« Азербайджанский криминальный авторитет терроризирует московскую школуСумасшедшие глаза »

Siqaret ürəyin formasını dəyişir

  16. 11. 08 19:03, by Murad, Categories: Məqalələr | Статьи, Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
Siçovullar üzərində tədqiqat aparan amerikalı alimlər bu qənaətə gəlib
Siqaret tüstüsü ürəyin formasını dəyişir və onun yığılma ritmində dəyişiklik yaradır. Amerika bioloqlarının «European Journal of Heart Failure» jurnalında dərc edilmiş mənaləmində belə deyilir.
İndiyədək siqaret tüstüsünün əsas komponenti olan nikotinin ürək-damar xəstəliyinin yaranmasında rolu qeyri-müəyyən olaraq qalır. Alimlərin sözlərinə görə, siqaret tüstüsü yalnız nikotindən yox, həm də 4000-dən artıq digər kimyəvi komponentlərdən ibarətdir. Onların rolu hələ də öyrənilməyib.
Çikaqodakı İllinoys universitetinin alimləri siqaret tüstüsünü siçovulların ürəyində tədqiq edib. Beş həftə ərzində heyvanların bir qismi siqaret tüstüsü ilə qarışdırılmış hava, digər hissəsi adi hava ilə nəfəs alıb. Beş həftədən sonra isə siçovulların bir ürəyi exokardioqrafiya mikroskopiya vasitəsilə tədqiq edilib, eləcə də ürək toxumalarının fermentlərinin tərkibi müəyyənləşdirilib. Məlum olub ki, siqaret tüstüsü ilə nəfəs alan siçovullarda ürəyin sol mədəciyinin forması dəyişib. Bundan başqa, alimlər fəal formalı ferment səviyyəsinin, eləcə də stresslə mübarizə üçün vacib olan norepinefrin hormonunun artdığını müəyyənləşdiriblər.
Alimlərin sözlərinə görə, nikotin və siqaret tüstüsünün digər komponentləri ürəkdə biokimyəvi dəyişikliklər yaradır və nəticələ onun forması dəyişir.

1 comment

Comment from: lezgi [Visitor]
lezgihe heqiqeten beledi cox cox ziyandu cekmeyin ha )
17. 11. 08 @ 21:24

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution CMS

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting