« Vernisaj: Giovanni D. TiepoloСамые популярные отмазки... »

İki dost

  03. 10. 07 22:38, by Murad, Categories: Məqalələr | Статьи
by Murik!

From: Snake http://www.eylence.az/etiraf - 13.09.2005 06:54:39

Xəstəxana otağında iki nəfər xəstə yatırdı. Onlar ömürlük şikəstliyə məhkum idilər. Heç birisi tərpənə bilmirdi. Onlardan birisi pəncərənin qabağındakı çarpayıda, digəri isə otağın o biri küncündə ki, çarpayıda yatırdı. Pəncərə tərəfdə yatan xəstə hər səhər açılanda, dostuna pəncərədən gördüyü gözəlliklər barədə danışardı. - “Budur yenə uşaqlar valideynləri ilə parka gəliblər. Onlar necə də şəndirlər. Hamı gülür, danışır, sənlənir... Bax, yenə həmin oğlanla qız da burdadırlar. Onlar yenə baş-başa verib, xəyala dalıblar. Qanadlanıb, uçmaq istəyirlər...”

Günlər beləcə keçirdi. Çarpayısı pəncərə qarşısında olan xəstə hər gün bu söhbətləri edirdi. Bir gün pəncərə qarşısında yatan xəstənin ürəyi tutdu. Ona kömək lazım idi. Səsi çıxmırdı. Dostundan kömək istədi. Amma dostu... Ona kömək etmək fikiri yox idi. O bu günü çoxdan gözləyirdi. Gözləyirdi ki, xəstə yoldaşı nə vaxtsa oləcək və ondan sonra onun yerinə keçib, bütün eşitdiyi gözəllikləri öz gözü ilə görəcək... Bu fikirlə də o, həkimi çağırmadı...

Səhər açıldı. Onun xəstə yoldaşı artıq həyatda yox idi. O isə sevinirdi. Nəhayət ki, ölən yoldaşının yerinə keçəcəkdi. Belə də oldu. Öz xahişi ilə ölən yoldaşının yerinə keçirtdilər onu. Üzünü pəncərəyə tərəf çevirib, bayıra baxdı... Baxdı da... Ancaq qara divardan başqa heç nə görmədi...

6 comments

Comment from: master_ier [Member]
MASTER_İERNe yaxshi ki, dunyada etibarli dostlar var.
04. 10. 07 @ 12:24
Comment from: Maybach [Visitor]
MaybachAha, men de oxumusham bunu daha once Mentiqli ve huznludur.
04. 10. 07 @ 12:01
Comment from: lanselot [Member]  
LanseloTMen bu haqda coxdan oxumushdum,,,cox gozel hekayedir..."DOSTLUQ"---cox boyuk anlamdir,,,dost qazanmaq her adama qismet olmur,,,eger qazanmisinizsa,,,calishin ki,,,itirmeyesiniz...
04. 10. 07 @ 11:26
Comment from: ayten [Visitor]
aytenDostluq qirilmaz zencirdir.Cox teesuf ki,indiki zamanda esl dostluqlar cox azdir.Birda gorursan illardir dost bildiyin insan sana ela zarba vurur ki.
04. 10. 07 @ 10:28
Comment from: menasiz_heyat [Visitor]
menasiz_heyatmenim 1 misalim var hemise de deyirem "Calisma ki yaxsi dost tapasan,calis ki ozun yaxsi dost olasan" hemde ki pisler olmasa yaxsinin qedrini bilmerik axi..
04. 10. 07 @ 01:01
Comment from: Sabishka [Visitor]
Sabishkahee bele "dostlar" var adamin movgeyine ,puluna gore qiymet veren..bele dostdansa dushmen yaxshidi.hec olmasa zerbenin hardan geleceyini bilirsen.
03. 10. 07 @ 23:58

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | best hosting