« “AZERCELL”DƏN «AZERFON”A SANKSİYA В память о Майкле Джексоне Нушаба Алескерли провела "джума-ахшамы" »

Nazir oğlundan Hadisəyə alçaldıcı təklif

  21. 07. 09 14:51, by Murad, Categories: Şou-biznes | Шоу бизнес
Hadise

Ötən saylarımızda “Eurovision” mahnı müsabiqəsində dördüncü yeri tutan türkiyəli müğənni Hadisə Açıqgözün bu yaxınlarda Bakıda qastrol səfərində olarkən qalmaqalla üzləşməsi haqda məlumat vermişdik. Türkiyə mətbuatının yazdığına görə, azərbaycanlı nazir övladlarından biri Hadisəyə onunla “baş-başa görüşmək” təklifi edib. Türkiyə mediası bunu əxlaqsız təklif kimi qiymətləndirib. Məlumata görə, Hadisə bundan qəzəblənib və Bakıda olarkən hoteldən bayıra çıxmayıb.
Xəbərdə bildirilir ki, nazir oğlu ona “Bakıya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin. Səni gözləyirəm” - deyə mesaj göndərib. Buna etiraz edən Hadisəyə növbəti dəfə “istəyirsə ansamblla birlikdə gəlsin, amma Hadisə mənim yanımda oturacaq” mesajı göndərilib. Bu təklif də keçərli olmayıb.
Bu istiqamətdə apardığımız araşdırmalar zamanı həmin nazir oğlunun kimliyini öyrəndik. Və onu da dəqiqləşdirdik ki, nazir oğlu Hadisəyə heç də əxlaqsız təklif etməyib, sadəcə, onunla yanaşı əyləşib yemək yeməyi təklif edib. Bu cür dəvətləri adətən bəzi müğənnilər başqa cür yozduqları və bəlli sonluqla yekunlaşdırmaları üzündən təklif əxlaqsız görkəmini alıb.
Qeyd edək ki, həmin nazir oğlu Türkiyənin şou-biznesində də yaxşı tanınan simalardandır. Hətta o, İbrahim Tatlısəsin Türkiyə telekanallarından birində bir neçə ay öncə fələstinli uşaqlar üçün həyata keçirdiyi xeyriyyə marafonuna telefonla qoşularaq 50 min lirə ayırdığını bəyan etmişdi. Səsini eşidən kimi İbrahim Tatlısəs kimi məşhur müğənni də onu tanıya bilmişdi. O zaman bəlli olmuşdu ki, bu şəxs nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Biz qətiyyən iddia etmirik ki, A.Məmmədov Hadisəyə iddia olunan şəkildə və ya başqa bir formada təklif göndərib. Amma bizə çatan xəbər odur ki, nazir oğlu onu sadəcə yemək masasına çağırıb. Bunun əxlaqsız təklif olduğunu iddia etmək çətin məsələdir.
Azərbaycana konsert verməyə gələn “Eurovisin-2009"-da Türkiyəni təmsil edən sənətçi Hadisə Açıqgözlə bağlı qalmaqallı yazıların biri səngiməmiş digəri start götürür. Xatırladaq ki, Türkiyə mətbuatı Hadisəyə azərbaycanlı nazirlərdən birinin oğlunun əxlaqsız təkliflər etməsindən yazıb. www.haber34.net saytında verilən məlumata görə, Hadisənin Bakıdakı konsertdə səhnəyə 2 saat gec çıxmasına həmin nazir oğlunun əxlaqsız təklifi səbəb olub.
vesti.az saytı isə yazır ki, sən demə, müğənninin gözəlliyi “Eurovision-2009"-dan əvvəl də başına bəla olub. Ötən qalmaqallı hadisələrdən biri ilə əlaqədar müğənni dünən Mərmərə Şəhər Prokurorluğuna çağırılıb. Qalmaqal isə keçən ilin oktyabrında Mərmərədə konsert verməyə hazırlaşarkən baş verib. Belə ki, qrim otağında müğənni səhnəyə çıxmağa hazırlaşan vaxt musiqi tərtibatının rəhbəri Kamil İsa onun otağına soxulmaq istəyib. Buna isə müğənninin mühafizəçiləri imkan verməyib. Hətta musiqi tərtibatçısı müqavimət göstərdiyi üçün onlar arasında əlbəyaxa dava olub, nəticədə Kamil İsa öz telefonunu mühafizəçinin başına çırpıb. Hadisə ötən il oktyabrın 5-də baş verib. Fanatlarından biri isə Hadisəyə 4,5 il həbs cəcası verilməsi tələbilə məhkəməyə müraciət edib. Onun fikrincə, münaqişəyə Hadisənin gözəlliyi səbəb olub.

P.S. Dünən günün sonunda SHOW.TV-yə çıxan Hadisə bu məlumatı təkzib edib. Ancaq onun davranışlarından hiss olunurdu ki, efirə məhz yayılan xəbəri təkzib etmək üçün çıxarılıb. Müğənninin bu təkzibinə baxmayaraq, Türkiyədəki mənbələr israrla xəbərin doğru olduğunu bildirirlər.

MAQSUD, NİGAR

http://www.musavat.com/site/shownews.php?news_id=56812

13 comments

Comment from: mehriban [Visitor]  
mehribanAnar muellim isterdim ki azi 500min manat shikest elil ushaqlarimiza ayirasiniz onlar ucun sherayet yaradasiniz.cox acinacaq haldadilar bu balalar.serebral iflic diaqnozuyla ezyet ceken usaqla4 ucun nezerde tuturam mumkundurse.
23. 01. 15 @ 01:35
Comment from: SEVA [Visitor]
SEVAanar duz elemiyib elbetdeki. hem pert olub xalqin qarsisinda, hemde olkemiz haqqinda mnfi fikir yaranmasina sebeb olub.duzdur kisilerimiz beledir. kasiblarda xeyal eder ki pulum olsaydi filankesi cagirib yatardim. evinizdekiler guya bu meshurlardan pisdir? guya ozlerine fexr bilirler hadise kimileri. bilmelisiz ki hadise bugun senle sabah oz olkesinde basqasiyla.... meqsed hadiseni sindirmaq olub ama o biabir edib olkeni. buda ders olsun kisilere
17. 12. 12 @ 14:38
Comment from: emiw [Visitor]  
emiwBeledeki eceb eleyim mende olsaydim mende deyerdim EWQ olsun UCARLILARA.!!!!
01. 10. 12 @ 12:13
Comment from: Ulichka [Visitor]
Ulichkaay userler siz Anara niye beraet qazandirirsiz o beyem duz edib? Hadise kimdirki onu harasa devet edir? lap kimdirsede bu heddsizlikdir!! puluna arxalanib her sey edir bu insanlar ne bilim vallah Allah agil versin
29. 07. 09 @ 05:21
Comment from: Meltem [Visitor]
Meltemguya ki turkler bizi destekleyirler ama altdan-altdan ermenistanla avtomobil yollarini berpa edirler.1 seyi de nezerinize catdirim ki bizde turklere ozumuzkulerden cox hormet edirler...?!bilmirem niye...???
25. 07. 09 @ 16:29
Comment from: Meltem [Visitor]
Meltemvallah biz deyesen cox gudurtmusug bu turkleri!artig zehlemi tokubler!guya bizi cox sevirler ama yene de oz bildiklerini edirler!Anar da gor kimi devet edib eeeeeee....?
25. 07. 09 @ 16:23
Comment from: niqa [Visitor]
niqamecede eceb eliyib ama qonaqdi bize yazasmaz bunu elemek.dogru zaman dogru yeri bilmek lazim idi.
24. 07. 09 @ 09:25
Comment from: bellina [Visitor]
bellinaAnar da olsun 101-ci......
23. 07. 09 @ 17:36
Comment from: JAWEED [Visitor]
JAWEEDYAXSHI ELIYIB TEKLIF ELIYIB......ONSUZDA 1GUNDE NECELERINE VERIR HADISE BIZIM NAZIRIN OGLU GUYA INNAN EKSIK OGLANDI???O KIMDI KI SHUVENLIK ELIYIR???GUYA BUNA SEBEB ONUN GOZELLIYI OLUB...HA HA HANSI GOZELLIKDEN SOHBET GEDIR BURDA??HADISE HARA GOZELLIK HARA NENEM DE ONUN KIMI QRIMLENSE KOSMETIKA ISTIFADE ELESE ONNAN GOZEL OLARR...YAXSHI ELYIYB ONA HEC YEMEK TEKLIFI DE DUSHMUR PRYAMOY YATAQ YAXSHI ELEMISENNN.....HALALDII
22. 07. 09 @ 18:49
Comment from: Free [Visitor]
FreeDeyib eceb edib.Menim de aglima gelse idi mende hec bir sey ummadan hadiseni yemeye devet ederdim...eslinde gozel ideyadir...
22. 07. 09 @ 08:58
Comment from: joky [Visitor]
jokyBunlarin hamisi yalandir. Anari taniyan adam bilir ki, nece oglandir. Sadece yemek yemek ucun devet edibse, bunu shishirtmek lazim deyil. Onsuz da tirk senetcilerini bashimiza cixarmishiq.
22. 07. 09 @ 05:59
Comment from: GHOST009 [Visitor]
GHOST009Gelin bu meseleye bashqa yonden baxag. Meselen ela Hadiseye, ela geyinir ki shexsen men ozum onu ya bar qizi yada o, hec ayirmiram. Belkede Anar Memmedov ona bir az cox pul teklif etseydi, hec bele shuvenniyine salmazdi. sudavostvem onunla yatardi. ama neise . faishe ele faishedir de. ne demek olarki.? burda Anarliq bir shey yoxdu, 18 yashi tamam olmush her bir gencin ixtiyari var.
21. 07. 09 @ 10:18
Comment from: murad [Member]  
MuradMusavat qəzeti də ikisifətlidir. Bir gün əvvəl başqa cür yazmışdılar ki, bəs Anar Məmmədov bizi biyabır edib dünya arenasında, indi də Anarın tərəfini saxlayırlar...
21. 07. 09 @ 10:05

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution CMS

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blog software | web hosting