« Polis iş başında...(1-ci hissə)Bir daş parçası və dənizkənarı qum... »

Namiq məni 4 aylıq körpə ilə tək qoyub gedib...

  29. 02. 08 11:29, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şou-biznes | Шоу бизнес
Məşhur meyxanaçının həyat yoldaşı Solmaz Şükürova:Namiq məni 4 aylıq körpə ilə tək qoyub gedib

Solmaz Şükürova

Şəxsi həyatı ilə bağlı yayılan xəbərləri Namiq Qaraçuxurlu hələ də təkzib etsə də, nəhayət, əsl həqiqət üzə çıxdı.“Biz+” jurnalına müsahibə verən Solmaz Şükürova Namiq Qaraçuxurlunun onun keçmiş həyat yoldaşı olması ilə bağlı ortaya tutarlı faktlar - foto-şəkillər və rəsmi sənədlər çıxarıb. Müsahibəni ixtisarla dərc edirik.

- Biz Namiq Qaraçuxurlunun evli və iki uşaq atası olması barədə yazmışdıq. Amma sənətçi bunu təkzib etmişdi. Deməli, yazdıqlarımız doğrudur?

- Bəli, Namiqlə bizim iki oğlumuz var. Biri Ümid, digəri Ülvi. Ümid 5, Ülvi 4 yaşındadır. Namiqlə 2001-ci il avqustun 30-da Suraxanı rayonunun VVAQ idarəsində kəbin kəsdirmişik. 2002-ci il iyulun 7-də birinci övladımız, 2003-cü il noyabrın 23-də ikinci oğlumuz dünyaya gəlib. 2005-ci il dekabrın 2-də isə rəsmən boşanmışıq, yəni o günə qədər rəsmi ər-arvad olmuşuq. Amma 2004-cü ilin martında Namiqlə qeyri-rəsmi ayrılmışıq. O, məni 4 aylıq körpə ilə tək qoyub gedib.

- Namiqlə ailə qurmağınız öz istəyinizlə olub, yoxsa bu, valideynlərin arzusu idi?

- Öz arzumuzla evlənmişik. Həm mənim, həm də onun valideynləri bu evliliyin əleyhinə idilər. Namiqlə evlənəndə o, kasıb oğlan idi. Onun “Rəvayət” klipi 2002-ci ilin aprelin 29-da ilk dəfə ekrana çıxıb. Həmin il mayın 28-də Şəhriyar adına Mədəniyyət Mərkəzində konsert verib. Birinci oğlumuz dünyaya gələnə yaxın birdən-birə o, “Rəvayət”lə partlayış etdi, tanındı. Ən maraqlısı odur ki, Namiqin populyarlaşmasında iki adamın xidməti var: onlardan biri mənəm, biri də Muğamat Əzizov. O, Namiqin kasetinə qulaq asıb, axtarıb tapmışdı və ona təmənnasız klip çəkmişdi. Bu gün Namiqin yanında nə mən varam, nə də Muğamat...

- Niyə Namiqdən ayrılmaq qərarına gəldiniz?

- Aygünlə duetlərindən sonra münasibətimiz elə həddə çatdı ki, ayrılmalı olduq. Ayrılmalı olduq deyəndə ki, Namiq mənə dedi ki, Moskvaya gedirəm, məhərrəmlik (Məhərrəm ayı nəzərdə tutulur - red.) olduğu üçün toylar yox idi. İki aydan sonra bilmişəm ki, o, Aygünün evində yaşayır. Sonrakı 7-8 ayda bir az pul göndərdi. Efirdə göstərdilər ki, boğazından əməliyyat olunub. Əməliyyata qədər də 4-5 ay xəstə yatdı. Xəstə olduğu müddətdə mənə dedi ki, sənə göndərməyə pulum yoxdur, uşaqlara fikir ver, sonra pul göndərərəm. Sonuncu dəfə 2005-ci ilin fevralında pul göndərdi. Ondan əvvəl maddi kömək edib. Bizi atıb gedəndə evdə bir az pul, bir az da qızıl var idi. Mən onları satmağa məcbur oldum, çünki problemlərimiz yarandı. Evi satıb borclarımızı qaytardım.

- Uşaqların bu məsələlərə münasibəti necədir?

- Ümid tanıyır, o, 1 yaş 8 aylıq idi Namiq evdən gedəndə. Ülvi isə 4 aylıq idi. Uşaqların içində qəribə bir hiss var. Ümid indi istəmir onu, deyir ki, əgər o, bizi sevsə idi, mən də onu sevərdim, axı, o, bizi sevmir. Amma Ülvi hələ “mənim atam” deyir. Oğlanları Namiq Qaraçuxurluya nifrət edir. Bütün bunları heç vaxt, heç yerdə deməmişəm. Bu dəfə də danışmaq fikrim yox idi. Sadəcə, Namiq müsahibəsində bizim haqqımızda çox artıq kəlmələr işlədib. Deyib ki, guya mən özümə hörmət etmirəm. Düz deyir, mən indiyə kimi özümə hörmət etməmişəm. Əlimdə qanuni kəbin kağızım, qanuni uşaqlar ola-ola susmuşam. Uşaqlarımın atası kimi ona hörmət etmişəm. Bizim iki uşağımız var, nə Aygün, nə mənim həyatım, nə də onun həyatı bu faktı dəyişə bilməyəcək.

- Namiqin sizinlə, uşaqlarla heç bir əlaqəsi yoxdur?

- Uşaqları ondan heç bir qəpik də görmür. O, Ümidi çox sevirdi, görünür, onda heç bir hissiyat qalmayıb. O, bizim harada yaşamağımızı bilmir. Namiq mənimlə, uşaqlarla maraqlanmır, heç bilmir onlar necə böyüyür. O, bizdən ayrılsa da, qazandığı hər pulda haqqımız var. Mən həmin pulu da halal etmirəm, amma heç istəmirəm də. Şükür Allaha, işim var, vəzifəm var, Allah məni ac qoymur. Uşaqlara baxıram, uşaqları oxutmağa, ayağa qaldırmağa çalışıram.

- Ailənizin dağılmasında Namiqi, yoxsa Aygünü günahkar görürsünüz?

- Mən Aygündə zərrə qədər günah görmürəm. Bütün insanlar xoşbəxt olmaq istəyir. Onların arasındakı yaş fərqinə baxmayaraq, axır ki, Aygün öz tayını tapdı və onunla xoşbəxtdir. Aygündə günah yoxdur, Namiqin artıq 29 yaşı var. Şüurlu adamdır, Aygün hər halda onu orada zəncirlə saxlamır. İnanmıram ki, Aygün Namiqə uşaqlarla görüşməyi, kömək göstərməyi qadağan edə. Aygünün də öz qızı var, o, qızını sevdiyindən yəqin ki, bir qadın kimi məni başa düşər. Axı mən də uşaqlarımı böyütmək istəyirəm, istəyirəm onların hər şeyi olsun. Allah qoysa olacaq da, Namiqli Namiqsiz. Bu iş olacaq.

- Bu müsahibədən sonra ola bilərmi ki, Namiq sizin haqqınızda hansısa ittihamlar, faktlar söyləsin?

- Onun əlində fakt olsa idi indiyə qədər deyərdi. Axı nədən danışacaq, canlı iki uşaq var. Lazım gəlsə uşaqların qan analizini verərəm. Aygünün prodüseri deyib ki, Namiq mənimlə metroda tanış olub. Metroda tanış olmaq nə vaxtdan günah sayılır? Onda ən böyük arzumuz o idi ki, evimiz, maşınımız olsun. İlk maşınımız VAZ 2106 idi, hələ “Rəvayət”dən çox qabaq almışdı. Adi bir maşına necə sevinirdik. Nə vaxt ki, hər şeyimiz oldu, o bizi atıb getdi. Namiq mənim axıracan susacağıma o qədər arxayın olub ki, belə böyük danışır. Amma mən demək istəyirəm ki, indi sən sus, bundan sonra mən danışacam. Sənin kimi boş söz deməyəcəm. Əlimdə videokasetlər, şəkillər, uşaqların doğum haqqında şəhadətnaməsi var. Namiq hara gedəcək bu faktlardan? Namiq artıq mənim üçün ölüb, amma fakt ölü üçün də keçərlidir, diri üçün də...

28 comments

Comment from: ferid [Visitor]
feridbu musahibeden sonra biz Namiqe nifret eledik bir aygune gore adam oz uwaqlarini atarmi?aygunler geldi gederdi,ancaq namiq olende onun bawinin ustunde uwaqlari ve arvadi aglayacaq
17. 06. 12 @ 21:25
Comment from: shemsi [Visitor]
shemsinamiq nevaxdan kisi olub iki usagin sotuna kisi olub indi onnari atir?
04. 11. 11 @ 22:12
Comment from: ORXAN_777 [Visitor]
ORXAN_777SALAM
27. 10. 09 @ 06:36
Comment from: bir dost [Visitor]
bir dostqaluboy namiq adam kiwi 0lar qaracuxurun coreyi sene haram olsun cimri bencil wiwman kotu
31. 07. 09 @ 17:58
Comment from: AZERI [Visitor]
AZERIMENE ELE GELIR KI HECH KIMIN SHEXSI HEYATINA QARISHMAQ OLMAZ. O KI QALDI NAMIQE O OZ YOLUNU OZU SECHIB.AMMA HER BIR INSAN GELECEYINI DUSHUNSE YAXSHI OLAR.
29. 07. 08 @ 12:28
Comment from: Nurlan [Visitor]
Nurlanmənbəsi bilinməyən xəbərə görə yazığı darmadağın elədiniz :D
05. 03. 08 @ 15:22
Comment from: gulnar [Visitor]
gulnar Namik mence sevir ama Aygun bashkasinin bedbextliyi uzerinde oz xoshbextlyni gurub.bu hecde edaletli deyil.hemn xanima sebr arzulamak galir
04. 03. 08 @ 18:50
Comment from: sari cicek [Visitor]
sari cicekMusahibe mene neise pis tesir etdi. Icaze verin ureyimi boshaldim :) Bu mugennilerin hamisi bele shexsiyyetsiz olurlar ister kishi ve ya ister qadini..Normal olan hec bir kes Azerbaycanda mugenni olmaq istemez..Solmaz xanimi yaxshi basha dushurem amma butun pislikler yaxshiliga dogrudur belke de bele lazim imish, Allah sebr versin! Usaqlarini xoshbext etsin!
03. 03. 08 @ 18:07
Comment from: maxa [Visitor]
maxa YA CITAYU VASHI KOMENTARIYI I MNE NA SAMOM DELE STIDNO... I V TO JE VREMYA SMESHNO)) NAMIK ESHE NE BIL JENAT AY MILLET... USPOKOITES VI UJE!!! ETO TOLKO LISH PIAR!!! BIZIM MILLETE HAY GEREK ONUN BUNUN DALINCA DANISHMAG) ODNU UDOCKU PUSTI, POIDET POEDIT) KAK NAPRIMER TUT... NAMIK BELE; NAMIK HELE.. PUSKAI KAJDIY SIDIT I SMOTRIT V SVOE BOLOTO I DERJITSA KREPKO CTO BI NE ZASOSALO) KIMINSE HEYATI KIMESE GALMAYIB.. MNE LICNO VSE ROVNO KTO CEM ZANIMAETSA, POTOMU CTO , KAJDIY CELOVEK XOZYAiN SVOEI JIZNI I EGO JIZN NE KTO V MESTO NEGO NE PROJIVET!!! A TO CTO MI TUT PISHIM, EMU NACIXAT S VISOKOI POLKI!! KAK ON QOVORIT... SENI SEVIREM UTANMIRAM))) VOT TAK NADO!!! HEM SEVILIB HEM SEVIREM!! KAK GOVORITSA, BOLSHAYA LYBOV NE KAJDOMU DAETSA::: TAK CTO REBYATA ZANIMAITES SVOEI JIZNYU A NE OBSUJDAITE DRUGIX, VED NAM JIZN DANA ODIN RAZ!!! SUMEITE EGO DOSTOINO PROJIT!! (cadu-madu bosh sheidi)burdaki gargushtara baxarkyan))))))))
03. 03. 08 @ 02:52
Comment from: Ayla [Visitor]
AylaAy camaat,halaldi size. Hele o qeyretsiz Namiq ucun az dediz. O, en pis soyushlere, tehqirlere layiqdi. Axirda Aygun onu cinda kimi bir qiraga atcaq onda Namiqin agli yerine qayidacaq arvadina ushaqlarina qayidacaq, onda ise cooooooooooooooox gec olacaq.Öl Namiq, boyunu yere soxum, bashin batsin ki, gül kimi arvadini, ushaqlarini bayirin cindirina dəyishdin. AYİB OLSUN SENE. ALLAH SENE EN BÖYÜK CEZANİ VERER İNSHALLAH, O GUNLERİ GORERİK.
02. 03. 08 @ 17:07
Comment from: Aydashka [Visitor]
AydashkaNamiqi hec kisi saymiram.Aygunun elinde bir oyuncaqdi.Ele bir oyuncaq ki Aygun ondan bezende istediyi basqa bir oyuncaqla deyisir.Qeyreti olsa gul kimi arvadini qoyub mininin artiqina getmezdi.bedbextcilik ondadi ki bele qeyretsizleri gundemde saxlayib millete pis ornek olurlar.
02. 03. 08 @ 11:38
Comment from: BlogRan [Visitor]
BlogRanNamiqden hec gozlemezdim ozunu de nece masum gunahsiz gorurse, ayib olsun sene Namiq
01. 03. 08 @ 21:56
Comment from: Seva Ahmedova [Visitor]
Seva AhmedovaNAMIK YAXSI KISI OLSAYDI USAQLARININ YANINDA QALIB ONLARA ATALIQ EDERDI.
01. 03. 08 @ 20:01
Comment from: Mr.Been [Visitor]
Mr.BeenMugamata deyen var idi ki,onu qabaga ceksin?Namiq kim idi??onu Mugamat Ezizov adam eledi de.Namiq 8 km bazarinda KELEM satirdi.Mugamat tapdi onu,pulsuz klip cekdi ona.burnundan gelsin
01. 03. 08 @ 18:56
Comment from: BUBU [Visitor]
BUBUVICDANSIZ ABIRSIZ AYGÜN.CAHANNAMİN QİR ODUNDA YANASSAN BAŞKASİNİN EVİN DAGİTDUGUN USTUNDA.TARBİYASİZ!!!NAMİKDA COX EŞEY ADAMDİKİ XELA POZQUNA GÖRA KƏBİNLİ ARVADİNİ VA UŞAQLARİNİ ATİB.XALAL OLSUN SİZƏ XANİM XECH EBİ YOX ONLARİN PAYİNİ ALLAH VERACAK!
01. 03. 08 @ 11:49
Comment from: 1979 [Member]  
AngeL_BlueOzunden bu haqda sorushanda ise utanmadan etiraz edir. Elbetde ki, bu boyda gunahi hec kim etiraf etmez, cunki etiraf etmek de, boyuk curet teleb edir. Namiq de de o gorunur yoxdur...
01. 03. 08 @ 11:10
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYay balam,indi alfons olmaq moddur,amma bu Namiqin hech alfons olmaqa da g......gucu))) chatmadi,pupsik-alfonsikdir))))
01. 03. 08 @ 10:51
Comment from: murad [Member]  
MuradFailya, ev, maşın, soyuducu, mebel və s. bunlar insanların zövqünə və istəyinə görə dəyişilən şeylərdir. İqtisadiyyatda da bu əla qarşılanır. Amma insan öz namusunu və körpəsini dəyişməz. Bu, iki nəfərə görə insan Allah qarşısında cavab verir. Əlbətdəki, bizim heç birimizin haqqı yoxdur kiminsə şəxsi həyatını qurdalamağa və buna qarışmağa. Sadəcə bu kimi tiplər bizim xalqımızın "mədəniyyət səhnəsini" nümayiş edirlər. Bir vətən övladı kimi iztirab çəkirəm bu tip səviyyədə, şüurda, qeyrətdə olan mədəniyyət, incəsənət xadimlərini, şou-biznes əhlini görəndə...Zibil kimi basıblar hər yeri...
29. 02. 08 @ 21:21
Comment from: Failya [Visitor]
Failyaewitmiwdim bunu coxda teeccublu gelmedi xeber.beledeki adi insanlarda beledide imkan olan kimi 1ci mawin,2ci ev,3cu de xanim deyiwilir(elbetde bezi istisnalar var) deyesen cox danishdim;)))
29. 02. 08 @ 20:49
Comment from: murad [Member]  
MuradBu, gəlin şəkildə özünü necə də xoşbəxt hiss edir...Qabaqda onu qabırğasız və Namiqə qabırğa olan Aygün Kazımova xanımlarının nazı-ədaları gözləyir... Life burns... (c)- Ilg
29. 02. 08 @ 19:57

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution