« Bağ evlərinin interyeriNazir oğlundan Hadisəyə alçaldıcı təklif »

“AZERCELL”DƏN «AZERFON”A SANKSİYA

  21. 07. 09 23:51, by Murad, Categories: Azərbaycan | Азербайджан, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
Mobil operatorlar arasında arabağlanti kanallari birincinin təşəbbüsü ilə kəsiləcək

“Azercell Telekom” MMC iyulun 22-si saat 00:00-dan «Azerfon” MMC (Nar Mobile) ilə arabağlantı kanallarını kəsəcək. Bu barədə «APA-ECONOMICS»ə “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəbəkələr arasında 28 fevral 2007-ci il tarixində imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtlərinin “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulması nəticəsində 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom” MMC-yə, ƏDV daxil olmaqla, 11 mln. manata yaxın məbləğdə arabağlantı borcu yaranıb.

Dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC (Nar Mobile) tərəfindən heç bir addım atılmayıb. Buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək. «Bununla əlaqədar hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” MMC (Nar Mobile) məsuliyyət daşıyacaq», - deyə «Azercell»dən bildirilib.

1 comment

Comment from: mel [Visitor]
melbalaca olkemiz 3 provaydr...eladir ki, onlarda bir biri ile yola getmirlaer...ve en baha tariflerle....bizde her sey eksinedir..
22. 07. 09 @ 09:00

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | best hosts