29. 08. 07 @ 15:51
Comment from: Maybach [Visitor]
MaybachSen her zaman bizimlesen...
29. 08. 07 @ 14:31
Comment from: Nelli_kemble [Visitor]
Nelli_kembleAllah rəhmət etsin bütün şəhidlərimizə. Mən bilirəm ki, onun ruhu bu gün şaddır. Çünki sizin kimi onu yada salan bacıları və qardaşları var.Çox sağ olun Lanselot bəy. LanseloT
DEYMEZ...Nelli-kemble xanim!!!Bu Bizim Borcumuzdur!!!
29. 08. 07 @ 13:54
Comment from: Zizika [Visitor]
ZizikaALLAH REHMET ELESIN!
29. 08. 07 @ 13:50
Comment from: Sirene(sladkiy_obman) [Visitor]
Sirene(sladkiy_obman)Allah rehmet etsin.:( Allah butun shehidleri rehmet etsin. Butun herbi xidmetde olan esgerleride qorusun,inshallah.AMIN.(menim qardashim Orxan ve Deli_bala da hemcinin) LanseloT
sladkiy---ALLAH razi Olsun!!!...Allah qardashin Orxana ve Deli-qardashimiza Sebr versin!!!AMIN!!!
29. 08. 07 @ 13:28

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
March 2020
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Search

Categories

  XML Feeds

powered by open-source CMS software

©2020 by EylencE.AZ

Contact | Help | Blog skins by Asevo | blog software | web hosting