« Novruz bayrami fotosekillerde...MASTER_İER teqdim edir: NOVRUZ BAYRAMINIZ MUBAREK!!! »

NOVRUZ BAYRAMI haqqında...

  20. 03. 07 13:54, by pure_love, Categories: Məqalələr | Статьи


Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona`da bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz Əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.

İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizami`nin "Siyasətnamə"sini, Ömər Xəyyam`ın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.

Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.

Çərşənbələrin içində ən vacibi axırıncı – Axır Çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. bişirilir. Süfrədə "S" hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.

Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Su və odla bağlı maraqlı ənənələr də var. Tonqallar qalanır və Novruzdan əvvəl Axırıncı Çərşənbə günü yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər də deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə əlaqədar olan ənənələr Azərbaycan`da təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycan`da Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atışları bildirirdi". Azəbaycan`da Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsi ilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi!" və elə bu anda yaylım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".

Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü günü isə - qış sayırlar.

Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur.

YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ SEVİNDİRƏN, ƏTRAFI GÖZƏLLƏŞDİRƏN, TƏBİƏTİ OYADAN, BAYRAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!!!

Ən xoş Arzularla,
Pure Love...

28 comments

Comment from: ali [Visitor]
alibayraminiz mubarek
15. 03. 16 @ 15:40
Comment from: sirinka [Visitor]
sirinkaçox gözəl məlumatlardır.Çox sagolun!! Buradan haminin Novuz bayramıni təbrik edirəm, Haminiza uzun omur və can sağlığı arzu edirəm.
07. 03. 16 @ 10:01
Comment from: jale [Visitor]
jalebayraminiz mubarek
23. 03. 15 @ 14:33
Comment from: Rafael [Visitor]
Rafaeldadqf
11. 03. 15 @ 21:52
Comment from: mahmud [Visitor]
mahmudmen burdan butun Azerbaycanlilarin bayramini tebrik edirem
11. 03. 15 @ 19:27
Comment from: mahmud [Visitor]
mahmudadasa bax sana eyyee ne yaxsi seyler yaziblar
11. 03. 15 @ 19:23
Comment from: cako [Visitor]
cakoGelibdir qara ejdaha hi ha ha ha ha
10. 03. 15 @ 19:33
Comment from: cako [Visitor]  
cakoYaxsidi elede yox
10. 03. 15 @ 19:31
Comment from: cako [Visitor]
cakoYaxsidi amma bezilerini yazmiyiblar
10. 03. 15 @ 19:19
Comment from: dfgh [Visitor]
dfghINSA ALLAH ele olar
05. 03. 15 @ 16:24
Comment from: Kira [Visitor]  
KiraHaminin novruz bayramin tebrik edirem ama men cox axtardim tapa bilmedim bayramda "s" herfiyle baslayan 7 nov erzaq qoylur burda yarsi yazilib ama qalani yoxu,bilen varsa zehmet olmasa yazin.
03. 03. 15 @ 09:44
Comment from: sahin [Visitor]
sahinsahin asli
25. 02. 15 @ 10:18
Comment from: aysu [Visitor]  
aysubu bayram gozel bayramlardan biridir. men bu bayrami cox sevirem.bayraminiz mubarek...............
23. 02. 15 @ 13:41
Comment from: Amirxan [Visitor]
Amirxanmaraglidi, amma neye gore hec yumurta toggushdurmasinnan hecne yazilmiyib?
12. 12. 12 @ 20:48
Comment from: mirnazim qelemov [Visitor]
mirnazim qelemovnovruz bahar bayramidi yoxsa yeni il?
15. 05. 12 @ 15:44
Comment from: Humayun [Visitor]  
HumayunTəəssüflə görunur ki yazılan mənbələrin çoxu fars mənbələridirlər.Hal bu ki farslar şərqdən bu məntəqəyə gəlmedən oncə təzə il bayramı tutulardi ve adı Novruz dəyirdi.Sizin yazdiğiz belə anladır ki bu bayram farsların bayramıdır.Lutfən təhqiqatızı dəqiqləndirin.
02. 04. 12 @ 13:26
Comment from: famil [Visitor]
familTebrik hedirem butun Azerbaycan xalqin
20. 03. 12 @ 09:48
Comment from: mina [Visitor]
minaNovruz bayramınız mubarək.buradan butun azərbaycanlıları təbttik edirəm
17. 03. 12 @ 10:46
Comment from: narxanim [Visitor]
narxanimsalam. haminin cersenbe gunleriniz mubarek. qabaqdan gelen novruz bayrami size xosbextlik getuirsin. amin!!!!!!
12. 03. 12 @ 14:15
Comment from: konul [Visitor]
konulnovruz bayrami cox gozel bayramdir.dindarlar deyir ki bu bayrami qeyd etmek olmaz.menim fikrimce bayrami qeyd etmek gunah deyil.yaxsi insan olmaq isteyirsene hec kesin haqqini yeme icki icme zina etme.
14. 03. 11 @ 19:33

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting